Facebook Twitter WhatsApp

Nəyi gözləyirsiniz?

Sual: Ölən bir Müsəlman, dünyaya gəlsə nə edər?
CAVAB
Mübarək bir şəxs bir Müsəlmana aid qəbrin qarşısında durub, tələbələrindən soruşur:
—Bu qəbirdəki insan, yenidən dünyaya gəlsə, sizcə nə ilə məşğul olar, nə iş görər?
Tələbənin biri deyir ki:
—Əlbəttə, durmadan namaz qılar.
Digər bir tələbə də deyir ki:
—Davamlı oruc tutar.
Bir digəri də deyir ki:
—Cihad edər, əmri-mərufla məşğul olar.
Xülasə, tələbələr faydalı bütün işləri sayarlar. O şəxs buyurur ki:
—Bu məzarda yatan insanın dünyaya yenidən gəlib-gəlməyəcəyi şübhəlidir. Amma sizin oraya gedəcəyiniz dəqiqdir, yəni siz də onun kimi öləcəksiniz. O halda nə üçün indi bu söylədiklərinizi etmirsiniz? Nəyi gözləyirsiniz? Onun itirdiyi fürsəti, siz bir qənimət bilməlisiniz, sabaha saxlamadan bu faydalı işlərlə məşğul olmalısınız.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину