* Övladınıza namazın əhəmiyyətini başa salın və mütləq namaz qıldırın. Namaz qılmasına mane olan hər şeyin fəlakətinə səbəb olacağını bilməli və bildirməlisiniz. Onun gələcəyini təmin etmək, yalnız və yalnız yaxşı bir müsəlman olması ilə mümkündür. Diplom ilə gələcək təmin edilmir. Yaxşı bir müsəlman olduqdan sonra diplom işə yarayar. O zaman, həm özünə, həm insanlara daha çox faydalı olacaqdır.
* Dünyada səadət, axirətdə Cənnət, iki şeylə çox asan olur: Biri, Allahü təalanın bir sevgili dostuna qovuşmaq və onun tərəfindən qəbul edilmək. İkincisi isə doğru qılınan namaz.
* Bir böyüyü tanıyan əlbəttə ki, namaz qılar. Həm tanımaq, həm namaz qılmamaq olmaz. Belə tanımaq, tanımaq deyildir. Namazsız axirət olmaz. Namazsız Allaha qovuşmaq mümkün olmaz, namazsız həyat olmaz, namaz hər şeyin başıdır. Namazları gecikdirmədən qılın, sevərək qılın. Şərtlərinə uyğun qılın, gözəl nümunə olun. Uşaqlarınıza yemək yeyib-içməkdən əvvəl, namazlarını vaxtında qılmalarını öyrədin, əmr edin.
* Mərhəmət, doktorun xəstəsinə yazığı gəlməsi kimidir. Həqiqi mərhəmətli doktor xəstəsini xilas edəndir. Bir ananın, atanın şəfqəti də onun mərhəməti kimi olmalıdır. Namaz qılmayan uşağa rəhm etməmək, yardım etməmək, yəni bu xəstəliyin çarəsinə əlac tapmamaq heç mərhəmət sayılarmı? Oradakı mərhəmət kimi görünən şey mərhəmətsizlikdir. Uşaqları pərişan edirlər. “Əməliyyata gedən uşağa anası rəhm etdiyi üçün gizli yemek yedirib. Həkimlər uşağı güclə ölümdən döndəriblər”.
* Ana və ata, əgər övladlarına böyüklərin sevgisini, İslamiyyətin sevgisini verə bilmirsə, onların ən baş düşmənidir. Nəfsinə düşkün ana və ata, yəni uşaqlarını nəfsi üçün sevən ana və ata uşaqlarının ən böyük düşmənidir.
* Uşaqlarınızı böyüklərin yanına aparın. Uşaqlarınızı yanınızdan ayırmayın. Uşaqlarınızın həm qardaşı, həm atası olun. Yaxşı yerlərə aparmağa öyrəşdirin. Uşağınıza deyin ki: “Amandır övladım, nə sən özünü oda at, nə də məni oda at, çünki övladın etdiyi anaya, ataya gedir. Allah qorusun, sən getsən məni də aparacaqsan. Yəni bu qədər zəhmətlər boşa gedər. Çünki anaya və ataya övladın etdiyi hər şey misliylə yazılır, yaxşılıq edirsə yaxşılıq yazılır. Pislik edirsə pislik yazılır”.
* Uşaqlarımıza mütləq Qurani-kərimi öyrədək. Qurani-kərim oxusunlar. Uşağına Qurani-kərim oxudan ana ataya da çox savab yazılır.
* Mütləq uşaqlarınıza böyüklərin, yəni əhli-sünnət alimlərinin kitablarından bir şeylər oxuyun, indi onların sinələri tərtəmizdir. Bu ruha, bu sinəyə indi nə qoyulsa o qalıcıdır. Onlarla birlikdə kitab oxumadan yatmayın. Mütləq bir şey oxuyun.
* Dinimiz haramdan uzaq durmağa çox əhəmiyyət verir. Bunları öyrənmək, uzaq durmaq lazımdır. İmam Rəbbani həzrətləri buyurur ki:
“Bir kimsə, bütün Peyğəmbərlərin ibadətlərini etsə, üzərində başqasının bir qəpik qul haqqı varsa, bunu ödəmədən və ya haqq sahibiylə halallaşmadan, Cənnətə girə bilməz.”
* Möminin qəlbini qırmaq çox böyük haramdır. Bir mömin, bir möminin qəlbini qırsa 70 dəfə Kəbəni yıxmaqdan daha böyük günaha girər. Bunları oxumaq, öyrənmək lazımdır.
* Uşaq Allahü təalanın əmanətidir, sahiblənməyin, İslam tərbiyəsi verin, dinimizi öyrədin. Onlar sizə bir əmanətdir. Siz onlardan məsulsunuz. Çox Müsəlman onları sahiblənərək azmalarına, yoldan çıxmalarına səbəb olmuşdurlar.
* Uşaqlarınızı gözəl əxlaqlı, dini bütünlə evləndirin. Gözəlliyinə deyil, malına mülkünə deyil, etiqadına baxın.
* Uşaqlarınıza gözəl bir ad, müsəlman adı verin. Ən mühümü də dinimizi tam doğru öyrədin. Əhli sünnət alimlərinin dəyərli kitablarından öyrədin, din deyə dinsizlik, məzhəbsizlik öyrətməyin.
* Ailə-uşağımıza mərhəmət edək, onları oddan qoruyaq. Oğlum oxusun, Amerikaya getsin, Avropaya getsin, haraya getsin? Cəhənnəməmi getsin, Cənnətəmi getsin? Sən əvvəlcə onu fikirləş. Dünya fanidir. Belə qısa bir ömür üçün o gözəl övladına, necə qıyıb oda atırsan?
* Övladına Allahı öyrətməyən, övladına Peyğəmbəri öyrətməyən, övladına atəşi öyrətməyən, namazı öyrətməyən, Qurani-kərimi öyrətməyən ata, övladının həm dünya, həm də axirət qatilidir və dünyanın ən mərhəmətsiz atasıdır. Yaxud da dünyanın ən mərhəmətsiz anasıdır ki, namaza qaldırmır. Ay uşağım üşüməsin, filan, Allah qorusun, mərhəmət bu deyildir. Doktor xəstəsinə düşməndirmi ki, canını bıçağın altına uzadır. Onu o xəstəlikdən xilas etmək üçün edir, mərhəmətindən edir. Deməli, ana və ata nə qədər mərhəmətlidirsə, övladına o qədər İslamiyyəti öyrədəndir. Ana və ata nə qədər mərhəmətsizdirsə, övladına o qədər dünyanı öyrədəndir, axirəti unutdurandır. Ölçü budur. O ki qaldı o övlad hər günah iş gördüyü zaman anasına da yazılır, atasına da yazılır. O övlad, hər ibadət etdiyi zaman, anasına da savab yazılır, atasına da. Bir ağac ya meyvə verəcək, yaxud da atəşdə odun olacaq. Sən meyvəmi yetişdirirsən, yoxsa sobaya gedəcək odunmu yetişdirirsən?
* Qəlbin ruzisi, din elmidir. İnsan oxumasa, din elmini öyrənməsə qəlbi ruzisiz qalır. Günah işləməyə başlayır, xəstə olur və nəticədə ölür. Ölməsi, yəni Allah qorusun kafir olması deməkdir.
* Böyükləri, yəni əhli sünnət alimlərini axtaran, kitablarının arasında axtarsın, kitablarımızın sətirləri arasındayıq, buyururlar. Böyüklərin kitabları dərman kimidir. Dərman qəbul etməyən, şəfa tapa bilməz. Allahü təala istiğfar etsəniz imdadınıza çataram buyurur. Lə havləni çox oxuyun.
В корзине: 0 шт.
на сумму: 0