Facebook Twitter WhatsApp

Ölüm əlaməti

Sual: Bir insanın öldüyünü necə anlamaq olar? Öldükdə, nə etmək lazımdır?
CAVAB
Sərtləşmə, soyuma və iylənmə ölüm əlamətidir. Nəfəsin kəsilməsi, ağzına tutulan aynanın buxarlanmamasıyla, ürəyin dayanması isə nəbzlə aydın olur. Ölüm anlaşıldıqda, gözlərini bağlamaq və çənəsini bağlamaq sünnətdir. Çənəsi geniş bezlə başın üstündə bağlanır. Gözlərini bağlayarkən, “Bismillahi və ala milləti Rəsulullah. Allahümmə yəssir aleyhi əmrahü və səhhəl aleyhi ma bəadəhü və üs-ıd-hü bilikaikə, Vəc-al mə haracə-yhi xayran mimma haracə anh” duasını oxumaq sünnətdir.
Mənası, “Allahın adıyla və Rəsulullahın dini üzrə, ya Rəbb, bunun işini asanlaşdır! Sonunu asan eylə! Sənə qovuşmaqla onu bəxtiyar et! Gedəcəyi yeri, çıxdığı yerdən daha xeyirli eylə” deməkdir.
Soyumadan əvvəl əl barmaqlarını, dirsəklərini, dizlərini açıb-bağlayıb, qollarını və ayaqlarını düz qoymaq sünnətdir. Belə etdikdə, yumaq və kəfənə sarımaq asan olur.
Soyumadan əvvəl, paltarı çıxarılır, geniş, yüngül bir parçayla örtülür. Parçanın bir ucu başının altına, digər ucu ayaqlarının altına soxulur. Şişməməsi üçün qarnının üzərinə, parçanın üstünə və ya altına bir bıçaq, dəmir kimi bir ağırlıq qoyulur.

Sual: Ölüm ayağında olan insanda ən son itən şey görməsidir, yoxsa eşitməsidir?
Cavab: Bu mövzu haqqında İmam Qazali həzrətləri, “Dürrə-tül Fahirə fi-kəşf-i ulum-il-axırə” kitabında buyurur ki:
“Ölünün hiss duyğularından ən son itirəcəyi şey eşitməsidir. Çünki ruh qəlbdən ayrıldığı vaxt yalnız görməsi pozulur. Ancaq eşitmək, ruh tutulana qədər itməz. Buna görə Fəxri-aləm əfəndimiz, “Ölüm xəstəliyində olanlara şəhadəteyni-kəliməteyni, yəni “La ilahə illəllah Muhammədün Rəsulullah” kəliməsini təlkin edin!” buyurmuşdur.”

Ölüm anındakı insanın halı
Sual: İnsan ölərkən ruhunu sadəcə bir mələk alır, yoxsa başqa mələklər də orada olur və ölüm anında insanın halı necə olur?

Cavab: Bu mövzu haqqında İmam Qazali həzrətləri, “Dürrə-tül Fahirə fi-kəşf-i ulum-il-axırə” kitabında buyurur ki:
“Allahü təala insanı həyatı boyu dünyada saxlayır. Bəlli olan əcəli gələnə qədər, ruzisi tükənənə və əzəldə təqdir edilmiş olan əməlləri bitənə qədər dünyada qalır. Ölümü yaxınlaşdığı zaman dörd mələk gəlir. Bunların biri ruhunu sağ ayağından, biri sol ayağından, biri sağ əlindən və biri də sol əlindən çəkərlər. Çox vaxt ruhu qarqara halına gəlmədən mələkləri, etdiyi işləri öz aləmlərində durduqları halda görür. Əgər dili danışa bilirsə, onları xəbər verir. Çox vaxt da, gördüyü şeyləri şeytanın bir işi zənn edir. Dili tutulana qədər hərəkətsiz qalır. Bu halda, yenə mələklər ruhunu barmaq uclarından çəkərlər. Nəfəsi isə, sanki su heybəsindən su boşaldığı kimi, xırıl-xırıl xırıldayar. Facirin ruhu da yaş keçəyə taxılmış tikanın çəkildiyi kimi çıxarılır ki, bunu insanların ən üstünü olan Peyğəmbər əfəndimiz xəbər verdi. Bu halda olan o kəs qarnını tikanla dolu zənn edər. Ruhunu da, sanki bir iynə deşiyindən çıxır, göy yerə bitişir və onun arasında qalır kimi zənn edər. Həzrəti Ka-bül-əhbərdən, ölüm necə olur deyə sual edildikdə, cavabında:
“Bir tikanlı budağı bir adamın içinə qoyublar və güclü biri onu çəkir. Kəsdiyini kəsir. Qalan qalır kimi bilirəm” buyurmuşdur. Peyğəmbər əfəndimiz buyurdu ki:
“Əlbəttə ölüm acılarından birinin şiddəti, üç yüz dəfə qılınc vurmaqdan daha şiddətlidir.”

Buna görə də həmin vaxt insanın cəsədi tərləyir. Gözləri sürətlə iki tərəfə gedir. Burnunun iki tərəfi çəkilir. Döş qəfəsi qalxır, tənəffüsü qabarır, rəngi saralır.”

Ölənin ruhunu görmək
Sual: Bir insan vəfat etdiyi vaxt, bu vəfat edən adamın ruhunu, həyatda olan bəzi insanlardan görənlər var imiş, belə bir şey ola bilərmi və bu məlumat doğrudurmu?
Cavab:
 Bu mövzu haqqında İmam Qazali həzrətlərinin “Dürrət-ül fahırə” kitabında deyilir ki:

“Vəfat edən adamın ruhu cəsədinə geri qayıtdığı zaman, öz cəsədini yuyularkən görür və baş ucunda qaslı, yuyulması bitənə qədər dayanır. Allahü təala yaxşılığını istədiyi insanın gözündən pərdəni qaldırır və o adam ölünün ruhunu dünyadakı insan surətində görür. Bir şəxs oğlunu yuyarkən baş ucunda olduğunu gördü. Ona qorxu gəldi və gördüyü tərəfdən digər tərəfə keçdi. Kəfəninə sarıyana qədər bu halı gördü. Kəfənə büküləndə, o şəxsin şəklindəki ruh kəfənə geri qayıtdı. Yuyulub, kəfənlənib tabutun içinə qoyanda da ölənin ruhunu görənlər olur. Rəbi ibn Heysəm həzrətlərindən rəvayət edildi ki; bir şəxs onu yuyan adamın əlində hərəkət etmişdir. Bir dəfə də həzrəti Əbu Bəkrin dövründə bir ölünün tabutun üzərində danışdığı görülmüşdü ki, həzrəti Əbu Bəkir və həzrəti Ömərin fəzilətlərini zikir etmişdi.

Ölənin bu hallarını görənlər, mələklər aləmini seyr edən övliya, yəni vəlilərdir. Allahü təala istədiyi insanın gözündən və kulağından pərdəni qaldırır, o da bu halı görür və bilir.

Ölü kəfənə büküldüyü zaman ruh xaricdən sinəsinə yaxın gəlir. Bu əsnada onun bağırması və inləməsi vardır. Deyər ki, məni Rəbbimin rəhmətinə tez aparın. Əgər mənə ehsan olunan nemətləri bilsəydiniz, məni aparmaq üçün tələsərdiniz.

Əgər o kəs şəqavət, Cəhənnəm əzabı ilə qorxudulubsa, deyər ki, amandır, mənə əzabı-ilahidən bir müddət möhlət, vaxt verin, ağır aparın. Əgər bilsəydiniz, əlbəttə məni çiyninizdə daşımazdınız. Buna görədir ki, Rəsulullah əfəndimiz, bir cənazə gördükdə, dərhal ayağa qalxardı, qırx addım qədər o cənazə ilə birlikdə gedərdi.”


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину