Sual: Hüseyn Hilmi İşıq həzrətləri haqqında məlumat verərdinizmi?
CAVAB
Din bilgilərində dərin alim və təsəvvüf mərifətlərində kamil və mükəmmil (kamilləşdirici) olan, kəramətlər, xariqələr sahibi Seyid Abdulhakim Arvasi həzrətlərinin yetişdirdiyi səlahiyyətli bir alimdir. Kitabları bütün ölkələrdə oxunmaqdadır. Tam Elmihal Səadəti-Əbədiyyə başda olmaq üzrə, 14 Türkcə, 60 Ərəbcə və 25 Farsca və bunlardan tərcümə edilən, Fransızca, İngiliscə, Almanca, Rusca və digər dillərdəki yüzlərlə kitabı hazırlayandır. 8 Mart 1911-də, Əyyub Sultanda doğuldu, 26 Oktyabr 2001-də vəfat etdi. Çox sayda insanın iştirak etdiyi cənazə namazından sonra Əyyub Sultanda olan ailə qəbiristanlığına dəfn edildi.
Von Misesdən ali riyaziyyat, Pragerdən mexanika, Demberdən fizika, Gossdan texniki kimya oxudu. Kimya professoru Arndtın yanında çalışdı, təqdirlərini qazandı. Arndtın yanında altı ay tədqiqat apardı və İstanbul Universitetində çalışaraq, Phenyl-cyan-nitromethan cisminin sintezini hazırladı və formulunu təyin etdi. 1936-cı ilin sonunda 1/1 saylı Kimya Yüksək Mühəndisliyi diplomunu aldı. Polkovnikliyə qədər Türk ordusunda zəhərli qazlar mütəxəssisliyi və kimya müəllimliyi etmişdir.
Siyasətə heç qarışmadı, heç bir partiyaya bağlanmadı. Separatçılığa və qanunlara qarşı gəlməyə qarşı idi. Bunu əsərlərində açıqca bildirmişdir. Dünyanın hər yerinə göndərdiyi müxtəlif dillərdəki kitablarında, İslam dininin doğru olaraq anlaşılması, İslam əhkamının və əxlaqının yayılması üçün çalışdı. Bunun üçün, dini dünya mənfəətlərinə vasitə edənlərin və məzhəbsizlərin böhtan oxlarına hədəf oldu. (Əczaçı, kimyagər, dindən nə anlayar? O ixtisasında çalışsın, bizim işimizə qarışmasın) deyənlər oldu. Bəli, bu şəxs, əczaçı və kimya yüksək mühəndisi olaraq millətinə 30 ildən çox xidmət etdi. Fəqət din təhsili də edərək və gecəli-gündüzlü çalışaraq, böyük İslam alimindən icazət almaqla da şərəfləndi. Heç bir zaman öz fikrini yazmayıb, daim Əhli-sünnət alimlərinin, anlaya bilənləri heyran edən qiymətli yazılarını Ərəbcə və Farscadan tərcümə edərək kitablarında dərc etmişdir.
İnsanlara olan şəfqət və mərhəməti də, Onu xidmətə məcbur edərək, Əhli-sünnət alimlərinin kitablarından seçdiyi yazıları tərcümə etmiş və hər kəsin anlaya biləcəyi şəkildə açıqlamağa çalışmışdır. Aldığı saysız təbrik və təqdir yazılarının yanında, tək-tük cahilin sərzəniş və böhtanlarına da hədəf olmuşdur. Rəbbinə və vicdanına qarşı ixlasında və sədaqətində bir şübhəsi olmadığı üçün, Allahu təalaya təvəkkül və Rəsulunun və saleh qullarının mübarək ruhlarına təvəssül edərək, xidmətə davam etmişdir. Bütün bu xidmətlərin, İslam alimlərinə olan aşırı sevgisi və hörmətinin bərəkəti ilə olduğunu söyləyərdi. Hər söhbətində İslam alimlərinin kitablarından oxuyar, İmam Rabbani və Abdulhakim Arvasi həzrətlərinin sözlərini çatdırarkən gözləri yaşarar və (Kəlamı-kibar, kibarı-kəlamest) yəni böyüklərin sözü, sözlərin böyüyüdür buyurardı.
İstanbul Övliyaları kitabında deyilir ki:
Hüseyn Hilmi Əfəndi, maddi və mənəvi, dünyəvi, üxrəvi və xüsusilə fənn, tibb və əczaçılıq elmlərində zamanın qabaqcıllarından idi. Hər sözü elmə, fənnə və təcrübəyə söykənən və bu bilgilərini, təcrübələrini dinin təməl meyarlarıyla qarşılaşdırıb ölçərək söylədiyindən, hikmət danışan yəni hər sözündə dünyəvi və ya üxrəvi faydalar olan, bəlkə bənzəri bir daha çətin tapıla biləcək, alim bir şəxs idi.
Ən qiymətli kitablardan tərcümə və yığmalarla, təlif əsərlər vücuda gətirdi. Əqaid barəsində, xüsusilə Əhli-sünnət vəl- camaat inancını sadə bir dillə açıqlayıb, bu inancın yayılmasında, öncüllük etdi. Hənəfi, Maliki, Şəfii və Hənbəli məzhəblərindən birində olmağın Əhli-sünnət əlaməti olduğunu, hər kəsin öz məzhəbinə görə əməl etməsinin şərt olduğunu, zərurət və ehtiyac halında isə, haqq olan dörd məzhəbdən birinin təqlid edilə biləcəyini, Əhli-sünnət kitablarından alaraq açıqladı. Səadəti-Əbədiyyə və digər kitablarında, minlərlə məsələ yazdı. Unudulmuş elmləri əhya etdi. (Ümmətim pozulduğu zaman bir sünnətimi əhya edənə yüz şəhid savabı verilər) hədisi-şərifini həmişə göz önündə tutaraq, fərzləri, vacibləri, sünnətləri, hətta müstəhəbləri uzun-uzun yazdı.
Dünyanın hər tərəfindəki insanlara İslamiyyəti doğru olaraq tanıtdı. Əhli-sünnət alimləri tərəfindən təsvib edilən və təriflənən, yüzlərlə Ərəbcə və Farsca əsəri, Hakikat Kitabevi vasitəsilə yeddi iqlim, dörd bucağa yaydı. Vəhhabi, Hürufi, Qadiyani kimi sapqın firələrin doğru yoldan ayrıldıqları nöqtələri, bütün dünyaya vəsiqələrlə tanıtdı. Əhli-sünnət etiqadı canlanmağa, tərpənməyə və yaşıllanmağa başladı. Bu baxımdan gördüyü işi, dini təcdid ilə adlandıran şəxslər oldu. Təcdid, dini yeniləyib qüvvətləndirmək deməkdir.
Müvəffəqiyyətlərinin səbəblərini soruşanlara, “(Hələkəl müsəvvifun) yəni (Sonra edərəm deyənlər həlak oldu), hədisi-şərifinə tabe olaraq bu günün işini sabaha saxlamadım və öz işimi özüm gördüm, edə bilmədiyim işi başqasına həvalə etdiyim zaman nəticəsini izlədim” cavabını verərdi. (Bu zamanda İslamiyyətə xidməti müvəffəqiyyətlə edə bilmək üçün həmsöhbətin anlaya biləcəyi kimi danışmalı və hər kəsə şirin dilli gülər üzlü olmalıdır) buyurardı. Gerçək bir təvazöyə sahib idi. Özünü əsla başqalarından üstün görməzdi. Özündən böyüklərin yanında danışmaz, kimsəylə münaqişə etməz, ədəbi gözləyər, əksərən iki dizi üzərinə oturardı. Bursada, köhnə müdərrislərdən Əli Heydər Əfəndini ziyarətində, saatlarla iki dizi üzərində oturunca, Əli Heydər Əfəndi tələbələrinə, (Hilmi Bəydən ədəb öyrənin, ədəb!) demişdi. Hüseyn Hilmi İşıq Əfəndi, ailəsindən Osmanlı tərbiyəsi, Abdulhakim Arvasi həzrətlərindən də təsəvvüf ədəbi almışdı…
Həyatı haqqında geniş bilgi üçün klikləyiniz:
www.huseyinhilmiisik.com
Bir eşq hekayəsi
Dondurucu bir qış idi.
Qar yağmaq üzrəydi. İstanbul səmalarında kirli bir çən hakim idi.
Havada uçuşan qağayılar çığırtılarıyla qulaqları cırmaqlayır; boğazın tündxasiyyət dalğaları bir azdan çıxacaq fırtınanın xəbərini verirdi.
Çarşı-bazar qışa baxmayaraq hələ də alış-verişdəydi.
Meydanda satış edən simitçi və səhləbcilərin qışqırıqları xoş bir harmoniya təşkil edirdi.
Kimiləri markalı və isti mağazaları seçərkən, kimiləri də büdcəsinə uyğun səyyar satıcılarda rahat nəfəs alırdı.
Eminönü hər zamankı kimiydi anlaşılan.
Təlaşlı, həyəcanlı, sıxlıq…
***
Qar dənələri yavaş-yavaş düşməyə başlamışdı.
Mənsə yorğun bədənimi o ehtişamlı Yeni Caminin şadırvanına söykəmiş, üşüməmək üçün kurtkama sıxıca sarılmışdım.
Eminönü Məscidi… Digər adıyla Yeni Cami.
Nə zaman yolum İstanbula düşsə o böyük minarələrin kölgəsində dincələr, namazgahında hüzurla səcdə edərdim.
Hələ əsr əzanlarında, Eminönü Məscidi ilə Süleymaniyyə Məscidi müəzzinlərinin serenadası ovsunlayıcı bir təsir buraxardı üzərimdə.
Hələ də təzəliyini qoruyan bir sürü xatirəm canlandı gözlərimdə.
Hərdən kədərləndirmiş, hərdən də şad etmişdi məni bu şəhər.
Bəzən bir eşqə məhkum etmiş, bəzən də eşqsiz buraxmışdı.
Rəngli aləmim, xəyal şəhərim idi bura.
Fikrə dalıb getmişdim bunları düşünərək.
Soyuğa və üşüməyimə əhəmiyyət vermədən…
Birdən, oxunan Cümə səlası ilə irkilmiş; artıq getmə vaxtımın gəldiyini anlamışdım.
Yağan qara fikir vermədən sürətlicə İETT avtobus dayanacağına yönəlmiş, minəcəyim avtobusun güzərgah nömrələrini təqibə başlamışdım belə.
Əyyuba gedəcəkdim.
Cüməni Əyyub Sultanda qılmaq idi niyyətim.
Sonra da o uca səhabəyə ədəblə salam verəcək, yolunun yolçusunu ziyarət üçün, yenə ondan icazə istəyəcəkdim.
***
Ömrünü; ölkəsinə, millətinə və İslama xidmətlə keçirmişdi.
Xocası Seyid Abdulhakim Arvasi həzrətlərinə beyət etmiş, Əhli-sünnət reseptini şəxsən onun əlindən almışdı.
Xalıçıoğlu Hərbi Liseyində oxumuş, əczaçılıq fakültəsini bitirmişdi.
Eyni zamanda xocasının əmrilə Kimya Yüksək Mühəndisliyi də təhsil etmiş və Türkiyənin ilk yüksək kimya mühəndisi olmuşdu.
Tələbəliyi və məşğuliyyəti heç bir zaman onu Əhli-sünnət etiqadından yayındırmamış, müvəffəqiyyətlərinin sirrini həmişə buna bağlamışdı.
Polkovnik rütbəsilə Hərbi məktəblərdə xidmət etmiş, minlərlə tələbə yetişdirmişdi. Xocası Seyid Abdulhakim Arvasi Həzrətlərindən illər boyunca öyrəndiyi Əhli-sünnət bilgilərini, İslamiyyəti və həqiqət elminin gərəklərini tələbələrinə anlatmışdı.
Kitablarında din, astronomiya, fizika, kimya, tibb, riyaziyyat kimi elmləri mövzu etmiş, İslamı anlama və tanıma nöqtəsində insanlara əbədi səadət yolunu göstərmişdi.
Söhbətlərində, “Əhli-sünnət alimlərini tanıya bilmək və aralarında olmaq böyük nemətdir. Rəsulullahın yolu, onların göstərdikləri yoldur. Dünyada və axirətdə səadətə qovuşmaq istəyən, böyüklərin yoluna möhkəmcə sarılsın. Dövlətinizə və millətinizə xidmət edin. Əsla fitnə çıxarmayın” buyurardı.
O, bir İslam alimi və mütəfəkkiriydi.
O, doxsan illik ömrünü bu məqsəd üçün yaşamışdı.
Siyasətdən həmişə uzaq durmuş, şanı və şöhrəti heç mənimsəməmişdi.
O, sevənlərinin yeganə eşqi və “işıq”ıydı.
***
Cümə namazını əda etmiş, Əyyub Sultan həzrətlərinin uca məqamlarından ədəblə ayrılmışdım.
Namazdan əvvəl yavaş-yavaş yağan qar, birdən şəklini çovğuna çevirmişdi. Göz gözü görmürdü.
Qəbiristanlığa çıxan yol qarla dolmuş, Cümə ziyarətçilərinə keçid vermirdi.
Budaqlarındakı qarın ağırlığından olsa gərək, yola doğru uzanan şamların arasında yıxıla-dura cığır yolu dırmanmağa çalışırdım.
Qarların altında məsum bir şəkildə yatan və ziyarətçilərini gözləyən əbədi Əyyub Sultanlılara salam verir, məscidin həyətində oxumağa başladığım Yasini-şərifi onlara duyurmağa və hədiyyə etməyə çalışırdım.
Həyəcanlıydım.
Bir azdan, örnək yaşantısı ilə sevənlərinə işıq olan qiymətli xocamıza qovuşacaqdım.
Və…
Üstündə yığılan qarları təmizləyəcək, sadəcə “Hilmi” yazan namsız, nişansız, işarəsiz qəbir daşına sıxıca sarılacaqdım.
Abdurrahman KARAL
Üsküdar Barbaros Məscidi İmam-Xətibi
Diyanət Xəbər saytı yazıçısı
Hüseyn Hilmi İşıq həzrətləri buyururlar ki:
“İmamı Şəfii həzrətlərinin bir kitabı var, (Kitabı-Üm). Buradakı fətvalardan birini seyid Abdulhakim Arvasi əfəndi həzrətləri belə anlatdı:
(Bir otaqda qatıq olsa, oradan çölə bir it, ağzı qatıq bulaşıqları çıxsa və gedib baxılsa, qatıq tasında itin ağzı qədər yer əskilmiş olsa, bu it o qatıqdan yemişdirmi? İmamı Şəfii həzrətləri, “yeyərkən görülmədiyi üçün yeməmişdir” buyurur. Bir məhəllə imamı bu fətvaya qəlbindən etiraz edərmiş. Bu adam sözü keçən, sevilən də biriymiş. Qurban bayramında bəzi insanlar təbərrükən qurbanlarını ona kəsdirərlərmiş, o da sırayla kəsib, qurban sahibləri özləri dərisini üzərmiş. Bir evdən bir evə gedərkən dəstəmaz pozma ehtiyacı duymuş. Tənha bir yerə getmiş, o əsnada patrullar bunu tutmuşlar. Məgər tam o yerdə gecə cinayət olmuş, bunu da əlində qanlı bıçaq, üstü qanlı olarak görüncə qatil deyə tutub qadıya aparmışlar. Qadı hökm vermək üçün (Kitabı-Üm)ü açmış və İmamı Şəfii həzrətlərinin qatıq fətvasını oxumuş və əsgərlərdən soruşmuş: “Siz bunu adamı öldürərkən gördünüzmü?” Onlar da, “görmədik” demişlər. Qadı, “eləysə bu qatil deyil” demiş. Bu imamn bəyənmədiyi fətva onun həyatını xilas etmiş və halına tövbə etmiş və bir şeylər oxuyub İmamı Şəfii həzrətlərinə hədiyyə etmiş.)
Bu mövzuda Hüseyn Hilmi İşıq həzrətlərindən digər bir rəvayət:
Bir müsəlmanın dükanında bir kirəçi varmış. Qadın satırmış. Bunu məhkəməyə verib çıxarmaq istəyirmiş. Amma məhkəmədə kirəni ödəmədi deyə and içməsi lazım imiş. “Bu andı içməyim caizdirmi?” deyə sual etdirmiş. Hüseyn Hilmi İşıq həzrətləri buyurmuşlar ki: “Əfəndim, qadın satdığını haradan bilir. Şərəf, namus məsələlərində dörd şahid lazımdır. Şahidlər adil və Müsəlman olmalıdır”. Soruşan adam da “əfəndim Müsəlman birinə vermək üçün edə bilməzmi” dedikdə, “Müsəlman olmadığını haradan bilirmiş” dedilər və bu mənqibəni anlatdılar: “Bir qadın İmamı Şəfii həzrətlərinə gedib, qonşunun itinin bunun evinə girib qatığını yediyini söyləmiş. İmamı Şəfii (haradan bilirsən onun yediyini) dedikdə, (əfəndim evdən çıxarkən gördüm, ağzında qatıq bulaşığı vardı, qatıq da əskilmişdi) demiş. İmamı Şəfii (gözünlə gördünmü, görən varmı) deyincə, (mən görmədim, görən də yoxdur) demiş. (O halda yeməmişdir) deyə hökm vermiş. Qadın bu nə cür hökmdür deyərək getmiş. Bir gün bu qadın əlində bıçaq ciyər doğrayarkən, çöldən bir fəryad eşitmiş. Təlaşla çölə çıxmış, baxmış ki, qanlar içində bir adam cəsədi. Fəryadı eşidənlər cəsədin yanına gəlmişlər. Qadını əlində qanlı bıçaq və üzərində də qan ləkələrilə cəsədin yanında görmüşlər. Qatil deyə tutmuşlar. İmamı Şəfii həzrətlərinin hüzuruna aparmışlar. İmamı Şəfii həzrətləri (bu qadını adamı bıçaqlayarkən görən varmı?) deyə soruşmuş. (Yox) demişlər. (O halda məsum sayılar) demiş. Sonra da qadına dönmüş:
Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.
В корзине: 0 шт.
на сумму: 0