Sual: Kafirlərin ölümü necə olur?
CAVAB
Bir kafir öləcəyi zaman gözündən pərdə qaldırılır, Cənnət göstərilir. Mələk ona, “Ey kafir! Səhv yolda idin. Haqq olan İslam dinini bəyənməzdin. İmansız olduğun üçün Cənnətə girə bilməzsən. Cənnətə ancaq Muhamməd əleyhissalamın Allahü təaladan gətirdiyi bilgilərə inanan gedəcək” deyər. Cənnətdəki nemətləri görər. Cənnət huriləri də, “İman edən, Allahü təalanın əzabından qurtular” deyirlər. Bir az sonra şeytan bir keşiş şəklində görünür. “Ey filan oğlu filan! O gələölnlər yalan söylədi. O gördüyün nemətlər həmişə sənin olacaq” deyər. Sonra Cəhənnəm göstərilər. Atəşdən dağları, qatırlar kimi əqrəbləri, çiyanları var. Hədisi-şəriflərdə bildirilən əzabları görər. Cəhənnəmdəki Zəbani adlanan əzab mələkləri atəşdən çomaqla vurarlar. Ağızlarından alovlar çıxar. Boyları minarə kimi, dişləri öküz buynuzu kimidir. Göy gurultusu kimi səslənərlər. Kafir bunların səsindən titrəyib, üzünü şeytana çevirər. Şeytan qorxusundan dözə bilməyib qaçar. Mələklər şeytanı yaxalayıb yerə vurarlar. Bu kafirə gəlib “Ey kafir, dünyada Rəsulullaha inanmadın. İndi də mələklərə inanmadın, məlun şeytana yenə aldandın” deyərlər.
Boynuna atəşdən zəncirlər taxıb, ayaqlarını başından aşırıb, sağ əlini sol böyrünə, sol əlini sağına salıb, arxadan çıxararlar. Bağırar, dünyadakı yaltaqçılarını çağırar. Zəbanilər, “Ey kafir, ey Müsəlmanları ələ salan axmaq! Köməyə çağırmaq vaxtı keçdi. Artıq iman və dua qəbul olmaz. Küfrünün cəzasını çəkmə zamanı gəldi” deyərlər. Dilini ənsəsindən çəkərlər. Gözlərini çıxararlar. Hər cür acı əzabı verərək, xəbis ruhunu alar, Cəhənnəmə atarlar. Allahü təala, Muhamməd əleyhissalamın dinində və uca Peyğəmbərin dinini doğru bir şəkildə bizə çatdıran Əhli-sünnət alimlərinin kitablarında yazılı etiqada uyğun can verməyi nəsib eyləsin! Amin. (Cənnət Yolu Elmihalı)
Sual: Ölmək üzrə olan bir insanın üzü qaralıbsa, bu adamın imansız getdiyinə əlamətdirmi?
Cavab: Bir insanın imanlı və ya imansız halda öldüyünü söyləmək çətindir. Ancaq əlamətlər haqqında İmam Qazali həzrətləri buyurur ki:
“Əgər ölünün ağzından tüpürcəyi axıbsa, dodağı əyilib sallanıbsa, üzü qaralıbsa, gözü fırlanıbsa, bilmiş ol ki, o şəqidir. Axirətdəki şəqavətini görmüşdür.”
В корзине: 0 шт.
на сумму: 0