"Əmri-mərufda çox çilə vardır, təhqir vardır. Allahü təalanın dinini yayanlar səbir etməlidirlər. Əgər səbir etməsələr Cənabı Haqq ətraflarını dağıdar, çünki Allahü təala Peyğəmbər əfəndimizə xitabən; (Ey Həbibim! Sən səbirli olmasaydın, həlim olmasaydın, haqq-hüquq gözləməsəydin, ətrafında heç kim qalmazdı) buyurmuşdur."
19-Mar-2024, 07:05
Müasir dövrdə ağlını dində ölçü qəbul edən bəzi insanlar, yanaraq ölənə qəbir sualı və qəbir əzabı ola bilməz zənn edirlər.
Mumiyalanıb açıq havada qalan, yaxud heç dəfn edilməyən ölüyə və yanaraq kül olan insanlara da qəbir sualı olur. (Sirac-ül-vəhhac və Camius-sagir şərhi)
Məşhur “Əmali” şərhində də, “Bir insanı canavarlar parçalayıb yesə, yaxud odda yansa, dənizdə çürüsə, qəbir sualı olacaq, qəbir əzabı və ya qəbir nemətləri veriləcək” buyuruldu.
İmam Rabbani həzrətləri buyurur ki:
Qəbir əzabı axirət əzablarındandır. Dünya əzabına bənzəmədiyi kimi, yuxuda görülən əzaba da bənzəmir. Belə zənn etmək, qəbir əzabını bilməməkdən irəli gəlir. Qəbir əzabına inanmayan bidət sahibi sayılır. “Haqqında hədisi-şərif olsa da, olmasa da, qəbir əzabına inanmaram, ağıl və təcrübə bunu qəbul etmir” deyən kafir olur. (Məktubatı-Rabbani 3/17- 31)
Ağlın dərk etmədiyi şeyləri ağılla həll etməyə cəhd etmək çox səhvdir.
Ağıl göz kimi, din bilikləri də işıq kimidir. Göz, işıq olmasa, qaranlıqda görə bilməz. Göz, qaranlıqda görmədiyi şeylərə "Yoxdur" deyə bilməz. Ağıl da, mənəviyyatı, fizikadan irəlisini anlaya bilməz. Ağıldan faydalana bilmək üçün Allahü təala din işığını göndərdi. Göz işıq olmadan qaranlıqda cisimləri görə bilmədiyi kimi, din bilikləri olmadan da ağıl mənəvi şeyləri anlaya bilmir. O halda ağıl yalnız din işığı ilə mənəvi şeyləri anlaya bilir.
Ölən insan əzabı hiss edir
Amerikadakı vəhşilərin oxlarının uclarına sürdükləri "Kürar" adlı zəhər sinir uclarını iflic edir, əzələlər hərəkət edə bilmir. Ağrı vermədiyinə görə, insan zəhərləndiyini anlamır. Əlini, ayağını tərpədə bilmir, yerə yıxılır, daş kimi qalır. Görür və eşidir, amma gözünü qırpa bilmir, dilini hərəkət etdirib bağıra da bilmir. Qəbir əzabını da buna bənzətmək olar. Ölü, əzabı hiss edir, lakin hərəkət edə bilmir.
İnsan, ruhu sayəsində yaşayır. Ağlı, düşüncəsi, ruhu sayəsində vardır. İnsanın bədəni, bir dülgərin alətləri kimidir. İnsan öldükdə, alətləri olmadığına görə, ruh bu alətlərlə bir iş görə bilmir. Ancaq yenə də, ruh ölü olmadığı üçün gedir gəlir, insanları tanıyır. Hətta övliyanın ruhları insanlara yardım edə bilir. Bu cür yardım etməsi dünyadakı bədənindəki alətlərlə olmur. Allahü təala ruhlara alətsiz də iş görmək xüsusiyyəti vermişdir. Vəfat edən Xızır əleyhissalamın ruhu çox insana müxtəlif köməkliklər göstərir.
Bir insana başqasının bütün orqanları köçürülsə, o insanın ağlında, düşüncəsində bir dəyişiklik olmaz. Dülgərin köhnə alətlərinin yerinə, yeni alətlərlə dəyişdirilmiş kimidir. Alət dəyişməklə, dülgərdəki bilik, qabiliyyət dəyişməz. Kəsməyən bir mişarın yerinə, yaxşı kəsən bir mişar olsa, işini daha asan görər.
İnsan ruhu sayəsində vardır
Görməyən gözün yerinə sağlam göz qoyulsa görəcək. İnsanın qanı, ürəyi, beyni də dəyişsə, yenə düşüncəyə təsir etməyəcək. Sağlam orqan qoylduqda, iş daha asan görülür. Çünki insan, ruh deməkdir.
Bir insan yanmaqla yox olmaz. Sadəcə alətləri əlindən alınmış olur. Axirətdə ona yeni alətlər verilir. Mömindirsə Cənnətə, kafirdirsə Cəhənnəmə gedəcək. Ruh, ona verilən bədəni sayəsində ya nemətə qovuşacaq və ya əzaba məruz qalacaq.
Ruhun mahiyyətini bilməyən və ya Allahın qüdrətindən şübhə edən şəxs, insanın yandıqda yox olduğunu, qəbir sualı və qəbir əzabının olmadığını zənn edir. Halbuki qəbir əzabının olduğunu dinimiz açıq-aşkar bildirir. Bu mövzuda ayəti-kərimə və hədisi-şərifləri yuxarıda bildirdik.
В корзине: 0 шт.
на сумму: 0