Sual: Bir Müsəlman İslamiyyətin imanı aparır dediyi bir şeyi söyləsə və ya həyata keçirsə, bu kimsənin imanı gedərmi?
Cavab: Bu mövzu haqqında “Uyunül-bəsair”də deyilir ki:
“Bir müsəlman insan rəsmi və ya heykəli düzəldib, bu insanda üluhiyyət, ilahlıq sifətlərindən birinin olduğuna inanaraq və ya bunun kafir olduğunu bilərək, bunların qarşısında hörmət, təzim bildirən bir şey söyləsə və ya etsə, məsələn, səcdə etsə, yəhudilərin və xristianların bağladıqları Zünnar adlanan kəməri taxsa və onların dinlərinə məxsus şeyləri istifadə etsə, qeyri-müsəlman olar. Kafirlərə məxsus şeyləri hərbdə hiylə olaraq istifadə etsə, kafir olmaz.” Bir Müsəlmanın bunları canını, malını, ruzisini qurtaracaq qədər işlətməsi üzrlü səbəb sayılır. Daha artığı küfr olur.
Allahü təalaya məxsus olan sifətlərə üluhiyyət sifətləri deyilir. Əqaid və fiqh kitablarının çoxunda, məsələn, “Dürər”də deyilir ki:
“Bir kimsə, qəlbi iman ilə dolu olduğu halda, küfrə səbəb olan bir şeyi, zərurət olmadan, yəni istəyərək söyləsə, kafir olar. Qəlbindəki imanın faydası olmaz. Çünki, bir kimsənin kafir olduğu sözündən aydın olur. Küfrə səbəb olan şeyi söylədikdə, insanlar arasında da, Allahü təala yanında da kafir olar.” İş və geyim ilə hasıl olan Küfri-hökminin də bunlardan olduğu, “Şərhi-məvaqıf”da yazılıdır.
Başqa dinə məxsus şeyləri etmək
Sual: Bir Müsəlman, başqa bir dinin simvolu olan bir şeyi etsə və ya o dinə məxsus olan geyimi geyinsə, bu Müsəlmanın imanına bir zərər gələrmi?
Cavab: Bir insan başqa bir dinə məxsus olan bir işi etməklə, o dinə girmiş olmasa belə, o dinə məxsus şeyin özündə görünməsini qəbul etmiş sayılır. Beləliklə, qəlbindəki imanın sarsılmış olduğunu məlum olur. İmam Əzəm əbu Hənifə həzrətləri:
“İslamiyyətə hansı yol ilə girilərsə, yenə o yol ilə çıxmaq olur” buyurmuşdur. Buradakı yol, qəlbin inanması deməkdir. Yəni, qəlbə iman girdikdə, Müsəlman olur. Qəlbdən iman getdikdə, Müsəlmanlıqdan çıxar buyurmuşdur.
Müsəlmanam deyən kəs, kafirlərə məxsus şeyləri zərurət olmadan etməməli və işlətməməli, kafir zənn olunmaqdan çəkinməlidir. Müsəlmanlar, Müsəlmanlığa məxsus şeyləri etməklə, ələ salındıqlarını düşünməməli, hörmət olunacağını düşünməli və bu hərəkətindən şərəf duymalıdır. İslam alimlərinin bildirdiyi şeyləri qəlbdəki imanla bunun nə əlaqəsi var deyərək zəif baxmaq caiz deyildir. Çünki, qəlbdən bütün əzaya, orqanlara yol vardır. İslamiyyətin əmr etdiyi işlər gözəldir. Qadağan etdiyi işlər pisdir. İnsanlar bu gün bunu anlamasalar da, doğrusu budur. İslamiyyətin qadağan etdiyi şeyləri etdikdə qəlb qaralır, qatılaşır. Böyük günahlar çox edilərsə, iman gedə bilər.
Zorla küfr söz söylətmək
Sual: Bir şəxsə zorla və ya təhdidlə küfr olan söz söylədilsə, küfrə düşmüş olarmı?
CAVAB
İkrah edildikdə, bu sözlərdən bəzilərini söyləmək küfr olmaz. İkrah, bir insanı istəmədiyi bir şeyi etməsi üçün haqsız yerə məcbur etmək deməkdir. Məcbur etməyin ikrah olması üçün dörd şərt lazımdır:
1- Məcbur edənin qorxutduğu şeyi edə biləcək qüvvədə olması.
2- Məcbur edənin qorxudulan şeyin mütləq ediləcəyini bilməsi.
3- Qorxudulan şeyin ölüm və ya bir üzvün kəsilməsi və ya incidici bir şey olması.
4- Məcbur olunan şeyin həyata keçməməsi gərəkən bir şey olması lazımdır.
İkrah iki cür olur:
Mülci ikrah, Mülci olmayan ikrah.
Mülci, ağır olub, insanın rızasını və ixtiyarını yox edir. Məcbur olunan şeyi etmək zəruri olur. Bu da, ölüm, bir üzvün və ya bütün malın tələf olması və ya bu ikisinə səbəb olacaq həbs və döyülmək [Zəruri olan nəfəqəni təmin etmək üçün işləməyə mane olunması və başqa çalışacaq yer tapmamaq qorxusu da mülci ikrahdır.]
Mülci olmayan ikrah, yalnız rızanı yox edir ki, bu da bir gündən çox həbs və ya şiddətli döyülməklə qorxudulmaqdır. [Belə ikrah da, küfri-hökmi üçün üzrlü səbəbdir.] Elm, şərəf sahibləri ilə sərt danışmaq, onlar üçün ikrah sayılır. Məhrəm qohumun həbs olunması, qanunla cəza da ikrah sayılır. İkrahla etdirilmək istənən şey bir neçə növdür:
1- Etmək caiz, etməmək isə savab olan şeylərdir. Mülci ikrah ilə küfrə səbəb olan söz söyləmək, məsələn, Rəsulullahı pisləmək bunlardandır. Lakin, bunları söyləyərkən Təvriyə etməsi, yəni Muhamməd adlı başqasını düşünməsi, bütə səcdə edərkən, Allahü təalaya səcdə etməyi düşünmək lazımdır. Təvriyə etmək lazım olduğu yadına düşməsə üzrlü olur. Namaz qılma, qadına başını aç, özünün və başqasının malını tələf et, arvadını boşa deyə zorlamaq və qadının zina ilə ikrahı və livata bunlardandır.
2- Mülci ikrah ilə olan haram şeylərdir. Bir Müsəlmanı və ya zimmini öldürmək və ya bir üzvünü kəsmək və ya bunlara səbəb olacaq qədər həbs etmək və tərifləmək, kişiyə zina et deyə məcbur etmək bunlardandır. İntihar etmək üçün ölümlə təhdid edilənin özünü öldürməsi caiz olmaz. [Düşmən əlinə keçdikdə, namusuna zərər gəlib, işgəncə ilə öldürüləcəyini anlayanın, özünü və yaxınlarını öldürməsi caiz deyil.]
Döyüşərsə öldürüləcəyini, döyüşməzsə əsir düşəcəyini anlayan, düşmənə hücum etməz. Düşmənə zərər verəcəyini bilərək hücum edib öldürülərsə, caiz olur. Düşmənə zərər verməyəcəksə, hücum etmək caiz olmaz.
3- Mülci olan ikrah ilə etsə halal, hətta fərz, etməyib ölməsi günah olan şeylər bunlardır: İçki, qan içmək, leş, donuz yemək.
Mülci olan və ya olmayan bir təhdidlə, məcbur edilərək bağlanan müqavilələr səhih deyil.
Mülci olmayan ikrah ilə də olan nikah, talaq, nəzir, and səhih olur. İkrah bitdikdə, nikahdan və talaqdan imtina etmək olar. Nəzirdən imtina etmək olmaz. Nəzir olaraq verdiyini, ikrah edəndən istəmək olmaz. İkrah edilərək borclusunu əfv etmək səhih deyil.
Mülci olmayan ikrahla leş, qan və donuz yeyilməz, şərab içilməz və Müsəlmanın malı tələf edilməz. Çünki mülci olmayan ikrahla zərurət meydana gəlmir. Ölməmək üçün leş, donuz yeyilir və qan, şərab içilir. Yeməyib-içməyib ölən də, Cəhənnəmə gedər.
Mülci ikrah ilə, bu içkini iç, bu malı sat deyilsə, malını satar. Şərabı içməsi də caiz olar. Caiz olacağını bilmədiyi üçün, içməsə, satmasa və öldürülərsə, şəhid olur. Sultanın haqsız olaraq, zülümlə pul, mal istəməsi ikrah sayılır. Bunları vermək caiz olur. (İbni Abidin, Dürərül-hükkam)
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0