Sual: Küfrə rıza nə deməkdir? Bir neçə nümunə göstərə bilərsinizmi?
CAVAB
Küfrə rıza, kafirlik olan bir işə razı olmaq, bir Müsəlmanın kafir olmasını, kafir olaraq ölməsini istəmək və ya kafirin küfrünü bəyənmək və ya istəməkdir. (Fətavəl-Harameyn)
Bir neçə nümunə verək:
1- Xaç taxan Müsəlmana “Xaçı taxmağa davam et!” demək, onun küfrünə rıza göstərməkdir.
2- Bir Müsəlman haqqında “Ya Rəbb, bunu kafir olaraq öldür!” demək də onun küfrünə razı olmaqdır.
3- Bir qeyri-müsəlman şəxsinə və ya dininə təzim üçün ayağa qalxan kafir olur. Çünki küfrə rıza küfrdür. (İbni Abidin)
4- Oğlunun, qızının kafir olmasına üzülməmək, qəzəblənməmək, onu uzaqlaşdırmamaq, xoş anlayışla qarşılamaq küfrə rıza sayılır.
5- Qızının qeyri-müsəlmanla, oğlunun da bir dinsizlə evlənməsinə razılıq göstərmək küfrə rıza olur.
6- Müsəlman olmaq istəyənə, “Sən hələ gözlə, əlimdəki bu işi bitirib sonra gələcəyəm” deyərək, onun Müsəlman olmasını gecikdirmək, küfrdə qalmasına rıza göstərməkdir.
7- Günah işləyən Müsəlmana kafir deməmək lazımdır. Bir hədisi- şərifdə, “Müsəlmana, işlədiyi günahlardan ötrü kafir deməyin! Kafir deyənin özü kafir olur” buyurulur. (Buxari)
“La ilahə illəllah” deyən, Aməntudaki altı əsasa inanan Müsəlmandır. Çünki hədisi-şəriflərdə, Müsəlman olmaq üçün Aməntudakı altı əsasa inanmağın şərt olduğu bildirildi. Bu altı əsasdan birinə inanmayan Müsəlman olmaz. Məsələn, qədərə, xeyrin və şərin Allahdan olduğuna inanmayan və ya peyğəmbərlərdən birini inkar edən kafir olur. Yəhudilər, Həzrəti İsaya və Peyğəmbərimiz Muhamməd əleyhissalama inanmadıqları üçün də kafir olduqları kimi, xristianlar da Peyğəmbər əfəndimizə inanmadıqları üçün kafir olurlar. Bu kafirlərə cənnətlik demək də küfrə rıza sayılır.
Sual: Bir kimsənin qəlbinə, imanı aparan bir şey gəlsə və bunu söyləməsə və ya buna uyğun iş etməsə, yenə də imanına zərər gələrmi?
Cavab: Qəlbinə, imanın getməsinə, küfrə səbəb olan bir şey gələn kimsə, bunu söyləməsə və bundan ötrü üzülsə, imanına zərər verməz. İmanının qüvvətli olduğunu göstərər.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0