Facebook Twitter WhatsApp

Müxtəlif sual və cavablar

Sual: Toya, dəvətə gedənin başqasını da özüylə aparması caizdirmi?

CAVAB

Bəli.

Sual: Ayaq yoluna başı örtülü girmək müstəhəbdir?

CAVAB

Bəli.

Sual: “Məni də dəvət edərsən?” deyərək dəvət etdirmək caizdir?

CAVAB

Bəli.

Sual: Evində dəvət olan yoldaşın zəngini çalırıq. Bizi görəndə istər-istəməz buyurun deyir. Belə dəvətə getmək caizdirmi?

CAVAB

Bəli.

Sual: Telefonla zəng vuran, qapı zəngini çalanda olduğu kimi dörd rükət namaz qılınacaq qədər gözlədikdən sonra telefonla zəng etmək lazımdır?

CAVAB

Bəli.

Sual: Dörd mərtəbəli binanın pilləkənlərinin təmizliyi necə edilir?

CAVAB

Aralarındakı razılaşmağa görə edilir.

Sual: Qadının, kişinin qarşısından keçməməsi yaxşı bir adətdir?

CAVAB

Bəli.

Sual: Evin önünə zibil atan adamı şikayət etmək caizdir?

CAVAB

Bəli.

Sual: Bir yoldaş bizə yaxşılıq edəndə, təşəkkür etməyib arxasından dua etsək zərəri olar?

CAVAB

Üzünə qarşı da təşəkkür etmək, arxasından da dua etmək lazımdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Yaxşılıq gördüyünə Cəzakəllahü hayran kəsira [Allah, səni çox xeyirlə mükafatlandırsın] deyən, ona ən böyük duanı etmiş olar.” [İ.Asakir]

“Bir müsəlman yoldaşının qiyabında dua edəndə, bir mələk də ona, “ Eynilə bir mislini də Allah sənə versin” deyə dua edər.” [Müslim]

Mələyin duası isə əlbəttə qəbul olar.

Sual: Qadının siqaret çəkməsi kişiyə görə daha uyğunsuz sayılır. Qadının ayağı ayaq üstünə atıb, tüstüsünü insanın üzünə qarşı üfləməsi doğrudurmu?

CAVAB

Bir şey zərərli isə, qadına da kişiyə də uyğun olmaz. Həm də bir ölkənin adət-ənənəsinə riayət etmək lazımdır. Riayət edilməzsə qəribə qarşılanar. Bəzi şeylər zənginə ayıb sayılmasa da, kasıb üçün ayıb sayılar. Məsələn; avtobusla gedəcəyi yerə taksiylə getməsi kasıb üçün uyğun qarşılanmaz. Zənginin ən lüks vasitə ilə getməsi uyğunsuz olmaz. Hətta şükr etmək üçün neməti göstərmək sayılır. Çünki Allahu təala, “Verdiyim nemətlərdən istifadə edənləri sevərəm” buyurur.

Bəzi şeylər həm zəngin, həm də kasıb üçün pisdir. Məsələn; təkəbbür bunlardandır. Ancaq kasıbın təkəbbürlü olması daha pisdir. Allahu təala təkəbbürlü kasıbdan nifrət edər. Zina böyük günah və çox çirkin bir işdir, ancaq qocanın zina etməsi daha çirkin, daha pisdir. Hədisi-şərifdə buyurulur ki:

“Yeddi qat göy və yer zina edən qocaya lənət edər.” [Bəzzar]

Yaxşı işlər, gözəlliklər də belədir.

İndi sualınıza gələk. Siqarət çəkərək başqalarını narahat etmək xoş deyildir. Adət-ənənəyə görə qadının siqarət çəkməsi də çox xoş qarşılanmaz.

Sual: Müsəlmana zərəri olmasın deyə yoldakı daş, mismar kimi şeyləri yoldan, ayaq altından götürmək savabdırmı?

CAVAB

Bəli. Hədisi-şərifdə buyuruldu ki:

“İman yetmişdən çox şöbədir. Ən üstünü “La ilahə illəllah”, ən aşağısı da yolda əziyyət verən bir şeyi götürməkdir.” [Tirmizi]

Sual: Ədəbin təməli nədir?

CAVAB

Ədəbin təməli hər vaxt, hər yerdə, hər kəsə qarşı gülər üzlü, şirin dilli olmaq, həddini bilmək, əliylə və diliylə heç kimi incitməməkdir.

Ayaq üstə gözlətmək

Sual: Suyu gətirən kimsə ayaq üstə ikən içməkdə bir zərər vardırmı?

CAVAB

Ayaq üstə gözlətməmək lazımdır, o oturanda içmək lazımdır.

 Telefonu çox çaldırmaq

Sual: Bir yoldaş, “Mədəni insan telefonu üç dəfə zəng edər, daha çox zəng etmək hörmətsizlikdir” deyir. Üç dəfə çaldırıb bağlayanda, bəzi kəslər, “Niyə tez bağladın, açmağa gəlirdim” deyə bizi danlayırlar. Bu işdə ölçü nədir?

CAVAB

Bu işlər nisbidir. Yəni, şəxslərə görə dəyişə bilən bir şeydir. Tək ölçü yoxdur. Bir neçə örnək verək:

1- Bizim pulsuz mobil nömrəmiz var. Şəxsən mənim səmimi yoldaşlıq etdiyim və çox zəng etdiklərimə bir iki dəfə zəng edib bağlayıram. O yoldaş uyğun zamanda məni axtarır. O anda namaz qılır, ya ayaq yolundadır, o biri telefonuyla danışır və ya başqa bir işlə məşğul ola bilər. Ödənişsiz olduğu üçün uyğun zamanda məni axtarır. Bəzi tanışlarım da eynisini mənə edir. Zəng edib söndürür. Bu, “Uyğun olanda mənə yığ”deməkdir. İkisi də ödənişsiz olduğu üçün bir pis niyyət olmur.

2- Pulsuz xətti olmayan başqa birini axtararkən, sonuna qədər zəng vururam. Cavab gəlməzsə, dərhal bir daha axtarmıram, çünki namaz qılır yəgin deyə düşünürəm. Dörd rükət namaz qılacaq qədər gözləmək lazımdır. Ölçü budur. On dəqiqə sonra təkrar axtarıram. Yenə cavab gəlməzsə, artıq axtarmağa ehtiyac yoxdur.

3- Çox olur ki, namaz qılarkən davamlı telefon zəng çalır. Tanış olanların çox zəng eləməsi bu baxımdan yaxşı olmur.

Göründüyü kimi axtaranın və axtarılanın vəziyyətinə görə dəyişən bir şeydir. Bir ölçü verilə bilməz. Təcili vəziyyət olar, davamlı axtarmaq lazım ola bilər. Oyanıq olduğu bilinmədən və təcili bir iş olmadan gecə saatlarında axtarmamaq lazımdır. Gecə işa namazını qılıb yatdığım olur. Tam yuxuda ikən telefon zəng çalır. “Buyurun” deyirəm. “Bir neçə yoldaş söhbət edirdik, yuxumuz qaçdı. Bir sual yadımıza düşdü, soruşa bilərikmi?” deyilir. “Tələsikdir?” deyirəm. “Xeyr” deyir. Səhər soruşa biləcəyini gecə soruşur. “Namazımız oldumu, oruca niyyət edə bilərikmi?” kimi təcili bir sual vermək olar. Soruşan da cavab verən də savaba qovuşar.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину