* Allah ist, qam nist. (Allah var, qəm yoxdur)
* Allah bəs, baki həvəs (Allah var gerisi boşdur. Allah bizə bəs edər, başqa şeyə ehtiyac yoxdur)
* Gecə göy üzünə baxdıqda, parıldayan ulduzları görürsünüz. Göydəki mələklər də dünyaya nəzər edirlər və dünyanı qaranlıq, zülmət içində görürlər. Yalnız, Əhli-sünnət etiqadına uyğun olan möminləri qaranlıq gecədəki ulduzlar kimi görürlər.
* Müsəlman müsəlmanı çox sevməli, heç incitməməlidir. Din qardaşını özündən önə almalıdır. Bunu etmədən heç nəyə nail olmaq olmaz. Allahü təala, Musa əleyhissalama, “Dostlarımı sevmədikcə, düşmənlərimə düşmənlik etmədikcə, Mənim üçün bir şey etmiş sayılmazsan” buyurdu.
* Bir hədisi-şərifdə, “Bir insan borclu olsa və vermək əzmində olsa, Allahü təalanın yardımı onunla birlikdədir” buyurulur. Borcunu ödəyə bilməsi üçün, Mələklər o kimsə üçün dua edirlər. Mələklər günahsız olduqları üçün duaları qəbul olur.
* Böyüklərin yükünü alanın yükü alınar. Böyüklərin yükü onları incitməməklə, yük olmamaqla, verilən vəzifəni tam yerinə yetirməklə və israf etməməklə alınır. Fironun çox pisliyi var idi, amma Allahü təala Qurani-kərimdə onu pisləyərkən “israfedici” pis sifəti ilə bildirir. İsraf etmək olmaz. İsraf edən şeytanın yoldaşı olmuş olur.
* Göy hər yerdə mavi, Müsəlman da hər yerdə Müsəlmandır. İxlaslı da hər yerdə ixlaslı olur.
* İdarəçi yükünü paylamalı, əmri altındakılara vəziyyətlərinə görə uyğun vəzifələr verməlidir. Tək adamda bütün yük toplanmaz. Tək adamda bütün iş, yük toplanarsa, altından qalxa bilməz, işlər tıxanar.
* Hər işi mən edəcəyəm deyən başçı pis bir idarəçidir. İdarəçinin işi olmaz. İşi olmaz demək, iş görməz, işləri izləməz demək deyildir. O, təfərruatla, xırdalıqlarla məşğul olmaz, hər şeyə qarışıb sıxmaz, işə yön verərək, o istiqamətdə gedişatı təmin edər.
* Dinini, imanını öyrədən, əhli sünnət etiqadı üzrə böyüdüb-başa çatdırmış ata-anasını incidən, rıza və dualarını almayan övlad, ölənə qədər başını səcdədən qaldırmasa belə Cəhənnəmdən çətin qurtula bilər.
* İslam alimlərini tanıyan və yollarında olana hər şey verilmişdir. Nə qədər şükür etsə azdır. Allahü təala onu heyvan deyil insan, kafir deyil Müsəlman olaraq yaratmışdır və Əhli-Sünnətin içində də böyüklərin yolunu tanımaq nəsib etmiş, ona verilməyən bir şey qoymamışdır.
* Çox şey bilmək insanı qurtarmaz, şeytan da alim idi, elmi var idi, amma ixlas yox idi.
* Allahü təala bir quluna xeyir murad edərsə, onu sevdiyi bir qulunu tanıdar. O böyükləri tanımaq bu ömrün ən dəyərli sərmayəsidir.
* İnsan gözəl bir şeyin təkrarını arzu edərsə, salavatı-şərifə oxusun.
* Allahü təalanın bir qulunu sevdiyinə əlamət ikidir:
Birincisi, ona tam iman etmiş olmaq;
İkincisi, onun qullarına xidmət etmək.
* Böyüklərin bütün qərarları tam yerinə düşəndir. Çünki onlar dünyaya deyil, axirətə baxaraq qərar verirlər. Yəni bu qərardan ötrü axirətdə o şəxsin başına nə gələ bilər, ona baxırlar. Nemət gələcəksə bəli deyirlər, sıxıntı gələcəksə xeyr deyirlər.
В корзине: 0 шт.
на сумму: 0