Facebook Twitter WhatsApp

Cənazənin təchiz , təkfin və tədfini* haqqında

   Cənazə namzı, dəfn etmək, yumaq, kəfənləmək, bunların hamısı fərzi kifayədir.
   Meyit yuyulmaq üçün tənha bir yerə qoyulmuş mərmər və ya taxta masa üzərinə arxası üstə uzadılır. Köynəyi çıxarılır, dəstəmaz aldırılır. Başından göbəyinə qədər ilıq su ilə yuyulur. Sonra göbəyi ilə dizləri arası örtülüb yuyulur. Yuyan, sağ əlinə əlcək geyər. Bu əlini örtünün altına salıb, su tökərək yuyar. Örtünün altına baxmaz. Sonra sol tərəfə çevirib, sağ tərəfini, sağ tərəfə çevirib, sol tərəfini əlcəkli əli ilə yuyar. Kəfənin üç hissəsindən biri masanın üzərinə, meyitin altına sərilir. Bu hissə meyit ilə birlikdə tabuta qoyulur.
   Kəfən üç növdür: Kəfəni fərz [
Buna kəfən-i zərurət də deyilir ], kəfəni sünnət, kəfəni kifayə.
   Sünnət kəfənlər kişilər üçün üç, qadınlar üçün beşdir.

   Kəfəni kifayə, kişilər üçün iki, qadınlar üçün üçdür.
  “Bəhr”də deyilir ki, “Qadınların kəfən-i kifayəsi, izar (önlük), lifafe*və himar (baş örtüyüdür). Çünki qadınlar həyatda olarkən bu üç şeylə örtünürlər.” İzar, o zamanlar çiyindən və ya təpədən ayağa qədər bədənə sarılan parça idi. Lifafənin köynək olduğu İbni Abidində yazılmışdır. Göründüyü kimi, müsəlman qadınları əvvəllər geniş manto və baş örtüyü ilə küçəyə çıxardılar. “Bəhr”də və “Dürr-ül-müntəqa”da deyilir: “Zövcin zövcəsinə verməsi vacib olan nəfəqə (yaşamaq üçün vəsait) təam, geyim və məskəndir. Geyim-baş örtüyü və üst geyimidir.” [Üst geyiminə indi manto deyilir. Göründüyü kimi qadınların geyimi üç hissədən ibarətdir. Bunların arasında çarşab yoxdur. Çarşab ilə örtünmək, sonradan adət olmuşdur. Çarşabla örtünmək adət olduğu yerlərdə çarşabla, manto adət olan yerlərdə geniş manto və qalın baş örtüyü ilə örtünmək caizdir. Adətlərdən kənara çıxmaq, camaatdan seçilməyə, bu da öz növbəsində fitnəyə səbəb olur. Fitnəyə səbəb olmaq haramdır.]

   Fərz olan kəfən kişilər və qadınlar üçün bir parçadır. Kəfən parçası tapılmasa, ipək tapılsa, kişilərə bir qat, qadınlara iki qat kifayət edər.

   Cənazə namazında imam olmağa ilk öncə, müsəlmandırsa, dövlət rəisi, ondan sonra o yerin hakimi, ondan sonra Cümə namazına icazəli olan şəxs və ondan sonra imamı-hay daha yaxşıdır. İmamı-hay, meyitin həyatında, ona hüsni-zənn etdiyi, alim olan müsəlman kimsədir. Ondan sonra meyitin vəlisidir. Vəlisi gəlməzsə, adı çəkilənlərdən başqa kimsə varsa, vəlisi özü bilər. İstərsə, iadə edər istər etməz. [Bunun açıqlaması, Səadəti Əbədiyyə adlı elmihal kitabında vardır.]

   Əgər kiminsə cəsədi ortadan bölünüb, yalnız yarısı qalıbsa, o yarımın namazı qılınmır.

   Parça-parça olmuş və hər parçası bir yerdə olan cəsəd tapılsa, onun da namazı qılınmır. Lakin o parçalar bir yerə toplansa, namazı qılınır.

   Bir cənazə yuyulduqdan sonra, onun hansısa bir yerinin quru qaldığı deyilsə, əgər kəfənlənməyibsə, onu yenidən yuyarlar. Amma qəbirin yanına çatdıqdan sonra, onun dəstəmaz üzvlərindən birinin quru qaldığı söylənsə, o yeri yuyulub, namazı qılınar. Qəbrə qoyub, üzərini örtdükdən sonra xəbər verilsə, onu qəbirdən çıxarmazlar. Yuyulmadan basdırılan meyit, əgər üstünə torpaq atılmayıbsa, çıxarılıb yuyulur.

   Bir cənazəyə təyəmmüm etdirilsə, aparılarkən su tapılsa, camaat ixtiyar sahibidir.

  Bir şəhərdə çox adam ölmüşdürsə, hamısı üçün bir namaz qılmaq olar. Təbii ki, islamiyyətin hökmü tətbiq olunmaqla. Lakin hərəsi üçün ayrı-ayrı qılmaq daha yaxşı olar.

   Cənazə namazında, “Allahü təalanın rızası üçün namaza, kişi [və ya qadın]üçün duaya, uydum hazır olan imama”, deyə niyyət etmək lazımdır.

   Bir şəxsi, yol kəsib quldurluq edərkən tutsalar və hakimin və ya vəlinin rəyi ilə öldürsələr, yaxud kimisə dövlətə üsyan etdiyi üçün döyüşərkən öldürsələr, yaxud da bir şəxs, öz ana və atasını öldürsə, onların namazları qılınmaz.

   Özü özünü öldürən, yəni intihar edən şəxsin namazı qılınır. “Dürr-ülmuxtar”.
___________________________________________________________

* hullə-Cənnət geyimi; burak-Cənnətə məxsus olan minik vasitəsi.
* təchiz-ölənin yuyulmasından qəbrə dəfn edilməsinə qədər edilməli olan şeylərdir. Təkfin və tədfin-kəfənləmə.
* lifafə-başı və ayaqları örtəcək uzunluqda olub, başın üstündən və ayaqların altından ucları büzülüb bezlə bağlanan hisə.