Facebook Twitter WhatsApp

Hər şey söz dinləyənə verilir

* Təsəvvüfdə etdiyi xidmətləri özündən bilənə xain deyilir. 
* Hər şey söz dinləyənə verilir, hər şey bu bir şeyin içində vardır. 

* Ağlını burax qurtul, tabe ol, səadət tap. 
* İnsana dövlət bir neçə dəfə ələ keçər. Onun qiymətini bilmək lazımdır!

* Fitnə çıxaranlar bir günah iş görür. Dinləyənlər iki günah iş görürlər. Bir dinlədiyi üçün, iki susdurmadığı üçün. Sus deyənə şəhid savabı var. Bir münafiq, bir ordunu pozar.

* Başda İslamiyyəti tam yaşayan əmir varsa, ona itaət tamdırsa, hər kəs onu sevirsə, əlində quru qılınc belə olsa zəfər qazanılar.

* İşi əhlinə vermək lazımdır. Əhlinə verməyən məsul olacaqdır. Əhli olmayana verərsə, yenə məsul olacaq.

* Əmir elə olmalıdır ki, əmri altındakı hər kəs “Əmir məni hamıdan daha çox sevir” desin. 

* Ən böyük hədiyyəni ən böyük düşməninə ver.
* Hər xeyirli işə başlayarkən bəsmələ söyləmək lazımdır. 

* Müxtəlif, ləzzətli yeməklərlə və şirin, sərin şərbətlərlə bədənlərinizi rahat və xoş tutun.

* Heyvan cilovundan, insan sözündən tutulur.
* İnsan, hər söylədiyini bilməli; ancaq hər bildiyini söyləməməlidir.

* Dərdlisənmi, istiğfar söylə, şəfa taparsan. Bir arzun varmı, qovuşmaq istəyirsənmi istiğfar söylə. Kasıbsansa, istiğfar söylə, zərərindən qurtularsan. Zənginsənsə istiğfar söylə, şükr etmiş olarsan. Allahü təala, “İstiğfar edənin yardımına çataram” buyurur.

* İki zinət insanı bəzəyir: Təvazökarlıq, həya və ədəb. 
* İnsanlara təşəkkür etməyən, Allahü təalaya şükr edə bilməz. 

* Xeyir görünəndə şər, şər görünəndə xeyir ola bilər. 
* Kim Allah üçündürsə, Allahü təala da onun üçündür. 

* Şükr demək, nemətləri yerli-yerində istifadə etməkdir. Məsələn, göz nemətinin şükrünü etmək üçün, Allahü təalanın bax dediyi yerə baxılır, baxma dediyi yerə baxılmaz. 

* Cahillərlə dostluq qurmaqdan çəkin. İslamiyyəti tam bilməyən, tətbiq etməyən bir kimsə, övliyalıq yolunda olmağa cəhd edərsə, onun imanını şeytan oğurlayar. Onda kəramətə bənzəyən bəzi hallar görülsə də, bu şeytanın oyunudur.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину