Namaza gəl, namaza
Namaz dinin dirəyi,
Qul olmağın gərəyi.
Sevindirir mələyi
Namaza gəl, namaza.
İnsan dərtdən qurtulur,
Qəlbi imanla vurur.
Rəbbimiz razı olur
Namaza gəl, namaza.
Gözün nuru namazdır,
Gözləmə vaxtın azdır.
Mələyə savab yazdır
Namaza gəl, namaza.
İnsanın səadəti,
İmanın əlaməti,
İstəsək səlaməti
Namaza gəl, namaza.
Haqdan uca xitabdır,
Ədası çox savabdır.
Qəbrimizdə cavabdır
Namaza gəl, namaza.
Ruhumuzun qidası,
Qəlbimizin cilası,
Möminlərin duası
Namaza gəl namaza.
Hər kəs namaza möhtac,
Məhşərdə başlara tac.
Möminlər üçün Merac
Namaza gəl, namaza.
Könülləri şən edər,
Pisliklərdən mən edər,
Həmən hüzura gedər
Namaza gəl, namaza.
Namaz uca bir payə
Məhşərdə olur sayə
Vasitə deyil, qayə
Namaza gəl, namaza.
Haqqa et ibadəti,
Böyükdür fəziləti.
Qaçırma cəmaəti.
Namaza gəl, namaza.
Kim doğru namaz qılmaz,
Hikmətdən nəsib almaz,
Asanca hüzur tapmaz
Namaza gəl, namaza.
Namaz şəfa hər dərdə,
Cəhənnəm üçün pərdə,
Qılmaq gərək hər yerdə,
Namaza gəl, namaza.
Namaz imanın başı,
Axıt gözündən yaşı.
Ərit qəlbdəki daşı
Namaza gəl, namaza.
Üzlər örtülür nurla,
Vücud çevrilir surla,
Huşu ilə şüurla
Namaza gəl, namaza.
Ölüm üzr anlamaz,
Yaşlı və gənc ayırmaz,
Dünya heç kimə qalmaz
Namaza gəl, namaza.
В корзине: 0 шт.
на сумму: 0