Facebook Twitter WhatsApp

Namazda fikir dəyişdirmək

Sual: 10 gün qalmaq niyyətilə Bakıdan Gəncəyə getdim. Səfəri olaraq zöhrün fərzini qılmağa başlamışdım. İlk rükətdə ikən, 20 gün qalmağa qərar verdim. O namazı mükim olaraq dörd rükət qıldım. Namazım məkruh oldumu?

CAVAB

Məkruh olmadı, çünki o andan etibarən artıq mükim oldunuz. İki rükət qılsaydınız namaz səhih olmazdı.

Namazda qərar vermək

Sual: 20 gündən artıq qalmaq niyyətilə Bakıdan Şəkiyə getdim. Mükim olaraq zöhrün fərzini qılmağa başlamışdım. Birinci rükətdə ikən yoldaşım gəldi, “Təcili Bakıya geri qayıdırıq, namazdan sonra yola düşürük” dedi. O namazı səfəri olaraq iki rükət qıldım. Namazım səhih oldumu?

CAVAB

Bəli, səhih oldu, çünki o anda səfəri olduğunuz aydın oldu. 15 gün qalıb mükim olsaydınız, Şəkidən çıxmadan səfəri ola bilməzdiniz.

Səfəri ikən mükim olmaq

Sual: Qubadan gələrkən İçərişəhərdə üç gün qalıb təkrar Qubaya dönməyə niyyət etdim. Zöhrü və əsri səfəri kimi qıldım. İçərişəhərdə nikahım oldu. Gecə də zifafa girdim. İşanı səfəri qılarkən, zifafa girdikdə vətəni-əslimin dəyişdiyini xatırladım. Namazımı mükim kimi dörd rükət qıldım. Bir zərəri oldumu?

CAVAB

İçərişəhər artıq vətəni-əsliniz olduğu üçün mükim qılmağınız doğru oldu. Yeni bir vətəni-əsliniz olana qədər  İçərişəhərdə  həmişə mükim olacaqsınız.

Səfərdə niyyət dəyişdirmək

Sual: Bakıdan Gəncəyə gedərkən Göyçayda zöhr namazını iki rükət qılmalı ikən, unudub üçüncü rükətə qalxan səcdə etmədən və ya səcdə etdikdən sonra Göyçayda bir ay qalmağa niyyət etsə, zöhrü necə qılmalıdır?

CAVAB

Səfəri olan üçüncü rükətin səcdəsini etmədən o şəhərdə 15 gündən artıq qalmağa niyyət edərsə, o fərzi dörd rükət qılmalıdır. Lakin üçüncü rükətin qiyamını və rükusunu təkrarlaması lazım olar. Çünki qiyamı və rükunu nafilə etmişdi. (S. Əbədiyyə)

Əgər üçüncü rükətin səcdəsindən sonra mükim olmağa qərar verərsə, bir rükət daha qılıb dördə tamamlayar, amma namazı nafiləyə çevrilər. Zöhrü yenidən qılar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину