Facebook Twitter WhatsApp

Şəxsi fikrini üstün tutmaq

* Ən çox qorxduğumuz, ürkdüyümüz insan, bunu ancaq mən bacara bilərəm deyəndir, öz şəxsi fikrini, görüşünü bəyənəndir. Bu insanı şirkə qədər apara bilər. Üç halda olmamaq lazımdır: 
1- Müşrik, 2- Kafir, 3- Rai. 
Rai, şəxsi rəyinə, öz ağlına görə hərəkət edəndir. Bu üç kimsənin duası qəbul olmaz.
Həzrəti Əli buyurur ki:
“İstər alim, istər zalım, istər fasiq olsun, başınızda biri olsun, yalnız olmaq şeytanla birlikdə olmaqdır”. İki nəfər olsa biri əmir təyin edilməlidir. 

* Müsəlman dininə tabe olduqda müvəffəq olar. Bu müvəffəqiyyət onun deyil, sistemin müvəffəqiyyətidir. Sıxıntısının səbəbi isə sistemə, yəni dinimizə tabe olmamaqdan [nəfsinə tabe olmaqdan] qaynaqlanır. Biz dinimizə nə qədər tabe ola bilsək, o qədər rahat və müvəffəq olarıq. Allahü təala “Allaha, Peyğəmbərə və sizdən olan əmirə itaət edin” buyurur. Kim öz ağlına görə hərəkət edərsə həlak olar. Dinin əmrlərinə tabe olmaq birinci şərtdir. Böyük əngəl insanın özüdür. Nəfsimizə tabe olmaq ən böyük əngəldir. Nəfs, heç bir kafirə bənzəmir. Çünki o birbaşa Allahü təalaya düşməndir. Kəlmeyi-tövhid daxilimizdəki düşmənə qarşı tək əlacdır. Həm daxilimizdə, həm də xaricimizdə düşmənlər vardır. Xarici düşmənlər bəllidir, biz daxilimizdəki düşməni həll etməliyik. Tövbə edək. Qəza, bəla ancaq dua ilə gedir. İstiğfar edin, mütləq Onu bağışlayan görərsiniz.

* Allahü təala hər ibadətin qarşılığını, nə qədər savab veriləcəyini bildirmişdir; birə on, birə yetmiş, birə yeddi yüz kimi. Ancaq iki şeyin qarşılığında saysız savab verəcəyini xəbər vermişdir. Bunlardan biri yemək yedirmək, digəri isə oruc tutmaqdır. “Bunların qarşılığını axirətdə ancaq Mən verəcəyəm” buyurur. 

* İxlaslı olun, inamınızı itirməyin. Kim Allah üçündürsə, Allahü təala da onun üçündür. 

* Nəfs, Allahü təalanın ən böyük düşmənidir. Bunu zəiflətməyin və yola gətirməyin ən yaxşı çarəsi, namazdır. İnsan namazını doğru və gözəl qıldıqca nəfs pərişan olur. Nəfsi ikinci dərəcədə incidən şey də, istişarədir. Çünki nəfs özündən başqa üstün tanımaq istəmir.

* Böyüklərdən feyz gəlməsinin əlaməti, qəlbdən dünya sevgisinin çıxmasıdır. Nə qədər dünyadan uzaqlaşsaq, feyz o qədər çox gəlir deməkdir.

* “Mən oldum” deyən, deməli olmamışdır. 

* Allahü təala bu dini üç şeyə qarşılıq göndərdi: Şeytan, Nəfs, Pis yoldaş. 

* Üç adamın borcunu Allahü təala ödəyir:
1-
 Cihad üçün borc pul alan,
2-
 Ölən bir müsəlmanın kəfən və dəfn işlərini görmək üçün borc pul alan,
3-
 Nəfsini günahdan qorumaq niyyətilə evlənmək üçün borc pul alan.

* Din qardaşlarınızın arasında pul qabınız, əl çantanız aşağıda, ayaqlarınızın altında olsun. Yuxarı çıxarsanız aranızdakı məhəbbət və bağlılıq gedər. 

Əhli sünnət alimləri istirahətlərini, rahatlıqlarını tərk etdilər. Kitablar yazdılar, nəsihət etdilər. İnsanlar axın-axın onlara gəlib və ya kitablarını oxuyub hidayətə qovuşdular. Budur, əsl ruhçağırma buna deyirlər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину