Facebook Twitter WhatsApp

Allahu təala razı olsun

Sual: Allah min kərə razı olsun demək küfür olarmı? Çünki Əshabı-kiram kitabında, “Allahu təala Əshabı-kiramdan razı olduğunu bildirir. Allahu təalanın sifətləri əbədidir, sonsuzdur. Onlardan razı olması da sonsuzdur. Bunlardan razı olması dəyişməz” deyilir. Allah min kərə razı olsun deyiləndə, Allahın razı olma sifətinin sanki dəyişəcəyi anlaşılır. Bu isə küfürdür. Bu halda, Allah min kərə razı olsun demək caizdirmi?

CAVAB
Caizdir, zərəri yoxdur. Heç kim o mənada deməz, təkid [vurğulamaq] üçün, yəni işin əhəmiyyətini bildirmək üçün deyilir. Bu xüsus Qurani-kərimdə və hədisi-şəriflərdə də vardır. Əshabı-kiram üçün bir dəfə cənnətlik deyilsə yetməzdimi? Amma Allahu təala bir çox ayədə, onların cənnətlik olduğunu bildirir. (Hamısına Cənnəti söz verdim. Mən onlardan razıyam, onlar da Məndən razıdır) buyurur. (Hədid 10, th 18, 29, Tövbə 100, Maidə 119, Mücadələ 22, Bəyyinə 8)

Daha başqa surələrdə də bu xüsus açıqlanır. Nəticə olaraq Allah min kərə razı olsun deməyin zərəri yoxdur. Belə deyənin bu işə çox sevindiyini göstərir. Yəni məqsəd, mənanı qüvvətləndirməkdir.


Sual: Allah əbədiyyən razı olsun demək küfürdürmü?

CAVAB
Xeyr, küfür deyildir. Ancaq, (Allah əbədiyyən razı olsun) dedikdə, sanki bu duadan, Allahu təalanın bir müddət razı olacağı mənası da çıxır. Bu etiqadımıza ziddir. Əbədiyyən əlavə edildikdə, yanlış anlamağa müsaid olur. Üç günlüyünə və ya üç illiyinə razı ola bilər mənası da çıxa bilər. Yəni Allahın belə bir sifəti (xüsusiyyəti) də var sanılar. Bu baxımdan elə demək uyğun deyilsə də, küfür də olmaz, çünki məqsəd, Allahın sifəti belədir demək deyil, Allahın razı olmasıdır. Bir kərə razı olması kifayət etdiyi halda min kərə razı olsun deyən kimi, işi gücləndirmək üçün söylənmişdir.

 

Sual: Qurani-kərimdə, “Allah, Əshabı-kiramdan razıdır” buyurulur. O əshab, Rəsulullahın vəfatından sonra pis işlər görsə yenə Allah onlardan razı olur?

CAVAB
Mötəbər din kitablarında buyurulur ki:

Allahu təalanın sifətləri əbədidir, sonsuzdur. Onlardan razı olması da sonsuzdur. Yəni bir neçə illiyə razı olub da sonra vaz keçməz. Haşa əshabın daha sonra nə edəcəyini Allah bilmirdimi? Bilməyən Allah olarmı? Onlardan razı isə əbədiyyən razıdır. Bir müddət razı olub sonradan vaz keçmək Allahın sifətlərinə ziddir. Qurani-kərimdə (Allah sözündən dönməz) buyurulur. [Ali İmran 9, Zumər 20, Rad 31, Rum 6]

 

Razı etmək üçün

Sual: Allahu təala ilə onun sevdiklərini razı etmək üçün nə etmək lazımdır?

CAVAB
Əvvəlcə Əhli-sünnət etiqadını öyrənib dinimizin əmr və qadağalarına tabe olmalıdır. Xüsusilə qəlb qırmamağa və qul haqqına diqqət etməlidir. Bu hədisi-şərifdə bildirilən duaları da oxumağa çalışmalıdır:

(Ya Aişə, bir dəfə “Allahümmə salli alə Muhammədin və alə cəmi’il Ənbiyai vəlmürsəlin” de ki, bütün peyğəmbərlər səndən razı olsun. Bir dəfə “Allahümməğfirli və li valideyyə [və li-məşayıxiyyə] və lil mü’mininə vəl mü’minat vəl müsliminə vəl müslimati əl əhyai minhüm vəl əmvat” de ki, bütün möminlər səndən razı olar. Bir dəfə də “Sübhanallahi vəl hamdü lillahi və la ilahə illallahü vallahü əkbər və la havlə və la quvvətə illa billahil aliyyil azım” de ki, Allahu təala səndən razı olsun.) [Ey Oğul Elmihalı]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину