Facebook Twitter WhatsApp

Övliyaya övliya deyilməzmi?

Sual: Sələfi biri, “Birinə Övliya demək, yaxud ölmüşsə, Mərhum və ya Rahmətullahi aleyh demək, qeybdən xəbər vermək olacağı üçün şirkdir. Məsələn; Abdulqadiri Geylaniyə və ya başqa birinə övliya demək küfürdür” deyir. Bunlar yanlış deyilmi?

CAVAB

Əlbəttə yanlışdır. Birinə mərhum deməklə qeybdən xəbər verilmiş olmaz. Əshabı kiramın hamısı Cənnətlikdir. Hər birinə Radıyallahu anh deyilir. Əshabı kiramdan on nəfərin, adları bildirilərək müjdələnməsi onlara ayrı bir lütfdür. Yoxsa Səhabənin hamısı Cənnətlikdir. Qurani kərimdə məalən, “Hamısına hüsnanı [Cənnəti] vəd etdik” buyurulur. (Hədid, 10)

Hədisi-şərifdə buyuruldu ki:

“Məni görən müsəlman Cəhənnəmə girməz.” [Tabərani]

Peyğəmbərlər, övliyalar, şəhidlər Cənnətə girəcəyi kimi, imanlı ölən hər günahkar Müsəlman qəti Cənnətə girəcəkdir. Onun üçün ölən Müsəlmanlara “Mərhum” və ya “Rahmətallahi aleyh” deyilir. Alimlərin adı keçincə, “Rahmətullahi aleyh” deməksə müstəhabdır. (Rədd-ül-muxtar)

Müsəlman olaraq bilinən biri imansız ölsə, amma imansız öldüyü bilinməsə, ona hüsnü zənn edilərək “Rahmətullahi aleyh” demək caiz olar. Dinimiz zahirə baxar. Əksinə bir qeyri müslim, Müsəlman olub, Müsəlmanlığını gizləsə, kimsəyə bir şey söyləmədiyi üçün hər kəs onu Xristiyan zənn etsə, imanla ölsə, buna Müsəlman deyilməz. Çünki dinimiz zahirə görə hökm edər. Müsəlman olaraq yaşayıb da imansız ölənə də, imansız öldüyü bilinmədiyi üçün, “Müsəlman” deyilir. Müsəlmana, “Mərhum” və ya “Rahmətullahi aleyh” demək caiz olar. Bunun üçün Əhli sünnət alimlərinin hamısına hüsnü zənn etməli, adları keçincə, “Rahmətullahi aleyh” deməli! Möminlər, kafir olaraq ölsə belə, bilmədiyimiz üçün hamısını yaxşılıqla yad etməliyik. Bir hədisi-şərifdə, “Ölülərinizin yaxşılıqlarını yad edin!” buyuruldu. (Tirmizi)

İslam alimlərini rəhmətlə yad etmək gərəkir. Günahkar da olsa, ölən Müsəlmana yaxşı demək caizdir. Bir neçə hədisi-şərif məalı:

“Ölən möminin yaxşı olduğuna şahidlik edilərsə, Allahu təala onun pis olduğunu bildiyi halda, “Müsəlmanların bu ölü haqqındakı şahidliklərini qəbul etdim. Onun pisliklərini də afv etdim” buyurar”. [Bəzzar]

“Siz kimin yaxşılığını söyləyərsənizsə Cənnət ona vacib olar, kimin də pisliyini söyləyərsənizsə Cəhənnəm ona vacib olar. Siz yer üzündə Allahın şahidlərisiniz.” [Buxari]

“Hansı Müsəlmanın yaxşılığına dörd nəfər şahidlik edərsə, Allahu təala onu Cənnətə qoyar. Üç, hətta iki nəfər şahidlik edərsə yenə belədir.” [Buxari]

Seyyid Abdulqadiri Geylani həzrətləri kimi övliya şəxsləri minlərlə alim, yaxşılıqla yad etmiş, Cənnətlik olduğunu söyləmişdir. Allahu təala, iki Müsəlmanın şahidliyini qəbul edər də, bir çox alimin, övliyanın ittifaqla söylədiyi sözləri qəbul etməz mi?

Dinimiz, görünüşə görə hökm verər. Bir qeyri müslim də, iman edib Müsəlman olaraq ölə bilər. Hətta Müsəlman da olmuş ola bilər. Amma ətrafından çəkindiyi üçün Müsəlmanlığını açıqlamamış ola bilər. Bunlara baxmayaraq, belə Müsəlmana mərhum, rəhmətlik demək caiz olmaz.

Vəli nə deməkdir?

Gənc ateist, bir kəlimənin iki və ya daha çox mənası olacağını bilmədiyi üçün vəli kəliməsinə ilişmiş. Soruşur: Heç Allahın vəlisi olarmı?

CAVAB

Bilindiyi kimi üz kəliməsinin bir neçə mənası vardır. Ata kəliməsi də elə. Mafiya atası, Bəktaşi atası, Kasıb atası, Para atası, Ata adam kimi fərqli mənalarda işlədilir. Xərc kəliməsinin də işləndiyi yerlərə görə müxtəlif mənaları vardır. Məsələn, Maliyyədə xərc demək, vergi deməkdir. İnşaatda təzə su, qum qarışdırılmış sement deməkdir. Əkinçilikdə gübrə qarışdırılmış torpaq deməkdir. Mətbəxdə də xərc vardır, küftə xərci, dolma xərci kimi.

Gənc bunları bilmədiyi üçün deyir ki: Vəli nə deməkdir, qoruyan, güdən deməkdir. Məktəbə başlayan hər şagirdin vəlisi olur. Şagird vəlisindən soruşular. Allahın vəlisi deyincə də Allahı qoruyan biri başa düşülür. Demək ki, sizin Allahınızı qoruyub güdən vəlilər var elədirmi?

CAVAB

Nə dərəcə cahillikdir bu. Bir kəlimənin bir neçə mənası olar deyə yuxarıda açıqladıq. Vəli, yetişmiş kimsə deməkdir. Vəli kəliməsinin cəmi övliyadır. Şagird vəliləri toplandı deyilincə bu, övliyalar başa düşülməz. Sənin bu yanlışlığın, 1970-ci illərdəki bir hadisəni xatırlatdı. Bəlkə o zamanlar sən hələ doğulmamışdın. Fikir atanız Prof. İlhan Arsel, “Biz üniversitetdə qapıçılıq belə edə bilmərik” deyərək istefa etdiyi zaman, Meydan jurnalında bir yazıçı sənin yanlışlığına bənzər bir yanlışlığını xatırlatmışdı. İlhan Arsel, Əbussuud əfəndinin bir fətvasını oxumuş, sənin kimi yanlış anlamış. Gənc bir qızın pirə verilib-verilməməsi ilə əlaqəli fətvasındakı pirə vermək sözünü anlaya bilməmiş. “Görürsünüz, Müsəlmanların Şeyxul-İslamı, bir qızı pirə ilə evləndirir” demişdi. Halbuki, o kəlimə pirə deyil pir idi. Pir isəə, ixtiyar, qoca deməkdir.

Haqqa getdi demək

Sual: Bir xocanın, “Ölən bir Müsəlman üçün Haqqa getdi, Haqqın rəhmətinə qovuşdu deməsi qeybdən xəbər vermək olar. Onun rəhmətə qovuşduğu haradan bilinir ki? Aşərəyi-mübəşşərə xaric, imanla öldüyü bilinmədiyi üçün heç kimsəyə mərhum, rəhmətlik deyilməz” dedi. Alim və övliya şəxslərə də mərhum deyilməzmi?

CAVAB

Hökm zahirə görədir. Müsəlman olaraq bilinən biri imansız ölsə, fəqət imansız öldüyü bilinməzsə, hüsnü zənn edilərək ona mərhum, rəhmətlik deyilər. Əksinə bir qeyri-müsəlman Müsəlman olub, Müsəlmanlığını gizləsə, kimsə bilmədiyi üçün hər kəs onu Xristiyan zənn etsə, buna Müsəlman deyilməz, kafir deyilər.

Bütün din kitablarında alim və ya övliya olaraq bilinən şəxslərə, rahmətullahi aleyh deyilmişdir.

Haqqa getmək sözü öldü deməkdir. “İmanlı öldü demək deyildir. Müsəlüman olaraq yaşayan və kafirliyi bilinməyən kimsə üçün, “İmanlı öldü” mənasında da işlədilə bilər.

Kafirlərə və “Mən də Müsəlmanam” dediyi halda İslamiyyətə açıqdan düşmənlik edənlərə rəhmətlik, mərhum deyilməz.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину