Sual: İnsanı küfrə salan sözlər haqqında satışda bir çox kitab var. Bunlara görə kim Müsəlman qala bilər! Bu kitablardan bəzilərini sizə göndərirəm. Bu sözləri araşdırıb, izah edə bilərsizmi?
CAVAB
Satışdakı kitablarda küfr sözlər mövzusunda küfr olmayan sözlərə də küfr damğası vurulmuşdur. İndi bu sözləri araşdıraq:
“Allahın oğlu gəlsə bu işi bacara bilməz. Yeri Allah yeri, ye Allah ye, yat Allah yat kimi sözləri söyləyən kafir olur” deyirlər. Allahın oğlu demək, Allah bunu bacarmaz demək, əlbəttə küfrdür. Lakin digər sözlərin küfrlə heç bir əlaqəsi yoxdur. Çünki bunu söyləyən kimsə, Allah yeriyir, Allah yeyir-içir, Allah yatır demək istəmir. Yolun uzunluğunu, bitib-tükənmədiyini bildirmək üçün yeriməklə bitmir demək istəyir. Mahnılarda, nəğmələrdə və belə sözlər arasında Allahın adını istifadə etmək doğru deyil, amma küfr də deyil. Küfrün nə olduğu dinin dörd dəlili ilə sabitdir. Bunun xaricində küfr sayılmaz. Bütün milləti kafir etmək də çox təhlükəlidir. Müsəlmana kafir deyənin özünün kafir olacağı hədisi-şəriflə də bildirilmişdir.
“Ən böyük Qarabağ, başqa böyük yoxdur deyən kafir olur” deyirlər. Bunun küfrlə nə əlaqəsi var? Komandalar içərisində, yəni futbolda ən böyük deməkdir. Ən böyük Azərbaycan qəzetidir desək, başqa böyük yoxdur desək, qəzetlər içində tirajı və ya keyfiyyəti ən böyük olandır deməkdir. Ən böyük AZTV demək də belədir. Televiziya kanalları içərisində ən keyfiyyətlisi, səviyyəlisi deməkdir. Haşa Allahdan böyük anlamına gəlməz. Zorla belə bir məna çıxarmaq çox səhv bir işdir. Belə sözlərlə bütün milləti kafirliklə təqsirləndirmək nə qədər yersizdir.
“İslam dini ağıl-məntiq dinidir demək çox səhv bir sözdür” deyirlər. Bu ifadəni istifadə etmək nə qədər də yanlışdır. Qurani-kərimin bir çox yerində “Ağlınıza gəlmirmi, ağlınızı işlətmirsizmi?” kimi ifadələr çox keçir. Peyğəmbər əfəndimiz də buyurur ki:
“İnsanın dini, ağlı ölçüsündədir. Ağlı olmayanın dini yoxdur.” [Əbuşşeyx]
“İnsanı ayaq üstə tutan ağlıdır. Ağlı olmayanın dini də yoxdur.” [Beyhəqı]
“Ağıllı olmaq, din işlərində sevinc qaynağıdır.” [İbni Əsakir]
“Ağlı doğru olmayanın dini də doğru olmaz.” [Tabərani]
“Ağıllı insan qurtuluşa çıxmışdır.” [Buxari]
“Ağıl imandandır.” [Beyhəqı]
İslamiyyət nəql dinidir və səlim ağla uyğundur. Dində ağlın əhəmiyyəti böyükdür. Ancaq yalnız ağla tabe olub, yalnız ona güvənib yanılan şəxslərə filosof deyilir. Ağlın çatdığı şeylərdə ona güvənən, ağlın çatmadığı, yanıldığı yerlərdə İslam işığı altında ağla doğrunu göstərən böyük şəxsiyyətlərə İslam alimi deyilir. Ağıl göz kimidir. İslamiyyət də işıq kimidir. Göz qaranlıqda cisimləri görə bilməz. Görməsi üçün işıq lazımdır. Buna görə Həzrət Əli, “Din, ağıl və dünya görüşü ilə olsaydı, məstin üstünü deyil altını məsh etmək lazım olardı” buyurmuşdur.
“Sözdə müsəlman olanlar, “ibadət ilə Cənnətə girmək olmaz, təmiz qəlb gərəkdir, Allah qəlbə baxar” düşüncəsində danışanların, Müsəlman olmadığını deyirlər. Belə söyləyən hər kəsi qəbahətli zənn etmək səhvdir. Çünki Peyğəmbər əfəndimiz, “Heç kim, ibadəti səbəbi ilə Cənnətə girməyəcək” buyurmuşdur. Çünki etdiyimiz bütün ibadətlər qəbul olsa belə, bir gözümüzün şükrünün qarşılığı belə deyildir. Cənnətə, Allahü təalanın lütfü və ehsanı ilə girmək mümkündür. Lütfə və ehsana qovuşmaq üçün, imanlı olmaq şərt olduğu kimi, ibadətə də ehtiyac vardır. Bir insan nə qədər çox ibadət edərsə etsin, ibadəti səbəbilə özünü mütləq şəkildə Cənnətlik zənn etməməlidir. Qulun vəzifəsi ibadət etməkdir. Qurani-kərimdə məalən, “Mən cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratdım” buyurulur. Təmiz qəlb gərəkdir deməkdə də zərər yoxdur. Çünki hədisi-şəriflərdə buyurulur ki:
“Qəlb pozulduqda, bədənin işləri də pozulur.” [Beyhəqı]
“Allahü təala, sizin xarici görünüşünüzə, malınıza [rütbənizə, gözəl işlərinizə] baxmır, bunları nə niyyətlə etdiyinizə baxır.” [Müslim]
Allahü təala qəlblərdə olan ixlasa və Allah qorxusuna baxar. Əməllərin, ibadətlərin qəbul edilməsi üçün, yəni savab verilməsi üçün, həm şərtlərinə uyğun olmalı, həm də ixlasla niyyət edilməlidir. Yəni ibadətin qəbul olması üçün, Allahü təalanın rızası üçün etmək lazımdır.
“Arximed qanunu, Nyuton qanunu demək imanı zədələyir” deyirlər. Allahü təala kainatda müxtəlif düzənlər yaratmışdır. Suya müəyyən bir qaldırma gücü vermişdir. Bunu kəşf edənə onun adını verməyin küfrlə əlaqəsi yoxdur. Suya qaldırma gücünü Arximed verir deyilmir ki. Bunun varlığını Arximed tapdı deyilir.
“Quran oxumaq çox çətindir demək batil bir vəlvələdir” deyirlər. Bilməyənə əlbəttə çətindir. Kiminə xarici dil, kiminə riyaziyyat çətin gəlir. Çətinə çətin deməyin batillə, küfrlə nə əlaqəsi var?
“Hələ bu namazımızı qılaq, rahat-rahat çayımızı içək deyənlərin aqibətləri çox acınacaqlı olacaq” deyirlər. Bu nə qədər səhv bir ifadədir? İnsan namaza çox əhəmiyyət verir ki, “Əvvəlcə bu namazımızı qılaq, namazı gecikdirmə narahatlığı ilə çay içsək bizə nuş olmayacaq, əvvəlcə namazı qılaq çayı hər halda içərik” demək istəyir. Bu sözün harası pisdir ki? Alimlərimiz, namaza mane olan işdə xeyir yoxdur buyururlar. Vaxt girər-girməz, birinci namazı qılmalı, ondan sonra digər işləri etməliyik.
“İslam bir bütündür, hamısını alan yalnız Müsəlmandır” deyilir. Bu söz izaha möhtacdır. Etiqadda elə olsa da əməldə elə deyildir. "Ya, dinimizin bütün əmrlərinə riayət edib, bütün qadağalarından çəkinmək və ya heç birinə əməl etməməyin gərəkdiyini" söyləmək, “Ya hamısı, ya heç biri” demək çox yanlışdır. Bir neçə günah işləyirsən deyə, digər günahları da etmək lazım deyil. İmam Rabbani həzrətləri buyurur ki: “Bütün günahlara tövbə edib hamısından çəkinmək böyük nemətdir. Bu olmasa belə, bəzi günahlara tövbə etmək də nemətdir. Bunların bərəkəti ilə bəlkə bir gün bütün günahlara tövbə etmək nəsib olar. "Bir şeyin hamısı ələ keçməsə də, hamısını da əldən buraxmamalıyıq" buyuruldu.”
“İbadət də gizli, rəzalət də” deyənlərə od püskürülür. Halbuki hədisi- şərifdə, “Kim, dünyada günahını gizləyərsə, Allahü təala da Qiyamətdə o günahı hər kəsdən gizləyər” buyurulur. (Müslim)
İnsanlardan utanaraq günahı gizləmək də həyadandır. Həya da imandandır. Günah gizlənməzsə, fasiqlər bundan cəsarət alar. “Filankəs günah iş görür. Mən də eləsəm nə olacaq ki?” deyə bilər. Riya olmaması üçün ibadəti gizləmək caizdir. Onun üçün “Qəbahət də gizli, ibadət də gizlidir” deyilmişdir. Bunun kimi atalar sözlərinin çoxu bir hədisi-şərifə istinad edir. “Həya paltarına bürünənin ayıbları görülməz. Aşkar olarsa xoşa gələcək şeyləri et! Heç kimin eşitməsini istəmədiyin və aşkar olduqda insanların xoşlanmayacağı şeylərdən uzaq dur!” buyurulmuşdur.
Məscidləri siyasi arena halına salmaq istəyən bəzi din cahilləri, “İmperialist kafirlərin “Məsciddə dünya kəlamı danışmaq günahdır” sözünü söyləyərək, məscidlər, ziyarət yerləri, mövlud və xətm mərkəzləri halına gətirilmişdir” deyir. Məscidlərin ziyarət edilməsi, mövlud oxunması, hələ xətm, yəni Quran oxunmasına qarşı çıxmaq nə qədər çirkindir. Məsciddə söhbət etməyi imperialist kafirlər deyil, Allah və Rəsulu qadağan edir. Məsciddə danışmaq savabları aparır. Xütbəni belə nitq çıxışı kimi yüksək səslə oxumaq haramdır. Məsciddə danışmaq olmaz. Hədisi-şərifdə buyuruldu ki:
“Məsciddə dünya kəlamı danışanın ağzından pis bir qoxu çıxar. Mələklər, "Ya Rəbb, bu qulun məsciddə söylədiyi dünya kəlamından ötrü, ağzından çıxan pis qoxu bizləri narahat edir" deyirlər. Haqq təala da buyurur ki: “İzzətim, cəlalım haqqı üçün, onlara böyük bəla verərəm.”” [Ey Oğul Elm.]
“Axır zamanda bəzi kəslər, məscidlərdə dünyadan, dünya kəlamından bəhs edəcəklər. Onlarla birlikdə olmayın! Allahü təalanın belə kəslərlə işi yoxdur.” [İbni Hibban]
“Heyvanların otu yediyi kimi, məsciddə danışmaq da savabları yeyər, yox edər.” [İ.Qazali]
Əvvəlcə “Təhiyyətül-məscid” namazı qılıb və ya başqa ibadət edib, etiqafa niyyət etdikdən sonra, yüngül səslə ehtiyac qədər danışmaq caizdir. Ehtiyac olmadan məsciddə danışmaq olmaz.
“Uşaqları məscidə salmayanlar var. Hər məscidin həyəti uşaq bağçasına çevrilməməlidir. Məscidin memarlığında, ədəbiyyatında, musiqisində, hamısında fayda vardır. Bu faydalardan uşaqlarımızı uzaq tutmayaq” deyirlər. Halbuki, heç zərər verməsə də, məscidə azyaşlı uşaq gətirmək məkruhdur. Zərər verə bilər, çirkləndirə bilər, haram olar. Hədisi-şərifdə “Uşaq və dəlini məscidə buraxmayın” buyurulur. (İbni Macə)
Musiqi haramdır, harama halal deyən küfrə girər.
“Subaylıq, sultanlıqdır sözü səhvdir” deyirlər. İslamın ilk dövrlərində evlənmək tövsiyə edilirdi. Peyğəmbər əfəndimiz, “Evlənmək mənim sünnətimdir, sünnətimə tabe olmayan məndən deyil” buyururdu. Lakin axır zamanda bu vəziyyət dəyişmişdir. Çünki Əbu Yalanın rəvayət etdiyi hədisi-şərifdə, Peyğəmbər əfəndimiz, “İki yüz ilindən sonra, sizin ən yaxşınız, həfifül-həzz olandır” buyurdu. Həfifül-həzz nədir, dediklərində, “Xanımı və uşağı olmayandır” buyurdu. Bişri-Hafi, Bəyazidi Bistami, Əbül-Hüseyn Nuri [və Rəbiəyi-Ədviyyə] kimi böyük alimlər subay idilər. Hicrətin iki yüz ilindən sonra gələnlər arasında, onların və onlar kimi olanların şərəf və üstünlüklərini, bu hədisi-şərif bildirmişdir. (Əhya)
Əbu Süleyman Darani həzrətləri, “Subaylığa dözmək, ailənin dərdinə dözməkdən, onların əziyyətinə qatlanmaq, Cəhənnəm atəşinə dözməkdən daha asandır” buyurdu.
“Zaman çox pisləşdi demək, Allahdan şikayətdir, çünki “Zamanı söyən, məni cəzalandırır. Mən zamanam” hədisi-qüdsisi vardır” deyirlər. Zaman kəlməsinin sanki tək bu anlamı var ki, belə deyirlər?
Zaman kəlməsinin mənalarından bir neçəsi belədir:
1- Vaxt deməkdir. Hadisələri sıralamağa yarayan başı və sonu bəlli olmayan mücərrəd qavramdır. Məsələn, zaman axıb gedir.
2- Çağ deməkdir. Məsələn, Osmanlıların ilk zamanlarında Türklərin şöhrəti yüksək idi.
3- Gün deməkdir. Məsələn, zaman gələr məni də anlayan çıxar.
4- An deməkdir. Məsələn, bir zaman durdu, danışmadı.
5- Mövsüm deməkdir. Məsələn, indi məhsul yığımı zamanıdır.
6- Əlverişli vaxt deməkdir. Məsələn, tam hücum etmə zamanıdır.
7- Yaşanılan dövr deməkdir. Məsələn, zaman çox pis oldu, bilən-bilməyən hər kəs din adına əhkam kəsir.
“Zaman sənə uymasa, sən zamana uy sözü çox yanlışdır” deyirlər. Halbuki “Zaman sənə uymasa, sən zamana uy” sözü doğrudur. Zamana uymaq, zamanın gərəkdirdiyi xüsuslara uyğunlaşmaq deməkdir. Zamanın dəyişməsiylə, adət-ənənəyə aid hökmlər dəyişə bilər. Nassa [Quran və hədisə] istinad edən hökmlər zamanla dəyişməz. Dinə zidd olmayan adət-ənənəyə aid hökmlər dəyişərsə, bunlara uyğunlaşmaqda bir zərər yoxdur.
Məcəllənin 39-cu maddəsində, zamanın dəyişməsilə adətə aid hökmlərin dəyişəcəyi bildirilir. Mübah olan adətlərdə və fənn biliklərində zamana uyğunlaşmaq lazımdır, amma ibadətlərdə zamana uyğunlaşmaq olmaz.
Hər kəs traktorla, yük maşınıyla gedərkən, yük arabasıyla getmək gərəkdir deyə israr etmək olmaz. Lakin günah olan bir şey, hər kəs tərəfindən edilsə, buna uymaq olmaz. Zamana aid işlərin dəyişməsinə, zamanın dəyişməsi deyilmişdir. Belə misallar Qurani-kərimdə də vardır. Məsələn, “kənd əhalisindən soruş” yerinə, “kənddən soruş” deyilmişdir. (Yusif 82)
Dilimizdə, “bu sinif təmbəldir” deyilir. Burada nəzərdə tutulan şey, sinfin özü deyil, oradakı tələbələrdir. Zamana uyğunlaşmaq da, zamanın ehtiyacı olan faydalı işlərə uyğunlaşmaq deməkdir. Zərərli, günah olan şeylərə uyğunlaşmaq olmaz. Zamanı pisləmək də, o zamanda yaşayan pis insanları tənqid etməkdir. Yoxsa zamanı yaradan Allahı pisləmək anlamında deyildir.
“Din siyasətə alət edilməz deyənlər, Müsəlmanları maşa kimi istifadə etmək istəyənlərdir” deyilir. Yəni açıq-aşkar din istismarı normal görülür. Dini istifadə edərək, istər şəxsi, istər siyasi mənfəət və ya nüfuz təmin etmək işinə din istismarı deyilir. Vəzifə tutmaq, alqış toplamaq, bir qrup insanı arxasınca aparıb hər hansı bir mənfəət, Allah rızasından başqa niyyətlərlə edilsə riya sayılır. İmam Qazali həzrətləri buyurur ki: Yaxşı bil ki, riya haramdır, riyakarı Allah sevməz. Hədisi-şərifdə:
“Axır zamanda dünya mənfəəti üçün dini alət edən, şan-şöhrət edənlər çıxacaq. Sözləri baldan şirindir. Bunlar quzu dərisinə bürünmüş qurddurlar” buyuruldu. (Tirmizi)
Dini alət edərək əldə edilən mal, vəzifə üçün şair deyir ki:
Bu mala, məqama ola ki lənət,
Ona din və ya irz edilə alət.
Dini siyasətə alət etmək, yaxud başqa zərərli məqsədlər və mənfəətlər üçün istifadə etmək, bir qrup cahili, din adı altında, təhrik etmək çox böyük bir günahdır. Allahü təala, ən çox bunu pisləmişdir. Din, tərtəmiz əxlaq sahibi olmağı əmr edən, sırf mərhəmət, sevgi və böyüklərə itaət, kiçiklərə şəfqət əmr edən, insanları doğru yola aparan Allahü təalanın razı olduğu yoldur. Hədisi-şərifdə buyuruldu ki:
“Əfsuslar olsun, elmini ticarət vasitəsi edən pis alimlərə ki, dövlət adamlarına yaxınlaşır və qazanc təmin edərlər. Allah onların ticarətinə kasadlıq versin!” [Hakim]
Moizə oxumaq, dini yazı yazmaq, kitab nəşr etmək, ancaq Allah rızası üçün olduqda, vəzifə, mal və şöhrət qazanmaq üçün olmadıqca faydalı olur. Əksinə olarsa çox zərərli olur. Hədisi-şərifdə buyuruldu ki:
“Haqq təala, Həzrəti Adəmə min çeşid sənət öyrədib buyurdu ki: Övladların və nəslin, bu sənətlərdən biri ilə ruzisini tələb etsin! Amma heç vaxt dini dolanışıq vasitəsi etməsin! Dini istifadə edərək dünyanı tələb edənlərə əfsuslar olsun!” [Hakim]
“Nə edə bilərəm, əmr quluyam demək yanlışdır. Allahın qulu olmaq lazımdır, qulun qulu olmamalıdır” deyilir. Bir başqa cahil də belə deyir: “Osmanlılarda, insan, Allahın deyil, padşahın qulu idi. Ona görə padşah, xalqa "Qullarım" deyərdi. Sultanlıq sistəminə qarşı çıxmaq, köklü mübarizə aparmaqdır” deyir.
Bəzi kəlmələr bir neçə mənaya gəlir. Cümlədəki yerlərinə görə mənaları dəyişir. Məsələn, Mövla kəlməsi, yeddi mənaya gəlir. Daha çox ilah, əfəndi, kölə mənasında istifadə olunur. “Mövlanın rəhməti boldur” cümləsindəki mövla, ilah mənasındadır. “Mövlana Cəlaləddin”dəki mövla da əfəndi deməkdir. İndi biri çıxıb “Sən Cəlaləddinə ilah dedin” deyə bilməz. Bunun kimi qul kəlməsi də məxluq, insan, kölə, bəndə, əmr altında olan, tabe olan, mənsub kimi mənalara gəlir. İndi biri nəzakət olsun deyə “Bəndəniz” desə, bəndə qul, kölə demək olduğu üçün, “Sən qarşındakına bəndəniz deməklə onu ilah yerinə qoydun” demək caiz olarmı? Padşahlar, sadiq yardımçılarına “Qulum” deyərdilər. Burada qul, “Sağ qolum” deməkdir. Sultana aid seçkin əsgərlərə “Qapı qulu” deyilərdi.
“Allahdan başqasına itaət etmək şirkdir, qula qulluqdur” deyirlər. Bu söz də çox səhvdir. Çünki Qurani-kərimdə, Allaha, Rəsuluna və ülül-əmrə də itaət edilməsi əmr edilir. Alimlərə, ana-ataya itaət də dinimizin əmridir. Onlara itaət də Allaha itaət sayılır. (Hadiqa)
“Şeyxi olmayanın şeyxi şeytandır sözünə hədis demək qorxuncdur, Bəyazidi Bistamiyə aiddir” deyirlər. O zaman adama bu sualı vermək lazımdır: Bu qorxunc sözü nə üçün Bəyazidi Bistami həzrətləri söyləmişdir? Bir alimin söyləməsi o sözün pis olmasınımı gərəkdirir? Burada şeyx, mürşid, rəhbər, ustad, müəllim mənasındadır. Din elmlərini müəllimsiz öyrənmək asandırmı? Hələ təsəvvüfü rəhbərsiz öyrənmək imkansızdır. Bəyazidi Bistami həzrətlərinin bu sözü, niyə qorxunc olaraq vəsfləndirilib bəyənilmir ki? Burada təsəvvüf düşmənliyimi edilir? Rəhbərə, ustada qəzəblənmək olarmı? Bir tələbənin, elm öyrənə bilməsi və doğru yolu tapa bilməsi üçün, bir öyrədənə ehtiyacı vardır. Çünki hədisi-şərifdə, “Elm ustaddan öyrənilər” buyuruldu. (Tabərani)
Qurani-kərimdə isə məalən, “Əgər bilməzsəniz, bilənlərdən soruşun!” buyuruldu. (Nəhl 43)
“Əgər o iki il olmasaydı Numan həlak olardı sözü, imam Əzəmə aid deyildir, uydurma bir sözdür. Təsəvvüf olmadan da insan övliya ola bilər” deyirlər. Məqsəd təsəvvüfü pisləməkdir. Təsəvvüf düşmənliyi sələfilər arasında çox yayılmışdır. Övliyaya, kəramətə düşmənlik edirlər. Bilməyənin bilmədiyi şeylərə düşmənlik etməsi normaldır. Atalarımız belə kəslər haqqında, “İnsan bilmədiyi şeylərin düşmənidir” buyurmuşdurlar.
Muhamməd Masum həzrətləri “Məktubat” kitabında buyurur ki:
Allahü təalanı tanımaq iki cürdür:
1- Əhli sünnət alimlərinin bildirdikləri kimi tanımaq,
2-Təsəvvüf böyüklərinin tanımaları.
Birinci şəkildəki imanda nəfs azgınlığından əl çəkmişdir, iman həqiqi deyil, məcazidir. Bu iman gedə bilər. İkincisində nəfs də imana gəldiyi üçün iman yox olmaqdan qorunmuşdur. “ Ya Rəbb, Səndən sonu küfr olmayan iman istəyirəm” hədisi-şərifi və “Nisə” surəsinin “Ey iman sahibləri, iman edin” məalindəki 136-cı ayəti-kəriməsi də həqiqi imanı bildirir. Bu ayə “Həqiqi imana qovuşun” mənasındadır.
İmam Əhməd həzrətləri elm və ictihadda çox yüksək dərəcəyə sahib olduğu halda, həqiqi imana qovuşmaq üçün Bişri Hafi [və Zünnuni Mısri] həzrətləri kimi övliyanın söhbətində iştirak etmişdir. İmam Əzəm həzrətləri də, ömrünün son illərində Cəfəri Sadiq həzrətlərinin söhbətində olduqdan sonra, “Bu iki il olmasaydı, Numan həlak olardı”, yəni “Həqiqi imana qovuşa bilməzdim” buyurmuşdur. Hər iki imam elmdə və ibadətdə son dərəcə irəlidə olduqları halda, təsəvvüf böyüklərinin söhbətində iştirak edərək mərifəti və bunun meyvəsi olan həqiqi imanı əldə etdilər.” (2/106)
Sənaullah Dəhləvi həzrətləri də buyurur ki:
Təsəvvüfdə fəna dərəcəsinə qovuşan, mütləq imanla ölər. “Bəqərə” surəsinin “Allahü təala imanınızı zay etməz” məalindəki 143-cü ayəti-kəriməsi və “Allahü təala, qullarının imanlarını geri almaz. Lakin alimləri yox edərək elmi geri alar” hədisi-şərifi, həqiqi imanın və batin elminin geri alınmayacağını göstərir. (İrşadüt-talibin)
“Sizin düşməniniz şeytandır” ayəti-kəriməsini dəlil gətirərək, bizə düşmən olan birinə “Sən mənim düşmənimsən” deməyin küfr olduğu söyləyirlər. Cahilliyin bu qədəri də olmaz. Bir müsəlmanın digər müsəlmana düşmənlik etməsinə dərhal kafirdir deyilərmi? Hansı kitab belə yazır? Tarixdə iki Müsəlman ordusu döyüşmədimi? Bunlara kafir demək olarmı? Bu cahil adamlar, əllərinə bir kafir qarası alıb qarşısına çıxanın üzərinə gedirlər.
Musiqinin hər növünün haram olduğu mötəbər əsərlərdə bildirilərkən, musiqinin əyləncəli, düşündürücü, sakitləşdirici və öyrədici cəhətlərinin də olduğu deyilərək, sanki bəzi musiqilərin caiz olduğunu deyirlər. Dövlət himni, hərbi marşlar, dəf, toyda davul çalmaq istisna olmaqla, əlbəttə musiqinin hər növü haramdır. Təsəvvüf musiqisi deyə bir şey yoxdur.
“Kafirlər Allahdan ümid kəsər” ayəsini dəlil gətirərək, “Bu cəmiyyət düzəlməz” deyənlərin küfrə girdiyini deyirlər. Halbuki bu ayənin, bununla heç əlaqəsi yoxdur. Dəlinin biri çıxsa, “Mən heç vaxt xəstələnməyəcəyəm, göylərdə uçacağam, dünyadakı hər kəsi Müsəlman edəcəyəm” desə, bir başqası da bunları bacara bilməzsən desə, dərhal bu adamın alnına qara vurarlar, “Sən Allahdan ümidi kəsdiyin üçün kafirsən” deyərlər. Mən inansam da, ibadət etsəm də Allah məni əfv etməz” demək küfrdür. Allahdan ümid kəsmək, Allahın rəhmətindən ümid kəsməkdir. Yoxsa bu işi bacarmazlar deməyin küfrlə nə əlaqəsi vardır?
Əli yağlı qaralılar, “Gəmisini xilas edən kapitan” sözünə də hücum edirlər. Halbuki bu söz, hədisi-şəriflərə və alimlərimizin bildirdiklərinə zidd deyildir, çox gözəl bir sözdür. Atalarımız eyni anlamda, “Öncə can, sonra canan” demişdirlər. Can qurtarılmadan canan qurtarılmaz.
Pis də olsa mövcudu qəbul etmək olacağı üçün, “Betərin də betəri vardır” sözü də tənqid edilir. Halbuki İmam Rabbani həzrətləri, “Heç bir zaman, heç bir şəkildə, halınızdan şikayətçi olmayın. Hər zaman şükr edici olun. Betərin betəri vardır” buyurur. Topal olan kimsə, “Məni niyə topal yaratdın və ya niyə qəzada ayağımı qopartdın” deyə Allaha üsyan etməsi lazımdır, yoxsa “Ya Rəbb gözümü kor etmədiyinə, qulağımı kar etmədiyinə çox şükürlər olsun” deməsi gərəkməzmi? Hər zaman betərin betəri vardır deyərək halımıza şükür etməliyik.
“Atam öldü, dərhal məzarını düzəltdirdim” deyənə hirslənirlər, israfdır, dinə ziddir deyirlər. Məzar düşməni olduğunu çəkinmədən deyirlər. Alimlərə, övliyaya türbə tikdirmək belə caizdir. Buna görə atalarımıza dil uzatmaq çox səhv işdir. Eyni zehniyyət ənbiya və övliya qəbirlərindən yardım istəməyə də, onlar üçün qurban kəsməyə də şirk deyirlər. Allah rızası üçün qurban kəsib savabını məzardakı övliyaya bağışlamağın dinən bir zərəri yoxdur. Hələ şirk ilə zərrə qədər əlaqəsi yoxdur. Övliya qəbirlərinə gedib övliyanın vasitəçi olmasını istəməyin şirklə bir əlaqəsi yoxdur. Biz hər şeyin yaradıcısının və o övliyaya yardım etmə gücünü verənin Allahü təala olduğunu bilirik. Ən cahil bir kimsə də, insanın yaradıcı olmadığını bilir. Ona görə də övliya qəbirlərinə dua etməyə gedən kimsələrə müşrik demək çox çirkin bir hərəkətdir.
Pis bir iş görülərkən, “El-aləm nə deyər, dost düşmən nə deyər” sözünə də hücum edirlər. Halbuki digər sözlər kimi, bu söz də dinimizə zidd deyil. Quldan utanmayan Allahdan da utanmaz. Bir pisliyi edərkən Allahdan utanmayan kimsə, heç olmasa quldan utanmalıdır. Pis nümunə olacağı üçün pisliyi açıq-aşkar işləmək daha çox günahdır. Açıq-aşkar oruc yemək gizli yeməyə müqayisədə daha böyük günahdır. Ona görə dinimizdə açıqdan oruc yeyən dünyada da cəzalandırılır. Çünki pisliyə nümunə olur. Hədisi-şərifdə buyurulur ki:
“Bir günaha düşən, Allahın örtüsünü, onun üzərində saxlamalıdır!” [Müslim]
İnsanlardan utanaraq günahı gizləmək də həyadandır. Həya da imandandır. Günah gizlənməzsə, fasiqlər bundan cəsarət alar. “Filankəs günah işləyir. Mən də etsəm nə olacaq ki?” deyə bilər. Riya olmaması üçün ibadəti gizləmək caizdir. Ona görə “Qəbahət da gizli, ibadət də gizlidir” deyiblər. Bunun kimi atalar sözlərinin çoxu bir hədisi-şərifə istinad edir. “Həya geyiminə bürünənin aybı görülməz. Aşkar olduqda xoşlanılacaq şeyləri et! Heç kimi xəbər tutmasını istəmədiyin və aşkar olduqda insanların xoşlanmıyacağı şeylərdən uzaq dur!” buyurulmuşdur. Yəni dost-düşmənin ayıblayacağı pislikləri etməmək lazımdır.
Əli qaralılar, hücum etməyə yer axtarırlar, “Yaxşı atadan pis övlad, pis atadan yaxşı övlad ola bilər, sözü batil bir sözdür, heç bir mənbəyi yoxdur” deyirlər. Bu çox normal bir sözdür. Adəm əleyhissalam, Nuh əleyhissalam, hər biri böyük peyğəmbər olduqları halda, övladlarından kafir olanlar da olmuşdur. Əksinə Əbu Cəhilin oğlu, Əshabı-kiramdan olmaqla şərəflənmişdir.
Hər toyu oyun, əyləncə zənn etdikləri üçün, “Sünnət toyunda Quran oxumaq küfrdür” deyirlər. Halbuki içkisiz təşkil olunan və başqa haram olmayan sünnət toylarında mövlud və Qurani-kərim oxutmaqda heç bir zərər yoxdur. Musiqi varsa, davul və ya dəf çalınırsa, əyləncə arasında əlbəttə Qurani- kərim oxunmaz. Sünnət toyu səbəbilə Qurani-kərim oxumağa əngəl olmaq çox çirkin bir hərəkətdir.
“Allah cəzanı versin demək bəd duadır, belə söyləmək haramdır” deyilir. Cəza kəlməsi, yaxşı və ya pis qarşılıq, mükafat deməkdir. Məsələn, axirətə, yaxşılıq və pisliklərin qarşılığının verildiyi yer anlamında dar-ül-cəza deyilir. Hədisi-şərifdə buyuruldu ki:
“Yaxşılıq gördüyünə, cəzakəllahü xayran kəsira [Allah, səni çox xeyirlə mükafatlandırsın] deyən, ona ən böyük duanı etmiş olur.” [İ.Əsakir]
Allah səni mükafatlandırsın mənasında Allah cəzanı versin demək bəd dua sayılmaz. Atalarımız ərəb dilində bildikləri üçün belə danışıblar. Yeni nəsil bunları bilmədiyi üçün bəd dua zənn etməsi üzrlü səbəb sayılır.
“Sizə xoş işlər, Sizə xoş günlər, Sizə yaxşı yol!” deməyə də hücum edirlər. Xeyirli işlər, xeyirli günlər demək lazım imiş. Ərəb dilində olan xeyrin, dilimizdə təxmini qarşılığı yaxşı, xoş kəlməsi ilə ifadə edilir. Ha xeyirli dediniz, ha yaxşı, xoş dediniz fərq edən bir şey olmaz. Bunun kimi ifadələri bir problem halına gətirmək yanlışdır.
Məlum yağlı qaralılar, “Mənə görə belədir, məncə belədir” sözünü tənqid edərək bir neçə gözəl nümunə vermişlər, lakin yazdıqları üç cildlik əsərləri şəxsi fikirlə, mənə görə ilə doludur. Atalarımız, bunun kimilər haqqında, “Bu nə pəhriz…” demişdilər.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0