Rəcəb ayının 27-ci gecəsi Merac Gecəsidir. Merac, nərdivan deməkdir. Cəbrayıl əleyhissəlam gəlib, Peyğəmbər əfəndimizi 52 yaşında ikən Rəcəb ayının 27-ci gecəsi Məkkəi-Mükərrəmədə Məscidi-Haramdan Qüdsdə olan Məscidi-Aksaya və oradan da göylərə apardı.
İslam alimləri buyurdu ki: “Merac ruh və bədən ilə birlikdə olmuşdu. Ayəti-kərimə ilə sabit olduğundan Məkkədən Qüdsə götürüldüyünə inanmayan kafir olar. Göylərə, bilinməyən yerlərə götürüldüyünə inanmayan yolunu azmış olur. “
Rəsulullah (sallallahü aleyhi və səlləm) Meracda Cənnəti, Cəhənnəmi, saysız-hesabsız şeyləri görüb, Kürsü, Ərş və Ruh aləmlərini geçib, bilinməyən, anlaşıla bilinməyən, izah edilə bilinməyən şəkildə məkansız, zamansız, cəhətsiz, sıfatsız (xüsusiyyətsiz) olaraq Allahü təalanı gördü. Heç bir məxluqun bilə bilməyəcəyi, anlaya bilməyəcəyi nemətlərə qovuşub bir anda, Qüdsə və oradan da Məkkəi-Mükərrəməyə gəldi.
Meracda 5 vaxt namaz fərz oldu. Meracdan əvvəl yalnız sübh və əsr namazı var idi. Merac gecəsi şam namazı 3 rəkat, o biri namazlar 2 rəkat fərz oldu. Mədinəi-münəvvərədə ikinci əmrilə sübh və şamdan başqa o biri namazların rəkatı dördə çatdırıldı. Hicrətin 4-cü ilində bunlar səfəri üçün yenə 2-yə endirildi. Azan oxumaq da hicrətdən əvvəl Məkkədə Merac gecəsi başladı.
Merac hadisəsilə Müsəlmanların imanı qüvvətləndi, kafirlərin düşmənliyi artdı. Peyğəmbərimizə kafirlər inanmadı. “Məscidi-Aksanın neçə qapısı, neçə pəncərəsi var?..” kimi suallar soruşdular. Meracda diqqət etməmişdi. O anda Cəbrayıl əleyhissəlam Məscidi-Aksanı gözünün önünə (Televiziya kimi) gətirdi və cavab verdi.
Bu mübarək gecədə digər mübarək gecələr kimi qəza namazları qılmalı, Qurani-kərim və elmi-hal oxumalı, tövbə və dua etməli, alimləri ziyarət etməli, kasıbları sevindirməli, dünya və axirət səadəti üçün bütün Müsəlmanlara dua etməliyik.
В корзине: 0 шт.
на сумму: 0