Sual: Bir məscid imamı, hakikatkitabevi.com və dinimizislam.com saytları haqqında “Bunlar çox gülünc saytlardır” dedi. Dini saytlara gülünc demək düzgündürmü?
CAVAB
Dini bir kitaba, dini əsərlərə və ya dini saytlara və oradakı dini elmlərə gülünc demək çox təhlükəlidir. O saytlarda Əhli-sünnət alimlərinin kitablarından nəql edilmiş iman və ibadət bilikləri vardır. Yəni, mötəbər kitablardan alınan biliklər, imanın və İslamın şərtləri, ayəti-kərimə və hədisi-şərif məalləri, Övliya şəxsiyyətlərin sözləri, mənqibələri vardır.
Belə dəyərli məlumatları, İslamiyyəti bildirən din kitablarından birini təhqir etmək, alçaltmaq, İslam alimlərindən birini məsxərəyə qoymaq küfrdür. Bunları edənin imanı gedər, kafir olar. (Birgivi vəsiyyətnaməsi şərhi, Səadəti-Əbədiyyə)
İslam elmlərini ələ salmaq küfr olur. İslam alimini söyən, pisləyən kafir olur. (Bərika, İslam Əxlaqı)
Əgər küfrə salan söz söyləyən ateist, mason və ya zındıqdırsa, imanın getməsi deyə bir şey olmaz. Çünki onların onsuz da imanı yoxdur. Olmayan şey getməz. Ancaq Müsəlman olanın imanı gedər.
Küfrə səbəb olan söz söyləmək
Sual: “Hənəfi alimlərinin hamısına görə küfr olan bir söz və ya bir iş, başqa haqq məzhəbdəki sadəcə bir alimə görə küfr deyildirsə, bunu söyləyən Hənəfiyə kafir deyilməz” sözü doğrudurmu?
CAVAB
Bəli, doğrudur. Öz məzhəbində o söz küfr olsa da, sadəcə bir alim, “O söz küfr deyildir” desə, o kimsənin küfrünə fətva verilməz. Buradakı alim, icazətli Əhli-sünnət alimidir, dövrümüzün diplomlu ilahiyyatçıları deyildir. İbni Abidin həzrətləri buyurur ki:
Bir Müsəlmanın kafir olmayacağına dair zəif də olsa bir qövl varsa, hətta bu qövl bizim məzhəbimizə aid olmasa belə, bu zəif qövllə əməl edilir, Müsəlmanın küfrünə fətva verilməz. Çünki bir Müsəlmanın küfrünə fətva verə bilmək üçün o sözün küfr olduğunda bütün İslam alimlərinin ittifaq etmiş olmaları şərtdir. (Rəddül-muxtar)
Namazda belə, bəzi alimlərə görə namaz fasid olsa, yəni pozulmuş olsa, bir alimə görə səhih olsa, o bir alimə görə fətva verilməlidir. Çünki, “Tərgibüs-salat” kitabında, “Bir kimsənin namazda oxuduğu, doqquz alimə görə səhv olsa, bir alimə görə doğru olsa, bunun namazının fasid olduğu söylənməməlidir” deyilir. (İslam Əxlaqı)
Qar adamı düzəltmək
Sual: Səudiyyə Ərəbistan kanalı Əl-Ərəbiyanın bir xəbərində Şeyx əl-Münacid adlı bir vəhhabinin, “Oyun üçün belə olsa qardan adam düzəltmək bütpərəstlikdir, şirkdir” dediyi bildirilir. Oyuncaq gəlincik kimi, qardan adam düzəltmək caiz deyilmi?
CAVAB
İkisi də caizdir. Oyuncaq gəlinciyə və ya qardan adama hörmət göstərilmir.
İnsan rəsmi olan səccadədə namaz qılmaq caiz ikən, Kəbə rəsmi olan səccadədə namaz qılmaq caiz olmaz. Çünki yerə sərmək təhqir etmək sayılır. Hörmət ediləcək şeylər yerə sərilməməlidir.
Səcdə ediləcək yerində rəsm yoxdursa, rəsmli səccadədə namaz qılmaq caiz olar. Amma rəsmlər diqqətə mane olacağı üçün rəsmli səccadədə namaz qılmamalıdır. Namaz qılınmaması rəsmdən ötrü deyil, diqqətə mane olmasından ötrüdür. Oyuncaq gəlinciklərin yerdə sürünməsi, o oyuncağa hörmət sayılmır. Qardan adam da hörmət üçün düzəldilmir.
Vəhhabilərin hər şeyə büt və ya şirk deməsinin bir əhəmiyyəti yoxdur. Onlar Müsəlmanlara kafir demək üçün belə şeyləri bəhanə edirlər.
Yağan yağışa maşallah demək
Sual: “Yağış yağarkən, maşallah deyilməz” deyirlər. Deyilsə bir zərəri varmı?
CAVAB
Maşallah, “Bu, Allahü təalanın dilədiyi və ehsan etdiyi şeydir” deməkdir. Yağışı bizə ehsan edən Allahü təala deyildirmi? Bu ehsana və digər ehsanlarına “maşallah” deməyin zərəri yoxdur.
Sual: Bəzi bölgələrdə, hirsləndiyi adama Nəmrud deyə təhqir edirlər. Nəmrud nədir, kimdir?
Cavab: Nəmrud, Kəldani hökmdarlarına verilən bir addır. Çox adamın bildiyi birinci Nəmrud Nuh əleyhissalamın oğlu Ham soyundandır. Babil şəhərini tikmişdir və bütlərə sitayiş edərdi. İbrahim əleyhissalamı atəşə atmışdı. Ağcaqanadlardan da öldü.
Sual: Namaz qılmağa dəvət edilən adam, bu dəvəti qəbul etməyib namaz qılmağa gəlməsə, bu kimsənin imanı gedərmi?
Cavab: Bir kimsəyə gəl namaz qıl deyilsə, o kimsə də xeyr qılmıram desə, imanı gedər. Ancaq bu kimsənin məqsədi, sənin sözünlə namaz qılmıram, Allahü təalanın əmri ilə qılaram deyibsə, imanı getməz.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0