Facebook Twitter WhatsApp

Səfərilikdə iki namazı birləşdirmək

Sual: Hənəfidə səfərdə ikən iki namazı birləşdirmək caizdirmi?

CAVAB

Hənəfidə səfərdə ikən iki namazı birləşdirmək əsla caiz deyildir. Ancaq ehtiyac və zərurət olduqda digər üç məzhəbdən birini təqlid edərək birləşdirmək olar. Səfərdə bir harac, yəni çətinlik yoxdursa iki namazı birləşdirmək haramdır.

Sual: Avtobusla səfərdə namazların keçməməsi üçün birləşdirmək caiz olarmı?

CAVAB

Bəli.

Sual: Səfəri olan səfərdə Şafii və ya Malikini təqlid edərək iki namazı cəm edə bilərmi?

CAVAB

Şafii və ya Malikini təqlid edərək iki namazı təqdim və təxirlə, yəni zöhr ilə əsri zöhr vaxtında və ya əsr vaxtında, şam ilə işanı şam və ya işa vaxtında qıla bilmək üçün bir ehtiyac hasil olmalıdır.

Gərək yolda və gərəksə səfərdə ehtiyac hasil olmadan təqdim və təxir ilə namaz qılınmaz. Çünki, asan hökmləri toplamağa təlfîq deyilir ki, o da caiz olmaz.

Səfərdə qatarla gedən bir şəxs qatarda namazlarını ayaq üstə qıla bilməzsə, qatar durduğu zaman təqdim və təxirlə qılar.

Sual: Maşın, buxar gəmisi kimi hərəkətdə olan nəqliyyat vasitəsindən düşə bilməmək vəziyyəti varsa, Şafini təqlid edərək zöhrlə əsri, şamla işanı Malikini də təqlid edərək cəm etməyimiz günah olarmı?

CAVAB

Səfərdə Şafiidə də, Malikidə də iki namazı cəm etmək caizdir. Əgər səfərdə deyilsə, cəm etmək caiz olmaz. Bir zərurət varsa o zaman, yəni mükimkən Hənbəli məzhəbi təqlid edilərək iki namaz cəm edilir.

Sual: Səfərdə, Şafii və ya Malikini təqlid edib, zöhr ilə əsri cəm edərək qılmaq üçün zöhrü gecikdirdim. Əsr girdikdə də məmləkətimə gələrək mükim oldum. Zöhr qəzaya qaldığı üçün günaha girdimmi?

CAVAB

İbni Həcəri-Məkki həzrətləri buyurur ki:

“Səfəri olan əsrlə cəm edərək qılmaq üçün zöhrü gecikdirərsə, zöhr vaxtı çıxdıqdan sonra zöhrü qılmadan öncə mükim olsa, öncə zöhr namazını qəza edər. Zöhrü qəzaya saxladığı üçün günaha girməz. Çünki namazı üzrsüz qəzaya saxlamaq günahdır. Burada səfərdə olmaq üzrü ilə qəzaya qaldığı üçün günah olmaz.” [Fətavai-Fıqhiyyə]

Qeyd: İki namazı birləşdirmək haqqında geniş bilgi üçün, “İki namazı cəm etmək” maddəsinə baxın.