Facebook Twitter WhatsApp

Feyz gəlmənin əlaməti

Hikmət əhli buyurdu ki:
Böyüklərin özləri, qəbirləri, sözləri, kitabları, əşyaları feyz qaynağıdır, hətta əllərinin toxunduğu daşdan belə qiyamətə qədər feyz yayılır. Feyzin gəlməsi bu yollarla məlum olur:
1- Feyz gəlibsə, Allahü təala onu küfrdən qoruyur.
2- Haramlardan uzaqlaşdırır.
3- Dünyadan soyudur.
4- Böyükləri, saleh insanları sevdirir.
5- Ölümü sevdirir, ölümə qarşı həsrət duymağa başlayır.

Əgər bunlar varsa, feyz gəlir deməkdir. Feyz, insanı küfrdən qoruduğu kimi, övliyalığa qədər də aparar. Əgər haramlardan, günahlardan soyumuruqsa, dünyaya olan tamah eynilə davam edirsə, deməli feyz ala bilmirik. Bu da iki səbəbdən olur: Bəlkə getdiğimiz şəxs nöqsandır. Getdiyimiz, görüşdüyümüz və ya qəbirdəki şəxs bu işə əhil biri deyildir, çünki nöqsandan fayda gəlməz. Yaxud da gələn feyzi ala bilmirik.

Gələn feyzi almağımıza əngəl də budur: Bəlkə bir böyük günaha davam edilir, çünki günah əngəldir. O zaman dərhal o şəxsi rədd etməməli, hər kəs qəbahəti özündə axtarmalı, bütün günahlara tövbə və istiğfar etməlidir. Davamlı tövbə edilməlidir ki, bu qapı açılsın. Yağış yağır, ancaq qabda yığılmır, qab boşdur. Yağış suyu axıb gedir. Qabın dolması üçün iki əsas krana ehtiyac vardır. Biri istiğfar, biri də təvazödür, çünki su dağlardan düzənliklərə axır. Heç bir su yuxarı doğru axmaz. İstiğfar edildiyi halda bir şey hasil olmursa, oranı tərk etmək lazımdır. Feyz gəlməsi üçün şərt saleh insanlarla birlikdə olmaqdır. Feyz gəlməyin əlaməti günah işləməməkdir. Feyzin kəsildiyinin əlaməti isə günahlara dalmaqdır.

Allahü təala rızasını Müsəlmanların rızasına bağlamışdır. Onlar razı olarsa, Allahü təala da razı olar. Məsələn, ana-ata övladından, əri xanımından, müdiri məmurundan, müəllimi tələbəsindən razı olarsa, Allahü təala da, böyük şəxslər də, o kimsələrdən razı olar. Razı olmaq, məmnun olmaq deməkdir. Allahü təalaya qovuşduran ən kəsə yol, insanların duasını almaqdır. Gözəl əxlaq demək, onlarla yaxşı keçinib, yaxşılıq edərək, insanların duasını almak deməkdir.

Övliyanın söhbətində qəlb rahatlayar və insanı yuxu tutar.

Dinin əmr və qadağalarını anlamaq başqa şeydir, öyrənmək başqa şeydir. Məsələn, qul haqqını öyrənən kimsə, mən kimin qəlbini qırdım, kimin malını aldım deyə düşünməkdən, bir an olsun ayaqlarını rahat uzadıb yata bilməz.

İslamiyyət, hər dərəcəsi, əxlaqı, etiqadı və əməli ilə yaşanan bir dindir. Hamısı bir yerdə olarsa, tam olar, yoxsa insanın dini əksik olar. Hamısına əməl olunmazsa da, mümkün qədər az qismini əldən qaçırmamağa çalışmaq lazımdır.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину