Ən çox düşməni olan Allahu təaladır! Bir gün Musa aleyhissəlam, insanların danışıqlarından bezmiş, Ya Rabbi, nə olar bu insanlar mənim haqqımda danışmasın deyə dua etmiş. Allahu təala buyurmuş ki Ya Musa, sənin istədiyin o şeyi mən, özüm üçün belə etmədim. Görmürsənmi, eşitmirsənmi, mənim haqqımda nələr danışırlar.
Peyğəmbər əfəndimiz Allahu təalanın həbibi idi, aləmlərə rəhmət idi. İnsanları Cənnətə dəvət üçün, Cəhənnəmdən çəkindirmək üçün ən ağrılı sıxıntıları çəkdi. Ona ağıla xəyala gəlməyəcək iftiraları atdılar, haşa, sehrbaz dedilər, haşa, məcnun dedilər, haşa, şair dedilər, haşa, xanımı Aişə validəmizə iftira atdılar, çox əziyyət ettilər, yollarına tikanlar döşədilər. Allahın Həbibi ilə savaşdılar. Halbuki O rahməti ilahi idi, insanlar yanmasın deyə adətən çırpınırdı. Bilmirlər, bilsəydilər etməzdilər buyururdu. Hədisi-şərifdə buyurulur ki:
“Bir kimsə, bir mömin haqqında olmayan bir şey söyləyərsə, iftira atılan kimsə, onu əfv edənə qədər, Allahu təala onu Cəhənnəmdə buraxar”. [Əbu Davud]
Qurani kərimdə də məalən buyurulur ki:
“Yalan söyləyənlər, iftira atanlar, ancaq Allahın ayələrinə inanmayanlardır. Onlar, əsl yalançılardır”. [Nəhl, 105]
İkinci min ilin mücədidi, hədisi-şəriflə müjdələnən imamı Rabbani həzrətlərinə etdikləri əziyyət və digər iftiraların yanında nə dedilər bilirsinizmi, Sərhənd cahili dedilər, bu adla da yazılar yazıb payladılar.
Rəsulullahın varislərinin istisnasız hamısı da eyni əziyyət və sıxıntılarla qarşılaşmışlar, müxtəlif iftiralara məruz qalmışlardır. Hətta ibni Abidin həzrətləri, xocası Mövlana Xalidi Bağdadi həzrətlərinə atılan iftiralara dayana bilməyib, iftiraçılara və onlara inananlara bir rəddiyə risaləsi yazdı. Bu risaləyə də Səll-ül-Hüsamül-Hindi li-Nusrati Mövlana Şeyx Xalid Nəqşibəndi adını verdi.
İmamı Qazali həzrətləri də iftiralara məruz qalan böyüklərdəndir. Fəlsəfəçilər və bidət əhli olanlar, hələ də bu böyük imama iftiralarına davam etməkdədirlər.
Kim Peyğəmbər əfəndimizə çox bənzəyərsə o dərəcə, bu sıxıntılar, bu iftiralar başına gələr. Bunlar, bu yolun şanındandır. Edən özünə edər. Allahu təala kimi əzaba atmaq istəyərsə böyüklərin üstünə salar, yəni o insanlar böyüklərə dil uzadar. Yaradılışında səid olanlar kəsinliklə böyüklərə dil uzatmazlar. Başqa günahları ola bilər amma böyüklərə dil uzatmazlar.
İmamı Rabbani həzrətləri buyurur ki:
“Şeyx-ul-islam Abdullahi Ənsari Hirəvi, Ya Rabbi! Dostlarını elə etdin ki, onları tanıyan sənə qovuşur və sənə qovuşmayan, onları tanımır buyurur. Bu böyüklərə düşmənlik etmək, sonsuz ölümə sürükləyən bir zəhərdir. Onları incitmək, sonsuz fəlakətlərə səbəb olar. Allahu təala bu bəlaya düşməkdən qorusun! Şeyx-ul-islam yenə buyurdu ki, Ya Rabbi, Hər kimi fəlakətə uğratmaq istəyərsənsə, onu bizim üzərimizə salarsan”. (1106)
Peyğəmbərlərdən başqa hər kəs günah işləyər. Allahu təala sevdiyi qullarının günahlarının cəzasını axirətə buraxmaz. Çünki günah cinayətdir. Qarşılığı cəzadır. Dünyada üç sıxıntı verər:
1- Xəstəlik verər. Səbr edərsə əfv edər. Səbəblərə yapışmaq və gələni Allahdan bilmək lazımdır. Və nə məqsədlə gəldiyini bilərək şükr etməli.
2- Günahların əfvi üçün ikinci yol maddi sıxıntıdır. Borclu olmaqdır. Borclarını ödəmək üçün çəkilən sıxıntılardır. Bu da günahların əfvinə səbəbdir.
3- İnsanların yalan və dedi qodu və iftiralarıyla haqqsız olaraq iftiraya uğramaqdır.
Dil uzadılarsa
Sual: Hər hansı bir İslam aliminə və ya hər hansı bir səhabəyə dil uzadılsa, biz də sussaq günaha girərikmi?
CAVAB
Əshabı-kiramın hər biri və hər hansı bir İslam alimi hamımızın ustadıdır. Onlara dil uzadılınca kədərlənməyimiz lazımdır. Kədərlənməmək çox çirkin bir işdir. İmanın əsası olan hubbi-fillah və buğdi-fillaha ziddir. Şeyx-ul İslam Abdullahı Ənsari həzrətləri buyurur ki: “Bir kimsə, ustadını üzər də, o da bu adama qarşı qəlbən hirslənməz isə, köpəkdən aşağı olar.”
Mümkünsə belə kimsələrə gərəkli cavabı verməli, deyilsə, qəlbən onu sevməməlidir.
В корзине: 0 шт.
на сумму: 0