Sual: Namazın fərzləri nələrdir?
CAVAB
Namazın fərzləri on ikidir. Bunların altısı içində, altısı xaricindədir. Xaricindəki fərzlərə şərt deyilir. Namazın içindəki fərzlərə rükn deyilir.
A- Namazın xaricindəki fərzlər:
1- Hədəsdən təharət:
Dəstəmazsız olanın dəstəmaz alması; cünub, heyz və nifaslı olanın qüsl almasıdır.
2- Nəcasətdən təharət:
Namaz qılanın vücudunu, paltarını və namaz qılacağı yeri nəcasətdən, yəni dinimizdə murdar sayılan şeylərdən təmizlənməsidir.
3- Sətri-övrət:
Övrət yerini örtmək demək. Namaz qılarkən, açılması və ya həmişə başqasına göstərilməsi və başqasının da baxması haram olan yerlərə «övrət yeri» deyilir. Kişinin övrət yeri göbəyindən dizinin altına qədərdir. Qadınların isə üz və əllərindən başqa hər yeri övrətdir.
4- Qiblə təyini:
Namaz qılarkən, qibləyə dönmək.
5- Vaxt:
Namazı vaxtında qılmaq.
6- Niyyət:
Namaza durarkən, qəlblə niyyət etmək. Təkcə ağızla söyləməyə niyyət deyilməz. Namaza niyyət etmək demək adını, vaxtını, qibləni və camaatla qılınırsa, imama tabe olmağı qəlbdən keçirmək deməkdir. Niyyət başlama təkbiri deyilərkən edilir.
B- Namazın içindəki fərzlər:
1- İftitah təkbiri:
Namaza başlayarkən, "Allahu əkbər" demək. Başqa söz söyləməklə təkbir gətirilmiş olmaz.
2-Qiyam:
Namazda ayaq üstə durmaq. Ayaq üstə dura bilməyən xəstə oturar. Oturaraq qıla bilməyən uzanıb ima ilə qılar.
3- Qiraət:
Namazda Qurani-kərimdən surə və ya ayə oxumaq.
4- Rüku:
Ayaq üstə oxuyub bitirdikdən sonra, əyilib əlləri dizə qoymaq.
5- Səcdə:
Rükudan sonra diz və əlləri yerə qoyub, alnı yerə toxundurmaq.
6- Son oturuş:
Son rükətdə “əttəhiyyatu”nu oxuyacaq qədər oturmaq.
Sual: Dəstəmazımın olmadığı zənninin çox olmasına baxmayaraq, yenə də namaz qıldım. Daha sonra dəstəmazımın olduğunu qəti olaraq xatırladım. Dəstəmazlı olaraq qıldığım bu namaz səhih oldumu?
CAVAB
Dəstəmazsız olduğunu zənn edərək namaz qılıb, sonra dəstəmazının olduğunu xatırlayan namazını təkrar qılmalıdır. Qibləni təsbit etmədən, vaxtın girdiyini bilmədən də namaza durmaq olmaz.
Namazda qəlbdə oxumaq
Sual: Namazda dodaqları heç tərpətmədən, qəlbdə oxumaq caizdirmi?
CAVAB
Xeyr, Hənəfidə caiz deyil. Namazın fərzlərindən biri də qiraətdir. Qiraət namaz qılanın özünün eşidəcəyi qədər səsli oxumağına deyilir. Özü eşitməzsə, o qiraət olmaz. Belə qılınan namaz səhih olmaz. Çox adam bunu bilmədiyindən dilini tərpətməyib, oxuduğunu eşitmədən namaz qılır. Namazları səhih olmur.
Qiraət fərzdir
Sual: Namazda qiraət fərzini yerinə yetirmək üçün “Fatihə” ilə bir zəmmi-surə oxunur?
CAVAB
Xeyr. Qiraət Quran oxumaq deməkdir. “Fatihə” və ya zəmmi-surədən biri oxunanda qiraət fərzi yerinə yetirilmiş olur. “Fatihə” və zəmmi-surə oxumaq vacibdir. Digər məzhəblərdə isə “Fatihə” oxumaq fərz, zəmmi-surə oxumaq sünnədir.
Sual: Xəstə olduğu üçün və ya ağzına qoyduğu dərmandan ötrü, namazda surə və duaları oxuya bilməyən nə edər?
CAVAB
Belə səbəblərlə oxuya bilməyən oxumadan edər. «Hələbiye-kəbir»
İftitah təkbiri
Sual: İftitah təkbiri nə vaxt deyilir? Əllər qulağa qaldırılmadan əvvəl, yoxsa qulağa qaldırdıqdan sonra?
CAVAB
Namaza başlayarkən, əllər təkbirdən əvvəl qaldırılır. Doğru olan budur. “Hidayə”də də belə bildirilmişdir. «F. Hindiyyə»
Əllər qulaqlara qaldırıldıqdan sonra təkbir gətirilir. «Dürrul-muxtar»
Əllərin təkbirdən əvvəl qaldırıldığı sözü imami-əzəmin və imam Muhammedin sözüdür. Bəhr və Nəhrdə də Hidayədəki kimi bildirilmişdir. Üstün olan bu sözdür. «Rəddül-muxtar»
Bu ifadələrin şərhi isə belədir:
Əllər qulağa qaldırıldıqdan sonra təkbir deyilir. Yəni əllər qulaqdan ayrılarkən, “Allahu əkbər” deməyə başlanıb, göbək altına bağlanarkən bitirilir. «Ə.Səadət»
Rüku və səcdə fərzdir
Sual: Rükuda və səcdədə nə qədər dayanmaq fərzdir?
CAVAB
Rüku üçün beli əymək, səcdə üçün alnı yerə qoymaq fərzdir. Bu yerlərdə bir və ya üç dəfə «sübhanallah» deyəcək qədər dayanmaq vacibdir.
>Bu məqalə sizin üçün maraqlı ola bilər İmanın və İslamın şərtləri |
В корзине: 0 шт.
на сумму: 0