Sual: Müsəlman qadının ölümü necə olur?
CAVAB
Bir Müsəlman qadın, zahı və ya hamiləykən, ya da yoluxucu bir xəstəlikdən, yaxud daxili xəstəliklərdən ölmüşsə və yaxud yad kişilərə açıq-saçıq görünməmişsə və əri ondan razı olubsa, o qadına ölərkən Cənnət mələkləri gəlib qarşısında, sırayla duraraq ona izzət və ikramla salam verib belə deyərlər: “Allahü təalanın sevgili, şəhid qulu, gəl çıx, nə durmusan bu viranədə? Səndən Allahü təala razı oldu və sənin bu xəstəliyini bəhanə edib, günahını bağışladı, sənə Cənnət ehsan etdi, gəl əmanətini təslim et!”
O qadın, bu ehsanı görüb, ruhunu vermək istədiyində, ətrafına baxıb, “Yoldaşlarıma da rəhmətlə hökm etsin, sonra ruhumu təslim edim” deyər. Mələklər onun bu xahişini məruzə etdikdə, Cənab Haqq, “İzzətim haqqı üçün, qulumun xahişini qəbul etdim” buyurur. Mələklər bu müjdəni ona söyləyərlər. Sonra, ölüm mələyi, 120 rəhmət mələyi ilə gələr. Üzlərinin nuru Ərşə çıxmışdır. Əllərində Cənnət yemişləri, ətirləri müşk kimi gələrək, izzət və ikramla salam verib, “Allahü təala sənə salam söyləyir və Cənnət verib, həbibi Muhamməd əleyhissalama qonşu və həzrəti Aişəyə yoldaş eyləyər” deyərlər. Bu imanlı qadın bu sözləri eşitdikdə, gözlərinin pərdəsi açılar, əhli-iman qadınlarını görər. Bunlardan günahkar olub, əzab olunanları gördükdə, “Onların günahlarını da bağışla Rəbbim!” deyə dua edər. Cənab izzətdən, “Ey qulum! Arzularını yerinə yetirdim, ver əmanətini, Həbibimin xanımı və qızı səni gözləyirlər” deyə bir səs gələr.
Bu xitabı eşitdikdə dərhal canı titrəyər, ayaqları atılar, tərlər tökər və can vermək üzrə olanda, iki mələk gələr. Əllərində atəşdən bir çomaq vardır, sağ yanında biri, sol yanında biri durar.
Şeytan da qaçıb gələr və “Bundan bizə fayda olmasa da, amma mən yenə də vəzifəmi yerinə yetirim” deyərək, əlində bir cövhərli çanağın içində buzlu su var, bu surətlə gəlib, suyu göstərər. O mələklər o xəbisi gördükdə, əllərindəki çomaqlarla vuraraq, əlindəki çanağı qırıb, onu qovarlar. O Müsəlman qadın bunu gördükdə gülər. Sonra, o hurilər, ona cövhərli kasayla Kövsər şərabı verərlər, içər. Cənnət şərabının ləzzətindən canı sıçrayıb qədəhə yapışar və ölüm mələyi canını o qədəhdən alar. Mələklər, “İnna lillahi və inna ileyhi raciun” deyərlər. Canı alıb, göyləri seyr etdirib, Cənnətə apararlar və oradakı yerini göstərib, dərhal yenə, ölünün baş ucuna gətirərlər.
Nə zaman ki, paltarlarını çıxarıb, saçını açdıqlarında, ruhu dərhal cəsədinin baş ucuna gəlib, “Ey yuyucu! Yavaş ol! Çünki Əzrayılın pəncəsindən can yarası yemişdir. Dərim də xeyli zəhmət çəkmişdir və sarsılmışdır” deyər. Tənəşirə gəldiyində, “Suyu çox isti etmə! Dərim zəifdir. Tez məni əlinizdən qurtarın ki, rahat olum” deyər. Yuyub kəfənə sarıdıqda bir az durar, yenə deyər ki:
“Bu dünyaya son baxışımdır. Dostlarımı və qohumlarımı görüm, onlar da məni görsünlər və ibrət alsınlar. Onlar da bir gün mənim kimi öləcəklər, arxamdan fəryad etməsinlər. Məni unutmayıb, Qurani-kərim oxuyaraq savabını göndərsinlər. Hər gün edə bilməsələr də, cümə və bayramlarda məni xatırlayıb xeyr-həsənat etsinlər. Mənim mirasım üçün, aralarında çəkişməsinlər ki, qəbirdə əzab görməyim.”
Sonra, musalla daşının üzərinə qoyulduğunda isə, “Rahat qalın, ey oğlum, ey qızım, anam və atam! Bunun kimi ayrılıq günü yoxdur. Görüşümüz qiyamətə qaldı. Əlvida olsun sizə, ey arxamdan göz yaşı tökənlər!” deyər. Namazı qılınıb, çiyninə alındığında da “Məni yavaş aparın! Əgər qəsdiniz savab qazanmaqdırsa, mənə zəhmət verməyin! Sizdən Allahü təalaya xoşluq aparım!” deyər. Qəbrin kənarına qoyulduğunda isə bu nəsihəti edər:
“Görün mənim halımı və ibrət alın! İndi məni qaranlıq yerə qoyub gedəcəksiz. Mən əməlimlə qalacağam. Bu anları görüb vəfasız, yalançı dünyanın hiyləsinə aldanmayın!”
Dəfndən sonra saleh bir şəxs, sünnət olan təlkin etməyi gözləyər. Qəbrinə qoyulduqda can ölünün baş ucuna gələr. Allahü təalanın əmriylə ölü qəbirdə yuxudan oyandığı kimi oyanar və görər ki, bir qaranlıq yerdədir. Yaxınlarına səslənib, işığı yandırmalarını söyləyər, amma səs gəlməz.
Qəbir yarılar, iki sual mələyi “Münkər və Nəkir” görünər. Bunların ağızlarından yalın atəşlər və burunlarından qara dumanlar çıxar. Bu halda ona “Rəbbin kimdir”, “Dinin nədir” və “Peyğəmbərin kimdir?” soruşarlar. Bunlara doğru cavab verərsə, o mələklər onu Haqq təalanın rəhmətiylə müjdələyib gedərlər. Dərhal o anda qəbrin sağ tərəfindən bir pəncərə açılar və bir ay üzlü adam çıxıb yanına gələr. Bu imanlı qadın ona baxıb sevinər. “Sən kimsən?” deyə soruşar. “Mən sənin dünyada səbrindən və şükründən yaradıldım. Qiyamətə qədər, sənə yoldaş olacam” deyə cavab verər. (Cənnət Yolu Elmihalı)
Müsəlman olaraq yaşayıb, Müsəlman olaraq ölməyə çalışmaq lazımdır.
В корзине: 0 шт.
на сумму: 0