Facebook Twitter WhatsApp

Səfərdə namaz necə qılınır

Sual: Səfəri ilə qonaq eyni mənadadırmı? Səfərdə namaz necə qılınır?
CAVAB
Səfəri
 və ya qonaq olmaq demək, yolçu olmaq deməkdir. Günümüzdə istifadə edilən qonaq kəlməsiylə əlaqəsi yoxdur, dini bir termindir. 3 günlük yerə getmək  niyyəti ilə yola çıxan şəxs, qonaqladığı yerdən üç günlük yerə getməyə niyyət edərək uzaqlaşarsa, gedəcəyi yolun hər iki tərəfindəki evlərin yanından uzaqlaşdıqda səfəri olur. Böyük şəhərlərdə kənar evlər qalmamışdır. Bu baxımdan böyük şəhərlərdə qaldığımız yerə yaxın qəbiristanlıq, fabrik, məktəb və hərbi hissə keçildikdə səfərilik başlayır.

Üç günlük yola getməyə qərar vermədən bütün dünyanı dolaşsa belə səfəri olmaz. Düşməni axtaran əsgərlərin vəziyyəti belədir. İki günlük uzaqlıqda olan bir yerə getməyə niyyət edən yolda ikən və ya o yerə çatdıqda, iki günlük yerə daha getməyə niyyət etsə, o dörd günlük yerə gedərkən səfəri olmaz.

Hənəfi məzhəbində səfərdə, 4 rükət olan fərz namazları 2 rükət qılmaq vacibdir. 4 rükət qılmaq məkruhdur, günah olar. Hədisi-şərifdə, “Səfərdə namazı tamam qılan, mükim (səfəri olmayan) ikən əksik qılan kimidir”, buyuruldu. Üç rükətliləri və sünnətləri eynilə qılar.
Malikidə məşru (dinə uyğun) səfərdə 4 rükət fərzləri 2 qılmaq sünnət, Şafidə məşru səfərdə 2 və ya 4 qılmaq da caizdir. İki qılmaq daha yaxşıdır. Hənbəlidə isə səfərdə 2 və ya 4 qılmaq Şafiidəki kimidir.

Hənəfidəki müsəlmanların günah işləməmələri üçün 4 rükətlik namazlarını səfərdə 2 rükət qılmaları lazımdır. Bunun üçün səfərə aid hökmləri də bilmək lazımdır. Bu bilgilər Hənəfi məzhəbinə görə aşağıda bildirilmişdir. İnsanın mukim olduğu, yəni məskunlaşdığı yerə Vətən deyilir.
3 növ vətən vardır:

  1. Vətəni-əsli:İnsanın doğulub böyüdüyü, daha sonra evləndiyi yerdir. Bundan sonra da daimi qalmaq niyyətilə məskunlaşdığı yerdir. Buranı da dəyişdirib daimi qalmaq üçün başqa yerə köçə bilər. O zaman köçdüyü yer vətəni-əsli olacaq.
  2. Vətəni-iqamət:15 gün və ya daha çox qalıb, sonra çıxmağa niyyət edilən yerdir.
  3. Vətəni-sükna:İnsanın baş çəkdiyi yer olub, 15 gündən az qalmaq üçün niyyət edilən, yaxud bu gün-sabah çıxaram deyərək uzun müddət qaldığı yerdir.

Vətənin dəyişməsi:

Vətənin dəyişməsi aşağıda göstərilən nümunələrdəki kimi olur:
Bir kimsə evlənib və ya daimi qalmaq üçün bir yerə məskunlaşmadıqca, doğulub böyüdüyü yer vətəni-əsli olmaqdan çıxmaz. Evlənərsə, əvvəlki vətəni-əsli dəyişər. Evləndiyi yer vətəni-əsli olar. Başqa bir yerdə daimi qalmaq üçün yerləşərsə, bu səfər evləndiyi yer vətəni-əsli olmaqdan çıxar. Daimi məskunlaşdığı yerdən çıxıb, başqa bir yerə daimi yerləşərsə, əvvəlki yerləşdiyi yer vətəni-əsli olmaqdan çıxar. Yəni, bir kimsə Şəkidə doğulsa, vətəni-əslisi  Şəki olar. Bu şəxs Bakıda evlənsə, Şəki vətəni-əsli olmaqdan çıxar və vətəni-əslisi Bakı olar. Daha sonra Qubada daimi yaşamağa qərar verərsə, o zaman vətəni-əslisi Quba olar. Bakı vətəni-əsli olmaqdan çıxar. Vətəni-əslidə bir saat da qalınsa namazlar qısaldılmaz.

Bir kimsə, evlənib bir yerə yerləşdikdən sonra, xanımını o şəhərdə iqamət etdirsə, işinə görə özü gedib başqa bir şəhərə daimi qalmaq üçün yerləşsə, iki vətəni-əslisi olacaqdır.
Bir kənddə iqamət edən bir qadın, şəhərdəki doğum evinə gedərək uşağı olsa, uşağın vətəni-əslisi anasının iqamət etdiyi kənddir. Çünki orada böyüyəcəkdir. Bir neçə gün qaldığı yerdə, yəni vətəni-süknada doğulmuş sayılmaz.

Bir kimsə 60 km.  məsafəlik yolu getmək üçün bir avtobusa minsə, avtobusda yatıb 150-200 km məsafəni getsə, bu şəkildə yenə səfəri olmaz. Çünki buraya gəlməyə niyyət etməmişdir. Burada ikən 60 km. qarşıdakı şəhərə bir iş üçün gedərsə, yenə səfəri olmaz. Qayıdarkən ilk çıxdığı yerə gəlməyə niyyət edərsə, dönüşdə səfəri olar. Bunun kimi bir adam Bakıdan məsafəsi 66 km. olan Ələtə getmək üçün yola çıxsa, avtobusda yatdığı üçün Salyana gəlsə, Salyana öz istəyi ilə getmədiyi, niyyətsiz getdiyi üçün Salyanda namazlarını mukim olaraq, yəni 4 rükət qılar. Salyandan yenidən Bakıya qayıtmağa niyyət edərək yola çıxarsa, Salyandan çıxar-çıxmaz namazlarını qısaltmalıdır.

Sual: Səfəri ikən namazda necə niyyət edilir?

CAVAB
Rükət sayını və səfəri olduğunu deməyə ehtiyac yoxdur. Hər zamankı kimi niyyət edilir. Məsələn, “Niyyət etdim zöhr namazının fərzini qılmağa” deyilir.

Sual: Səfərdə saat, yoxsa məsafə əsas götürülür?

CAVAB
Məsafə əsas götürülür. (104 km.)

Sual: Hənəfi məzhəbində olub Maliki məzhəbini təqlid edən Müsəlman səfərilik mövzusunda məsafə və iqamət müddəti olaraq Maliki məzhəbinimi əsas götürməlidir?
CAVAB
Məsafə olaraq Hənəfi, iqamət müddəti olaraq Maliki məzhəbini əsas götürülür. Çünki öz məzhəbimizdən çıxmadığımız üçün təqlid etdiyimiz məzhəbin fərzlərinə tabe olub, müfsidlərindən çəkinməliyik.

Sual: Səfərdə namazlar neçə rükət qılınar?

CAVAB
Dörd rükətli fərzlər iki rükət qılınar, üç rükətlilər qısaldılmaz, sünnətlər vaxt və ya imkan vermirsə, heç qılınmaz, vaxt varsa qılmaq yaxşı olar.

Sual: Vətəni-iqamət necə dəyişir?

CAVAB
Vətəni-iqamət üç şeylə dəyişir:

1- Başqa bir vətəni-iqamətə getdikdə, səfər niyyəti ilə çıxmamış olsa və aralarındakı uzaqlıq üç günlük yoldan az olsa belə, öncəki vətəni-iqamət dəyişir.

2- Vətəni-əsliyə getdikdə də dəyişir. Bir kimsə vətəni-əslisi olan Gəncədən Bakıya bir ay qalmaq niyyətilə getsə, sonra, Qubaya gedib evlənsə və oraya yerləşsə, Quba vətəni-əsli olacaq. Bakı vətəni-iqamət, Gəncə də vətəni-əsli olmaqdan çıxacaqdır.
3- Səfərə niyyət edərək çıxmaqdır. Yəni, vətəni-iqamətdən 3 günlük yola getməyə niyyət edərək çıxdıqda, bura vətəni-iqamət olmaqdan çıxar. Daha az yola niyyət ilə gedib gəlsəydi, vətəni-iqaməti dəyişməzdi. Vətəni-iqamətdən niyyətsiz çıxıb, başqa yerdə 3 günlük yola getmək üçün niyyət edərsə, 3 günlük yola getmədən əvvəl vətəni-iqamətə girərsə, səfəri olması dəyişər, mukim olar. Niyyət etdikdən başlayaraq 3 günlük yol getdikdən sonra, buraya girsə də artıq burada mukim olmaz.

Sual: Evli bir şəxs iki il sonra “mən filan şəhərdə daimi məskunlaşacam” deməklə oranı vətəni-əsli etmiş olurmu?

CAVAB
Xeyr, olmaz. Bir şəhərə yerləşib, daimi qalmağa niyyət edilərsə o zaman oranı vətəni-əsli etmiş olar. Həmçinin, hər hansı bir vəzifə ilə bir neçə aylığa və ya bir neçə illiyə başqa şəhərə gedilsə də, yenə ora, yəni daimi qalıb yaşamağa niyyət etdiyi şəhər vətəni-əsli olacaqdır. Bir yerin vətəni-əsli olması üçün əvvəlcə oranı vətən edib, orada iqamət etmək lazımdır. Bunun dəyişməsi üçün də yeni bir şəhərə daimi qalmaq üçün yerləşmək lazımdır.

Sual: Səfər rahat olsa da səfəri olan dörd rükətli fərzləri iki rükət qılmalıdır?
CAVAB
Səfər, ümumiyyətlə sıxıntılı olduğu üçün dinimiz dörd rükət olan fərzlərin iki rükət qılınmasını bildirmişdir. Heç bir sıxıntı olmasa da iki rükət qılınır. İndiki zamanda səfərlər rahatdır, səfəriliyə ehtiyac yoxdur deyilməz. Əksinə, mukim ikən heç rahat olmasaq, çox çətin şərtlərdə belə dörd rükətli fərzləri iki rükət qıla bilmərik.

Səfərdə çətinlik yoxdursa

Sual: Səfərdə çətinlik olduqda dörd rükətli fərzlər iki qılınar?

CAVAB
Çətinlik olmasa da, çox rahat olsa da, səfərdə dörd rükətli fərzlər iki rükət qılınar. Öz evində çox çətinlik olsa da namazları qısaltmaq olmaz.

Yolda doğulan

Sual: Yolda, dağ başında doğulmuş, subay, ağılllı, həddi büluğa çatmış və heç bir yerə məskunlaşmamış insanın vətəni-əslisi olurmu?

CAVAB
Vətəni-əslisiz insan olmaz. Dünyaya gəldikdən sonra gətirilib böyüdüyü yer vətəni-əslisi olur.
Vətəni-iqamətə baş çəkmək

Sual: Vətəni-iqamətim İçərişəhərdir. Buradan Sabunçuya gedib iki gün qalsam, sonra Qubaya getmək niyyətilə, Sabunçudan çıxıb yenə İçərişəhərə baş çəksəm, İçərişəhərdə səfəri olacammı?
CAVAB
Sabunçudan Qubaya getmək üçün yola çıxdıqda səfərilik başlayır; ancaq İçərişəhərə qayıtdıqda səfərilik dəyişir, mukim olur. İçərişəhərdən çıxdıqda, yenidən səfərilik başlayır; çünki İçərişəhərdən ilk dəfə çıxarkən, səfərilik məsafəsindəki yola getməyə niyyət edilməmişdi. İçərişəhərin vətəni-iqamət olmasının dəyişməsi üçün, İçərişəhərdən çıxarkən 104 km yola getmək üçün çıxılması lazım idi. Əgər İçərişəhərə qayıtmazsanız, mukim olmazsınız.

Vətəni-əsli
Sual:
 Xanımı vəfat etdikdən sonra başqa bir xanımla evlənənin vətəni-əsli dəyişirmi? Yəni, ilk evləndiyi yer vətəni-əslilikdən çıxıb, son evləndiyi yer vətəni-əslisi olur?

CAVAB
Bəli; amma əgər indiki yerdə daimi qalmağa niyyət etmişsə, evlilik daimi qalınan yeri vətəni-əslilikdən çıxarmaz.

Bağ evi vətən sayılırmı?

Sual: Bağ evində evlənən kəs, altı ay bağ evində, altı ay şəhərdəki evində qalsa, vətəni-əsli hara olacaq?

CAVAB
Daimi yaşamaq üçün bir yerdə qalan kəs, başqa yerdə evlənsə daimi yaşadığı yer vətəni-əsli olmaqdan çıxmaz. Harada evlənirsə evlənsin, şəhərdə daimi qaldığı yer vətəni-əsli olaraq davam edəcəkdir. İlin çox hissəsini və ya hamısını başqa şəhərlərdə keçirsə, hətta illərlə başqa şəhərdə də qalsa da, yenə vətəni-əsli dəyişməz. Yeni bir vətəni olmadıqca, əvvəlki vətəni dəyişməz.

Səfəriliyin başlanması

Sual: Vətəni-əslidən çıxıb səfər məsafəsindəki bir yerə gedərkən, fabrik, hərbi hissə, qəbristanlıq kimi bir yeri keçdikdə səfərilik başlayır, lakin vətəni-iqamətdən çıxar-çıxmaz səfərilik başlayır deyirlər. Bu məlumat doğrudurmu?

CAVAB
Doğru deyildir. İkisində də, fabrik, hərbi hissə, qəbirsanlıq kimi bir yeri keçdikdə, səfərilik başlayır.
Doğulduğu və doyduğu yer

Sual: Bir yoldaş, “Vətəni-əsli, insanın doğulduğu yer deyil, doyduğu yerdir. Doyduğun yerdə bir neçə il də qalsan vətəni-əsli olur” dedi. Vətəni-əsli doğulduğumuz yer deyildirmi?

CAVAB
Bir şəxsin vətəni-əslisi doğulduğu yerdir. Əgər bu adam başqa bir şəhərdə evlənərsə, doğulduğu yer vətəni-əsli olmaqdan çıxar, artıq evləndiyi yer vətəni-əslisi olar. Evləndiyi yerdən başqa bir şəhərdə daimi qalmağa niyyət edib yerləşərsə, artıq evləndiyi yer də vətəni-əsli olmaqdan çıxar, daimi qalmağa qərar verdiyi yer vətəni-əslisi olar.

“İnsan doğulduğu yerdə deyil, doyduğu yerdə yaşamalıdır” atalar sözünün vətəni-əsli ilə əlaqəsi yoxdur. Bu söz bir insanın işi, ticarəti harada yaxşıdırsa, orada yaşaması lazımdır, deməkdir.

Sual: Səfəri, yolçu olan şəxsin dörd rükətli fərzləri iki rükət deyil, dörd rükət qılmasının bir zərəri olarmı?
CAVAB:
 Qonaq, yəni dinimizin yolçu qəbul etdiyi kəs Hənəfi məzhəbinə görə on beş gündən az qalmağa niyyət etmiş isə, getdiyi yerdə və yolda dörd rükət olan fərz namazları iki rükət qılar. Dörd rükət qılması günah olar.

Sual: Səfəri olan bir şəxin dörd rükətli fərzləri iki rükət qılmasının hökmü nədir?
CAVAB: Səfəri olan şəxsin dörd rükət olan fərz namazları iki rükət qılması Hənəfi məzhəbində vacib, Maliki məzhəbində sünnəti-müəkkədə, Şafii məzhəbində isə əfdaldır. Səfəri, yolçu olan bir şəxs mukim olan imama uyduqda fərzləri iki deyil, mukim kimi dörd rükət qılar.