Facebook Twitter WhatsApp

Qəlbiniz qırılmaqdansa daş qırılsın

   Sultan Mahmud Qəznəvi həzrətləri bir döyüşün sonunda çox qiymətli bir almaz yaqut daşı qənimət olaraq ələ keçirir. Sonra daşı əlinə alaraq baş vəzirə, “Al bu daşı qır, parçala” deyir.

   Baş vəzir də

- Aman Sultanım, bu çox qiymətlidir, mən bunu qıra bilmərəm.

   Sonra yanındakı digər bir vəzirə eyni şeyləri söyləyir. O, da deyər ki

- Bu çox qiymətlidir, bunu qırmaq olmaz.

Başqaları da eyni şeyləri söyləyirlər.

Sultan şəxsi qulluqçusu olan Ayazı çağırır, “Al bu daşı qır” deyər. Başqa söz demədən Ayaz daşı yerə vurub qırar, parça-parça edər.

 Padşah hirsli şəkildə deyir

- Ayaz, sən neynədin, vəzirlər bunun çox qiymətli olduğunu söylədilər. Necə qıra bilərsən bunu

Ayaz da cavab verir ki

- Sultanım, mən daşdan nə başım çıxar, mənim üçün qiymətli olan sizin əmrinizdir, sizin qəlbinizdir. Qəlbiniz Qırılmaqdansa, qoy bu daş qırılsın.

Sultan vəzirlərinə dönüb deyir

Ayazı niyə sevdiyimi başa düşdünüzmü Sizin kimi, məni bir daşa dəyişmədi.