Sual: “Həzrəti Adəmin dövründə ölən biri, indiyə qədər qəbir əzabı çəkir. İndi ölən isə, ona nisbətən daha az əzab çəkəcək. Bu Allahın ədalətinə uyğundurmu?” deyirlər. İlk ölənlərdən olmaq qəbahətdirmi?
CAVAB
İlk ölənlərdən olmaq niyə qəbahət olsun ki? Allahü təala heç kimə artıq cəza verməz. Hətta günahların çoxunu da əfv edər. Hədisi- şərifdə, “Qəbir ya Cənnət bağçası və ya Cəhənnəm çuxurudur” buyurulur. Həzrəti Adəmin dövründə ölən biri saleh olubsa, indiyə qədər Cənnət bağçasındadır, qəbirdə çox qalmasının onun üçün heç bir zərəri yoxdur. Ölən adam kafir idisə, qəbirdə çeşidli əzablara məruz qalır. Qəbir əzabı Cəhənnəm əzabı yanında çox yüngüldür. Ölən günahkar Müsəlmandırsa, çəkdiyi qəbir əzabı, günahlarına kəffarət olur. Qəbirdə çox qalsa, çəkdiyi əzab səbəbilə günahı qalmasa, dirilərkən günahsız olaraq dirilər.
Əzab kiməsə çox yüngül, kiməsə çox ağır ola bilər. Həzrəti Adəmin dövründə ölən birinə çox yüngül əzab verilsə, məsələn, birinə birə dişləməsi kimi əzab olsa, digərinə iynə vurmaq kimi olsa, dünən ölənə də bıçaq kəsməsi kimi, qılıncla doğranması kimi əzab olsa, hansı daha çox sıxıntı çəkər? Heç kim günahından çox əzab çəkməz. Heç kimə zərrə qədər haqsızlıq olmaz. Birinə hər gün bir kötək vurulsa, bir başqasına da hər saat başı vurulsa, eyni gün ölmələrinə baxmayaraq ikisi fərqli əzab çəkər. Deməli, qəbirdə çox qalmaq, çox əzab çəkməyi gərəkdirmədiyi kimi, az qalmaq da, əzab çəkməyə mane olmur. Hər kəs günahı qədər cəza çəkir.
Qəbir əzabına inanmayan bəziləri də, “Sorğu-sual aparılmadan cəza verilməz. Verilməsi, məhkəməyə çıxmadan polis şöbəsində döyülməyə bənzəyir” deyirlər. Bunlar haşa Allahü təalanın onların təqsirlərini bilmədiklərinimi zənn edirlər? Heç bir mizan qurulmasa da, yenə cəzaları bəllidir. Kiramən katibin adlı mələklər əməllərimizi necə olduğunu bilmədiyimiz şəkildə, sanki kamera kimi bir alətə yazırlar. Bütün üzvlərimiz işlədiyimiz günahlara şahidlik edəcəklər. Heç kim qəbahətini inkar edə bilməyəcək.
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0