Facebook Twitter WhatsApp

Nəcis olanlar və olmayanlar

Sual: Kir nəcisdirmi? Nəcasətli paltarları yumağın sayı varmı? Sıxılmayan, nəcasəti canına çəkən xalça kimi əşya necə yuyulur?
CAVAB
Nəcasət bulaşmamış paltarlar kirdən təmizlənmək üçün yuyulur. Kir nəcis deyil. Bir dəfə yuyulsa da, olar və ya heç yuyulmasa da. Yenə nəcis deyil.


Nəcasətli paltarları yumaqda müəyyən bir say yoxdur. Bir dəfə yuyunca çıxarsa, kafidir. Nəcasət aradan qaldırıldıqdan sonra rəng və qoxu qalsa da, zərəri olmaz. İsti su ilə və ya sabunlu, təmizləyici su ilə yumaq lazım gəlməz.

Murdar olmaz
Sual:
Namaz qılmayan bəzi adamlar təmizliyə riayət etmir. Tualetdən çıxanda əllərini yumurlar. Həmin əllərini evin müxtəlif yerlərinə sürtürlər. Qapının əlcəyinə toxunurlar. Əllərini divan-kresloya sürtürlər. Onların əllərinin vurduğu yerlərə toxunanda əlimiz murdar olurmu?

CAVAB
Xeyr, murdar olmaz.


Zənn etməklə nəcis olmaz
Sual:
Yerin nəcis olduğunu zənn edirik. Əlimizdə iki dənə kağız dəsmal var. Bunları yerə sərib namaz qıla bilərikmi? Sərsək, hara sərməliyik?

CAVAB
Zənn etməklə yer nəcis olmuş olmaz. Nəcis olduğu bilinmirsə, təmiz qəbul edilir.


Qəti olaraq yerin nəcis olduğu bilinirsə və başqa təmiz yer də yoxdursa, heç olmasa, iki ayağın qoyulduğu və səcdə edilən yer təmiz olmalıdır. Səcdə edilən dəsmal kiçik olsa belə, başqa tərəfləri murdar olsa da, namaz caiz olar.

Əl və dizlərin qoyulduğu yerin təmiz olmasının şərt olmadığını deyən alimlər də çoxdur. Bu alimlərə görə, ayaqla basılan və səcdə edilən yer təmiz olduqda digər yerlər nəcis də olsa, namaz səhih olar.

Nəcasət görünmürsə
Sual:
Tez-tez xaricə gedirəm. Otellərdəki xalçalar çox təmiz olur. Belə üzərində qaba nəcasət olmayan yerdə namaz qılmaq caizdirmi?

CAVAB
Caizdir. Səcdə yerinə dəsmal kimi bir şey sərmək yaxşı olar. Sərilməsi şərt deyil.


Nəcis yerdə gəzmək
Sual:
Uşaqlar bəzən xalçaların üstünə işəyir. Sidikləri quruyunca dəstəmaz alıb yaş ayağımızla bu xalçanın üstündə gəzsək, ayağımıza nəcasət bulaşmış olarmı?

CAVAB
Xeyr, nəcasət bulaşmaz.


Qaz çıxaranda təharətlənmək
Sual:
Qaz çıxarandansonra təharətlənmək lazımdırmı? Paltar yaşdırsa, yumaq lazımdırmı?

CAVAB
Su ilə təharətləndikdən sonra oturaq yeri hələ yaş ikən qaz çıxaranda yenidən təharətlənmək məndubdur, yəni yaxşıdır. Lakin oturaq yeri quruykən qaz çıxaranda yumaq bidətdir. Qaz çıxarmaqla yaş paltar nəcis olmaz, yumaq lazım deyil.


Şəhidin qanlı paltarı
Sual:
Şəhid qanlı paltarıyla basdırılırmış. Qan nəcis deyilmi? Təmiz sayılan qan vardırmı?

CAVAB
Öz üzərində qaldıqca şəhidin qanı təmizdir. Yeyilən ət, qaraciyər, ürək və dalaqda olub axmayan qanlar və balıq da təmizdir. Bit, birə və taxta biti qanı da nəcis deyil. Yəni bunların qanı bulaşsa da, namaz qılına bilər. (Ə.Səadət)

Məzi və vədi
Sual:
Məzi və vədi Şəfiidə də nəcisdir?

CAVAB
Bəli. Şəfiidə yalnız sperma təmizdir.


Palçıq
Sual:
Palçıq nəcisdir?

CAVAB
Palçıq nəcis deyil. Küçədə sıçrayan palçıqlar da namaza mane deyil.


Tökülən dəri
Sual:
Günəş dərimi yandırdı. Soyulub tökülən dərilər nəcisdir?

CAVAB
Sinir və qan olmadığı üçün nəcis deyil.


Şərabla yuyunanlar
Sual:
Bəzi amerikan tənbəki tütünlərinin üzərində “Şərabla yuyulmuşdur” ifadəsi keçir. Belə tütünlər nəcisdirmi? Bununla namaz qılınırmı?

CAVAB
“Şərabla yuyulmuşdur” ifadəsi varsa, tənbəki tütünləri nəcis olar. Bu tənbəki tütünlər cibdə ikən namaz qılınmaz. Belə bir ifadə yoxdursa, nəcis sayılmaz.


Narkotik otlar
Sual:
Haram olan tiryək kimi uyuşdurucu otlar nəcisdirmi? Cibə qoyularaq onunla namaz qılınırmı?

CAVAB
Nəcis deyil, təmizdir. Namaz qılarkən cibdə olması namaza mane olmaz. Uyuşdurucu qatı maddələrin ağılı aparan miqdarını istifadə etmək haramdır. Dərmanlarda az miqdar istifadə edilməsi günah deyil.


Axmayan qanlar
Sual:
Ciyər, dalaq, ürək və ətdə olub axmayan qanlar üstümüzə bulaşsa, yumadan namaz qılınarmı?

CAVAB
Bu qanlar nəcis deyil. (Mərakil-fəlah)

Ətdəki qanlar
Sual:
Qəssabın kəsdiyi ətdən üzərinə sıçrayanlar nəcisdirmi? Ətin üzərində qan olduğu halda qiymə bişirmək caizdir?

CAVAB
Dalaq, ciyər və ətin üzərində olub axmayan qan təmizdir. Kəsilən heyvanın ətindəki qan təmizdir. Əti kəsərkən üstümüzə sıçrayanlar nəcisdir. Sıçramayıb ətin üzərində qalanlar təmiz olduğu üçün, belə ətdən qiymə bişirməyin zərəri yoxdur.


Qanlı dalaq
Sual:
Cibimizdəki qanlı dalaqla namaz qıla bilərikmi? Dalaqdaki qan nəcisdirmi?

CAVAB
Ciyər, dalaq, ürək və ətdə olub axmayan qan nəcis deyil. Dalaqla namaz qılındığı kimi, bu qan paltarımıza da bulaşsa, paltarı nəcis etməz. (Mərakil-fəlah)

Dəstəmazda sıçrayan su
Sual:
Dəstəmazdan yerə düşən suyun üzərinə ayaq qoyanda islanan corab nəcis olur?

CAVAB
Nəcis olmaz.


İt, nəcasət və dəstəmaz
Sual:
Hənəfi və Şəfiidə itə toxunmaq dəstəmazı pozurmu? Tüpürcəyi və tükləri nəcisdirmi?

CAVAB
Hənəfi məzhəbində itə toxunmaq dəstəmazı pozmaz. İtin tüpürcəyi nəcis, tükü təmizdir. Suya girib və ya yağışdan islanan it silkinincə üstümüzə sıçrayan su nəcis olmaz.


Şəfii məzhəbində də itə toxunmaq dəstəmazı pozmaz. İtin üstü və tükü yaşkən toxunsa və ya itin tüpürcəyi üstümüzə bulaşsa, o yeri biri palçıqlı olmaqla yeddi dəfə təmiz suyla yumaq lazımdır.

Təharətdə qurulanmaq
Sual:
Təharətləndikdən sonra qurulanmadan qalxsaq, yaşlıq paltarımıza bulaşsa, nəcis olar?

CAVAB
Xeyr, nəcis olmaz. Bez və ya tualet kağızı ilə qurulanmaq müstəhəbdir, yaxşıdır. Qurulanmasa da, zərəri olmaz. Bez olmazsa, yalnız əllə də qurulana bilər.


Pişiyin gəzdiyi yerdə
Sual:
Pişiyin gəzdiyi yerdə namaz qılınarmı?

CAVAB
Pişik təmizdir. Gəzdiyi yerdə namaz qılınar.


İlan və donuz dərisi
Sual:
İlan və donuz dərisi dabağlanmaqla təmiz olarmı?

CAVAB
Donuz və ilan dərisi dabağlansa da, təmiz olmaz. Bu dərilərdən düzələn pulqabı, kəmər, çanta və paltarla namaz qılınmaz. (Hələbi, Hidayə, Hindiyyə, Mizanül-kübra, Məzahibil-Ərbəa, Ə.Səadət)

Donuz, ilan, siçan və insan dərisi dabağlanmaqla təmiz olmaz. (Rəddül-muxtar)

Donuzun dərisi dabağlanmaqla təmiz olmaz. (Nisabül-fiqh, Tərqibüs-salat, Neməti-islam, Böyük islam elmihalı)

Şəfiidə donuzdan başqa it dərisi də dabağlanmaqla təmiz olmaz. (Misbahun-necat)

Bir hökmə bir alim sünnə, biri də məkruh desə, məkruh qövlü əsas alınar. İlan və donuz dərisinə təmiz deyən alimlər olsa belə, nəcis deyənlərin sözü əsas alınır.

Kerosin nəcis deyil
Sual:
Yuduğumuz qaz bidonuna su qoyduq. Suyun qoxusu və dadı dəyişdi. Bu suyla dəstəmaz alına bilərmi?

CAVAB
Kerosin nəcis deyil, dəstəmaz alınar.


İlan dərisi
Sual:
Pinəçiyəm. Müsəlman olmayanlara ilan dərisindən ayaqqabı tikməyim caizdirmi?

CAVAB
Caizdir. Namaz qılan müsəlmanlara tikmək olmaz. Çünki ilan dərisi nəcisdir.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину