Facebook Twitter WhatsApp

Xoş gördük demək

Sual: Bəziləri, “Girdiyimiz mağazada qadın şalvarı kimi uyğunsuz bir məhsul və ya rəsm varsa, açıq qadın işləyirsə, musiqi çalınırsa, orada “Xoş gəldiniz” deyənə “Xoş gördük” demək, haramı xoş görmək olacağı üçün küfrdür” deyə mesaj, mail və tweet atırlar. “Xoş gəldiniz” deyənə “Xoş gördük” demək, haramı nə üçün xoş görmək sayılır ki?
CAVAB
Bu, çox səhvdir. “Yağış yağacaq” deyən birinə, “Sən mənə ördək deyirsən” deməyə bənzəyir. Yəni bu, “Yağış yağacaq, göl meydana gələcək, göldə ördək üzür, o halda sən ördəksən” demək kimi bir şeydir.

Spirtli içki olan bir kafeyə getsək, offisiant bizi xoş qarşılayıb, “Xoş gəldiniz” desə, biz də ona “Xoş gördük” desək, bu “İçki satmağınız xoşdur” mənası çıxmır, “Bizi yaxşı qarşıladın” deməkdir. Bir iş üçün pivəxanaya belə getsək, oradakı işçi bizi xoş qarşılasa, xoş qarşılamasına “Xoş gördük” deməkdə zərər yoxdur. Bunun kimi mahnı oxuyan qadının səsinə gözəldir demək belə küfr olmaz. Polislərdən qaça bilən oğruya, “Halal olsun oğruya” demək də küfr deyildir. Oğrurun oğurluğuna deyil, polisdən qaçış bacarığına “Halal olsun” deyirlər. Pivəxananın binasının quruluşuna gözəl demək də küfr sayılmaz. Din adına danışarkən harama halal, halala haram deməkdən çox çəkinmək lazımdır. “Mən xoş niyyətlə söyləyirəm, millətin küfrə girməməsi üçün çalışıram” demək, insanı xətadan xilas etməz.

Ramazan gəldi demək
Sual: “Ramazan gəldi” yerinə, “Ramazan ayı gəldi” deməyin daha düzgün olduğunu söyləyirlər. Belə bir şey vardırmı?
CAVAB
Tabiinin böyüklərindən İmam Mücahid həzrətləri, mübarək Ramazan adına hörmətsizlik olmasın deyə “Ramazan gəldi; ramazan getdi” demək məkruh olar? desə də, İmam Muhamməd həzrətləri, belə deməyin məkruh olmadığını bildirmişdir. Əshabı-kiram da məkruh saymamışdır. (Hindiyyə)

Yenə də, “Ramazan gəldi” demək yerinə, “Ramazan ayı gəldi” demək yaxşı olar. Hətta Ramazanı-şərif demək daha gözəl olar.

Allahın izni ilə demək
Sual: “Bi-iznillah ifadəsinə, Allahın izni ilə demək şirkdir. Çünki Allahın bir şeyə izn verməsi, o şeyi özünə ortaq etməsi deməkdir” deyənlər var. “Allahın izni ilə” demək şirkdirmi?
CAVAB
Şirk deyildir. Sələfi adlı məzhəbsizlərin uydurmasıdır. Bi-iznillah, Allahın izni ilə deməkdir. İzn kəlməsinin, ruxsət, icazə, müsadə, yol vermək, əmr etmə, səlahiyyət vermək, yaratmaq, qüdrət kimi mənaları vardır. Cümlədəki mənasına görə dəyişir. Bir mənasını götürüb digərlərinə səhv demək olmaz. Bir neçə ayəti-kərimə məalı:
“Ey Məryəm oğlu İsa! Anadangəlmə koru, alaca xəstəsi olanı iznimlə sağaltdın. Ölüləri iznimlə diriltdin.” [Maidə 110] (“Allahın qüdrətiylə və izniylə bu işləri etdin” deməkdir.) [Bəydavi]

“Allah, göyü yerə düşməkdən Öz izni ilə qoruyur.” [Həcc 65 ] (Öz izni, qüdrəti deməkdir. Qiyamətdə, göyləri yerə düşürəcəkdir.) [Beydavi]

“Allahın izni olmadan heç bir müsibət başa gəlməz.” [Təğabün 11] (“Allah diləmədikcə, bir qəza, bir ölüm gəlməz” deməkdir.) [Bəydavi, Mədarik)

“Allah, şəfaət edənə və şəfaət edilənə izn vermədikcə, heç kim şəfaət edə bilməz.” [Səbə 23] (Burada izn - Allahü təalanın şəfaət edənə səlahiyyət verməsi, şəfaət ediləndən də razı olması deməkdir.)

“Sadəcə Allahın dilədiyi kimsələrə şəfaət etməsi üçün izn verilən, göylərdə nə qədər mələk vardır.” [Nəcm 26] (Burada da səlahiyyət və izn deməkdir.)

“Allahın izni olmadan kim şəfaət edə  bilər?” [Bəqərə 255] (Burada da səlahiyyət və izn deməkdir.)

İki hədisi-şərif:
“Allahü təalanın izni ilə, şəfaət edəcəyəm.” [Buxari] (Burada da, səlahiyyət və izn mənasındadır.)

Verilən səlahiyyətlərin içərisində izn də vardır. İzn verib vəzifə tapşırır. İzn anlamına gəlməz demək çox səhvdir.

“Hər dərdin dəvası vardır. Xəstəliyin əlacını istifadə edən, Allahın izni ilə sağalır.” [Buxari] (Burada izn, Allahın diləməsi, yaratması deməkdir.)


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину