Facebook Twitter WhatsApp

Heç kim qalmayacaq demək

Sual: Bir reklamda, “Quran öyrənməyən kimsə qalmayacaq” deyirlər. Bu sözü söyləmək, qeybdən xəbər vermək sayılıb, küfr olurmu?
CAVAB
Küfr sayılmaz. Çünki məqsəd qeybdən xəbər vermək deyil, “Quran öyrənməyən adam qalmasın” mənasında söylənmişdir. Əlbəttə “Kimsə qalmasın” deyilsəydi daha yaxşı olardı.

Küfrə düşmək
Sual: Beynimə gələn pis düçüncələrdən dolayı küfrə düşmüş ola bilərəm?
CAVAB
Vəsvəsəli insanlar, “Buraya yan baxdım küfrdürmü?”, “Susdum, danışdım, küfrdürmü?”, “Güldüm, küfr oldumu?” kimi çox sual verirlər. Hər şeyə küfr, imansızlıq demək vəsvəsə əlamətidir. Heç bir Müsəlman, qəsdən küfrə salan söz danışmaz. Dili çaşıb, yanılaraq söyləyibsə, küfr olduğunu bilmirsə, geniş yayılmış küfr bir söz deyilsə, küfr olmaz. İkinci bir cəhət də, bir söz Hənəfi məzhəbində küfr olsa da, digər haqq məzhəblərin birində küfr deyilsə, hətta bir alim bir sözə, “Bu söz küfr deyildir” demişsə, bütün alimlər küfr desə belə, Allahü təala o bir alimin ictihadına görə o sözü küfr saymaz. Ona görə hər sözdə küfr axtararaq vəsvəsə etməməlidir.

Ləbbeyk demək

Sual: İnternetdə küfrə səbəb olan sözlər haqqında müxtəlif siyahılar paylaşılır. Qeyddə göndərdiklərimin nə üçün küfr olduğu anlaşılmır. Küfrdürsə nə üçün küfrdür?
CAVAB
Belə əhəmiyyətli bir mövzu haqqında yazı yazdıqda, bilənlərdən, güvəndiyi şəxslərdən soruşmaq, onların təsdiqini almaq lazımdır. Hələ bu cür dini mövzularda çox diqqətli olmalıdır. Səlahiyyətsiz şəxslərin dini mövzularda yazması doğru deyil. Deyək ki, həddini bilməyib hazırlamış olsa belə, bilənlərə göstərib onların təsdiqini almalıydı. Çünki sıradan insan belə bu yazıdakı səhvləri asanlıqla görə bilər. Məsələn, “Çağıran kimsəyə ləbbeyk demək küfrdür” deyirlər. İnsan bu kəlmənin mənasını bilmirsə, lüğətə baxar və ya bilən birindən soruşar, sonra yazar. Bu qədər məsuliyyətsizliklə yazı yazmağın günahı böyükdür. Harama halal, halala haram və ya normal bir sözə küfr demək çox təhlükəlidir.

Ləbbeyk, “Əfəndim, buyurun, əmr et, əmrinə hazıram” deməkdir. Din kitablarında Peyğəmbər əfəndimizin (sallallahü aleyhi və səlləm), hər çağırana “Ləbbeyk” deyərək cavab verdiyi bildirilir. “Allahümmə ləbbeyk” demək də, “Buyur ya Rəbb, əmrinə hazıram Allahım” deməkdir. Allah haqqında söyləndikdə, “Yalnız Səni sevər, yalnız Sənə qulluq edirəm” mənasında da işlənir. Küfrlə əlaqəsi yoxdur.


Bir başqa maddədə, “Mən Cənnət neməti yeyirəm demək küfrdür” qeyd edilir. Heç bir kitabda belə bir şey yoxdur. Bir kimsə, bir nar yesə, “Bu Cənnət nemətidir” desə, niyə küfr olsun? Sadəcə “Yalan söyləyirsən” demək olar. Küfr demək məsuliyyətli işdir.

“Bu adam, bu xəstəlikdən öləcək demək küfrdür” deyilir. Belə söyləmək, qeybdən xəbər vermək deyildir, bir təxmindir. Təxmin tuta da bilər, tutmaya da bilər. Bir şeyi təxmin etmək küfr olmaz. Tənbəl bir tələbə haqqında, “Bu uşaq sinifdə qalacaq” demək bir təxmindir, küfr deyildir. Sərxoş sürücüyə, “Bu sürücü bir yerə çırpılacaq” demək də bir təxmindir, küfr deyildir. “Bu gün Bakıya qar yağacaq” demək də bir təxmindir, proqnozdur. Təxminlərə küfr deyilməz. O şəxsin təxminləri düz çıxsa da, yanılsa da küfr olmaz.

Göndərdiyiniz yazıda bunun kimi çox şeyə küfr deyilmişdir. Din kitablarına uyğun gəlməyən belə şeylər yazaraq, fiqh və əqaid kitablarına düşmən olan zındıqlara fürsət verilməməlidir. Kitablarda olmayan şeyləri küfr olaraq bildirməməlidir.

Saldım çayıra, Mövlam qoruya
Sual: “Saldım çayıra, Mövlam qoruya” və ya bunun kimi, tədbir almadan açığa buraxılan şeylərə “Allaha əmanət” deyirlər. Bu sözlərdən “Allah qoruya bilməz” kimi bir məna çıxacağı üçün küfr olarmı?
CAVAB
Xeyr, küfr olmaz. Bu sözlər, hər işdə tədbir almağı bildirir. Tədbir almazsan, “Allah saxlaya bilməz” demək deyil, “Qorumaz, saxlamaz” deyilir. “Allah onu qoruya bilməz” deyilmir, “Qorumaz” deyilir.

Rəsulullah əfəndimiz, (sallallahü aleyhi və səlləm) bir kəndliyə, “Dəvəni nə  etdin?” deyə soruşduqda, o da, “Allaha təvəkkül edib, boş buraxdım” dedi. Ona, “Dəvəni sıx bağla və sonra təvəkkül et!” buyurmuşdur. Dəvəni bağlamadan, Allaha əmanət etmək səhv işdir. Heyvanını başıboş buraxanlar haqqında, “Saldım çayıra, Mövlam qayıra” deyirlər. Burada tədbirsiz iş görən ayıblanır, haşa Allahü təala haqqında bir şey deyilmir.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину