Sual: Bilib-bilmədən çox söz danışır, doğru-yanlış çox iş görürük. Özümüz də bilmədən küfrə düşmüşüksə nə etməliyik?
CAVAB
İslam alimləri buyururlar ki:
Hər Müsəlman Allahü təalanın əmrlərinə tabe olmalı, qadağan etdiyi şeylərdən çəkinməlidir. İbadətləri yerinə yetirməyə, haramlardan çəkinməyə əhəmiyyət verməyənin imanı gedər, kafir olar. Kafir olaraq ölən insan axirətdə sonsuz olaraq Cəhənnəmdə çeşidli əzablara məruz qalar. Əfv edilməsinə və Cəhənnəmdən çıxmasına imkan və ehtimal yoxdur.
Bir Müsəlmanın küfrə düşməsi, yəni kafir olması çox asanlıqla olur. Çünki hər sözdə və hər işdə kafir olmaq ehtimalı çoxdur. Buna görə də küfrün səbəbi bilinməsə də, hər gün bir dəfə “Ya Rəbbi, bilərək və ya bilməyərək küfrə [kafirliyə] səbəb olan bir söz söylədim və ya bir iş etdimsə, peşman oldum, məni əfv et” demək lazımdır. Belə tövbə edən Müsəlman mütləq ki, əfv olunar, Cəhənnəmdən xilas olar. Cəhənnəmdə sonsuz qalmamaq üçün hər gün mütləq tövbə etmək lazımdır. Müsəlmanın bu tövbədən daha vacib vəzifəsi yoxdur.
Qul haqqı olan günahlara tövbə edərkən bu haqları ödəmək, qılınmamış namaz borclarına tövbə edərkən də bunları qəza etməyə çalışmaq lazımdır. (Səadəti-Əbədiyyə)
İbadətləri yox olarmı?
Sual: Bir insan kafir olsa, sonra Müsəlman olsa, ibadətləri yox olarmı?
CAVAB
Mürtədin əvvəlki ibadətlərinin savabları yox olar. Təkrar imana gələrsə, zəngindirsə, yenidən həcc etməsi lazımdır. Malları özünə geri verilir. Namazlarını, oruclarını, zəkatlarını qəza etməsi lazım deyil. Mürtəd olmadan əvvəl qəzaya saxladıqlarını qəza etməsi lazımdır. Çünki mürtəd olanda keçmiş günahlar yox olmur. Mürtəd imana gələrsə, mürtəd ikən qılmadığı namazlarını qəza etməz. Çünki ibadətlər kafirlərə aid deyildir. Yəni onlardan ilk istənən şey iman etmələridir. (Hindiyyə)
Küfrə salan sözləri öyrənmək, küfrə düşməməyə diqqət etmək lazımdır.
Küfrə düşməmək üçün
Sual: Küfrə düşməmək üçün nə etmək lazımdır?
CAVAB
Küfrə salan söz və işləri öyrənərək bunlardan çəkinmək lazımdır. Müsəlman bilə-bilə küfrə düşməz, qəsdən özünü kafir etməz, amma bilmədən düşə bilər. Bilmədən küfrə düşən bu duanı ixlasla oxuyarsa, imanı təkrar geri gələr:
“Allahümmə inni ə'uzü bikə min ən üşrikə bikə şəy'ən və ənə əa'ləmü və əstəğfirükə li-mə lə əa'ləmü innəkə əntə allamül quyub.”
Çıxılan qapıdan girmək
Sual: “Küfrə düşən kimsə çıxdığı qapıdan girmədikcə, tövbəsi qəbul olmaz” nə deməkdir?
CAVAB
Küfrə səbəb bir sözü söyləyən və ya bir işi görən şəxs mürtəd olur. Mürtəd, küfrünə səbəb olan şeydən tövbə etmədikcə, kəlmeyi-şəhadət gətirməklə və İslamiyyətin bəzi əmrlərini yerinə yetirməklə, məsələn, namaz qılmaqla, oruc tutmaqla, həccə getməklə, xeyir və həsənət etməklə Müsəlman olmaz. Bu pozulmuş etiqadla ölərsə, imanla ölməz. İnkarından, yəni inanmadığı şeydən tövbə etməsi, peşman olması, İslamiyyətdən çıxdığı qapıdan geri girməsi lazımdır. Yəni hansı sözü söyləyərək dindən çıxıbsa, o sözünə tövbə etməsi lazımdır. Məsələn, bir Müsəlman şəraba halal desə, yaxud cin və mələklərin varlığına inanmasa, mürtəd olar. Kəlmeyi-şəhadət gətirsə də, namaz qılsa da, digər əmrlərə uysa da, o inandığına davam edirsə, yenə kafirdir. “Şərab haramdır”, “Cin və mələk vardır” deyə inanmalıdır. Küfründə israr edərkən, “Mən hər növ küfrə tövbə etdim” deməklə küfürdən qurtula bilməz. Peşman olub “Cin və mələk vardır” deyə inanarsa, tövbə etmiş sayılar.
Bilmədən küfrə girmək
Sual: Bir söz və ya işin küfür olduğunu bilmədən işləyən, sonra da, “Ya Rəbbi bilərək-bilməyərək işlədiyim küfürlərə tövbə etdim” desə, küfrü əfv olarmı?
CAVAB
Bəli, əfv olar.
Bilmədən küfrə girmək
Sual: Avropada yaşayan bir Müsəlman içində olduğu cəmiyyət səbəbilə küfür olduğunu bilmədiyi bir sözü söyləsə və ya küfür olduğu bilmədiyi bir işi edərsə, imanı gedərmi?
CAVAB
Bir kimsə cəhd edib öyrənməyə çalışdığı halda, küfür söz və işlərin nələr olduğunu öyrənə bilməmişsə, bilmədən küfür söz və iş görsə, bəzi alimlərə görə ona kafir deyilməz. Çünki qəsdən bir şey etməmişdir, amma yenə də ehtiyyat olaraq təcdidi-iman etməsi yaxşı olar. Evlidirsə, ehtiyyat olaraq təcdidi-nihah da etməlidir. (Hadiqa)
Dinsizin arvadı
Sual: Mən dinimi bilmədiyim vaxtlarda ateistlə ailə qurmuşdum. Sonra bildim ki, evlənməyə qərar verir-verməz mürtəd olurmuşam. İndi dinimi öyrəndim. Əvvəlki küfür halıma tövbə etdim. Yaşlı və dinsiz ərim iqtidarsızdır. Yəni ailə həyatımız yoxdur. Hal-hazırda dinən nikahsız sayılırıq. Mən əvvəlki halıma tövbə etdiyimə görə Müsəlmanam elə deyilmi?
CAVAB
Əlbəttə Müsəlmansınız. Ərinizlə nigkahınızın səhih olmadığını qəbul etməyiniz kifayətdir.
Küfürdən, inkardan qorunmaq üçün
Muhamməd əleyhissalamın Allahü təaladan gətirib bildirdiyi şeylərin hamısına qəlb ilə inanıb dil ilə söyləməyə iman deyilir. İmanın yeri qəlbdir. Qəlb, ürək adlanan ət parçasında olan bir qüvvədir, buna könül də deyilir. İmanı söyləməyə maneə olduğu zaman söyləməmək əfv olur. Məsələn, qorxudulduğu, xəstə, dilsiz olduğu, söyləyəcək vaxt olmadan öldüyü zaman söyləmək lazım gəlməz. Anlamadan, təqlid edərək inanmaq da iman sayılır. Allahü təalanın var olduğunu anlamamaq, düşünməmək günah olar. Peyğəmbər əfəndimiz tərəfindən açıq-aşkar bildirilənlərdən birinə belə inanmamaq, hamısına inanmamaq sayılır. Hər birini bilmədən “Hamısına inandım” demək də iman sayılır.
İmanın hasil olması üçün İslamiyyətin küfür, inkar əlaməti dediyi şeylərdən çəkinmək də lazımdır. İslamiyyətin əmr və qadağalarından birini zəif görmək, Qurani-kərimlə, mələklərlə, Peyğəmbərlərdən biri ilə lağ etmək, küfür, inkar əlamətlərindəndir. İnkar etmək, yəni eşitdikdən sonra inanmamaq, təsdiq etməmək deməkdir. Şübhə etmək də inkar sayılır.
Küfür, yəni imanın getməsinə səbəb olduğunu hər kəsin bildiyi bir şeyi, eşitmədiyi, düşünmədiyi üçün kafir olanların, imanı gedənlərin küfrü “küfri-cəhli”dir. Cəhalət də iki cürdür:
Birincisi, cahil olduğunu bilir, lakin bu cəhalətinin getməsi üçün çalışmır. Belə olanlar üçün “Heyvan kimidirlər, hətta heyvandan da aşağıdırlar” deyilmişdir. Çünki insanı heyvandan ayıran elm və idrakdır. Heyvanlar yaradıldıqları şeydə irəlidədirlər. Özlərinə faydalı şeyləri anlayır və onlara yaxınlaşırlar. Zərərli olanları da anlayıb onlardan uzaqlaşırlar. Halbuki belə cahillər bilmədiklərini bildikləri halda bu çirkin haldan uzaqlaşmaz, elmə yaxınlaşmazlar.
Cəhalətin ikincisi “cəhli-mürəkkəb”dir. Yunan filosoflarından və Müsəlmanlardan yetmiş iki bidət firqəsindən imanı gedənlər belədirlər. Bu cəhalət birincisindən daha pisdir. Əlacı bilinməyən bir xəstəlikdir. İsa əleyhissalam “Karı, lalı müalicə etdim, ölünü diriltdim, ancaq cəhli-mürəkkəbin əlacını tapa bilmədim” buyurmuşdur. Çünki belə adamlar cəhalətini elm və kamillik, üstünlük zənn edir. Cahil və ruh xəstəsi olduğunu bilmir ki, əlacını axtarsın! Ancaq Allahü təalanın hidayəti ilə xəstəliyini anlayan adam bu dərddən qurtula bilər.
İman ediləcək şeyləri və fərzlərdən, haramlardan məşhur olanları, lazımi qədər öyrənmək fərzdir. Bunları öyrənməmək haramdır. Eşidib, amma öyrənməyə əhəmmiyyət, dəyər verməmək küfrə, yəni imanın getməsinə səbəb olur. Cəhalətdən qurtulmağın əlacı isə Əhli-sünnət alimlərinin kitablarını oxuyaraq öyrənməkdir.
Küfür və günahdan çəkinmək lazımdır
Sual: Qadın və ya kişi olsun, hər Müsəlmanın, hər zaman tövbə etməsi, imanını yeniləməsi lazımdırmı?
Cavab: Kişi və ya qadın olsun, hər Müsəlmanın, hər sözündə, hər işində Allahü təalanın əmrlərinə, yəni fərzlərə və qadağan etdiklərinə, haramlara tabe olması lazımdır. Bir fərzin əməl olunmasına, bir haramdan çəkinməyə əhəmmiyət verməyənin imanı gedər, kafir olar. Kafir olaraq ölən kimsə qəbirdə əzab çəkər, axirətdə Cəhənnəmə gedər və Cəhənnəmdə sonsuz qalar. Əfv edilməsinə, Cəhənnəmdən çıxmasına imkan və ehtimal yoxdur. Kafir olmaq çox asandır! Hər sözdə, hər işdə kafir olmaq ehtimalı çoxdur. Küfürdən qurtulmaq da çox asandır. Küfrün səbəbi bilinməsə belə hər gün bir dəfə:
“Ya Rəbbi! Bilərək və ya bilməyərək küfrə səbəb olan bir söz söylədim və ya bir iş gördümsə, nadim oldum, peşman oldum. Məni bağışla” deyərək tövbə etsə, Allahü təalaya yalvarsa, mütləq ki, əfv olar, Cəhənnəmə getməkdən qurtular. Cəhənnəmdə sonsuz yanmamaq üçün hər gün mütləq tövbə etmək lazımdır. Bu tövbədən daha mühüm bir vəzifə yoxdur. Qul haqqı olan günahlara tövbə edərkən, bu haqları ödəmək və qəzaya qalmış namazlar üçün tövbə edərkən bunları qəza etmək lazımdır.
Bəriqa, Hadiqa və Məcməul-ənhürdə deyilir ki:
“Kişi və ya qadın bir Müsəlman alimlərin söz birliyi ilə küfrə səbəb olacağını bildirdikləri bir sözün və ya işin küfrə səbəb olduğunu bilərək söyləsə və etsə imanı gedər. Buna Küfri- inadi deyilir. Küfri-inadi ilə mürtəd olanların nikahları pozulur. Təkrar imana gəldikdə, iki şahid yanında Təcdidi- nikah etməlidirlər. Tövbə etmək üçün yalnız Kəlmeyi-şəhadət söyləmələri kafi deyildir. Küfrə səbəb olan şeydən də tövbə etmələri lazımdır. Əgər, küfrə səbəb olduğunu bilməyib söyləsə, etsə və ya küfrə səbəb olacağını, alimlər arasında ixtilaflı olan bir sözü qəsdən söyləyərsə, imanının gedəcəyi və nikahının pozulacağı şübhəlidir. Ehtiyyat olaraq təcdidi-iman və təcdidi-nikah etməsi yaxşı olar. Bilməyərək söyləməyə Küfri-cəhli deyilir. Çünki hər Müsəlmanın bilməsi lazım olan şeyləri öyrənməsi fərzdir. Küfrə səbəb olan sözü xəta edərək, yanılaraq və ya izahlı olaraq söyləyənin imanı və nihahı pozulmaz. Yalnız tövbə və istiğfar, yəni təcdidi-iman etməsi ehtiyyatlı olar. Təcdidi-nikah lazım olmaz.”
В корзине: 0 шт.
на сумму: 0