Facebook Twitter WhatsApp

Silsiləyi-Aliyyə nə  deməkdir?

Sual: “Silsiləyi-Aliyyə” nə deməkdir?

CAVAB

Silsilə  sözü, “Bir-birinə bağlı, bir-biriylə əlaqədar şeylərin meydana gətirdiyi dizi, sıra, xalqa” mənasını verər.  Mürşidi kamil yəni alim və ya övliya olan şəxslər,  yetişdirdikləri və artıq başqalarını  yetişdirə biləcək hala gələn tələbələrinı, xəlifəlik və icazət verərlər. Sonra onlarda tələbə yetişdirib, onlar da yetişən tələbələrinə belə icazə verərlər. Beləcə, alimlər silsiləsi meydana gələr.  Bu xalqa, Peyğəmbər əfəndimizə qədər çatar.

Bəhaədiini-Buxari,  İmam Rəbbani,  Mövlana Xalidi Bağdadi kimi şəxslərində içində olduğu silsiləyə, (Silsiləyi-aliyyə)  yəni yüksək silsilə deyilmişdir.  (Silsilət-üz-Zəhəb), yəni qızıl silsilə də  deyilir.

İslam alimi yerdən ot kimi, göbələk kimi bitməz.  Xocasız, icazətsiz, alim olmaz.  Mütləq Rəsulullaha söykənən bir silsiləsi olar.  Məsələn, İmam RəbbaniAbdülkadiri Geylani həzrətləri kimi hər Əhli sünnə alimin, Peyğəmbər əfəndimizə qədər bütün xocaları müəyyəndir.  Ancaq belə bir şəxsə bağlanılar və Onun  kitabları oxunar. Yazdıqları doğru belə olsa,  təsadüfi kimsələrin kitabları oxunmaz. Belə bir şəxs tapa bilməyən,  yenə belə səlahiyyətli olan,  yəni silsiləsi müəyyən və icazət sahibi olan bir alimin yazdığı  kitabları oxuyaraq,  onu özünə rəhbər qəbul etməlidir.

Günümüzdə ki silsilələrin fərqli olması isə,  xocaları xəlifəlik,  icazət vermədiyi halda,  ayrı bir qol tutmalarındandır.  İmam Rəbbani  həzrətləri daha dörd əsr əvvəl buyurur ki:

Bu yüksək yolun yolçuları qəribə oldular,  itirildilər.  İndi ki təriqətçilərin yoluna bidətlər qarışdığı və  bu yolu pozduqları üçün, Rəsulullahın sünnəsinə sarılmış olan böyüklər, tanınmaz oldu.   Bu cahillikdən ötəri, çoxu da,  qısa fikirli olduqları üçün,  bu ali yola bidətlər qarışdırdılar.  Millətin qəlblərini  bu bidətlərlə qazanmağa çalışdılar.  Belə etməklə,  İslam dinini yetkinləşdirdiklərini zənn etdilər. Bunlar, bu yüksək yolu yıxmağa, çalışırlar.  (2/62)

Yolun sonuna başa qoymaq

Sual: (Silsiləi aliyyədə yolun sonunu başa qoymuşdur) ifadəsi, nə deməkdir?

CAVAB

İmam Rəbbani həzrətləri buyurur ki:

Bu yol, tam Əshabi-kiram yoludur, çünki o böyüklər,  Rəsulullah əfəndimizin söhbətində,  daha birinci gündə, elə şeylərə qovuşdu ki, sonra gələn ən böyük övliya,ən sonda,  ancaq bundan bir parçaya qovuşa bilmişdir.  İşdə bunun üçündür ki, Həzrəti Vəhşi, Həzrəti Həmzəni şəhid etmişkən,  Müsəlman olanda bir dəfə Rəsulullahın söhbəti ilə şərəfləndiyi üçün,  Tabenin ən üstünü olan Veysel Qaranidən daha üstün oldu.  Rəsulullahın söhbətinin başlanğıcında Həzrəti Vəhşiyə nəsib olanlara, Veysel Qarani, o qədər yüksək olduğu halda ən sonda belə qovuşa bilmədi.  Demək ki, vaxtların, əsrlərin ən yaxşısı,  Əshabi-kiramın əsridir.  İsdə böyüklərimizin yolu da,  qızıl silsiləsidir. Bu yolun başqa yollardan üstünlüyü, Əshabi-kiram zamanının sonra ki zamanlardan üstünlüyü kimidir. Bu yolun böyükləri elə kimsələrdir ki,  Allahu təala bunlara fəzilər və mərhəmətiylə, daha başlanğıcda, ən sonun dadını daddırdı. Bunların dərəcələrini başqaları anlaya bilməz.  Bunların  çatdığı məqamlar, başqalarının çatdıqları məqamların çox üstündədir.  (1/66)

Silsiləi Aliyyə oxumaq

Sual: Silsiləi aliyyə adlı böyük alimlərin adlarını oxumaq faydalıdırmı?

CAVAB

Çox faydalıdır.  Xüsusilə bu üç faydası vardır:

  • Feyz gəlməsinə səbəb olar.
  • Çətinlik və kədəri aradan qaldırar, fərahlandırar.
  • Ehtiyacların və istəklərin hasil olmasına səbəb olar.

Mürşidi kamillər

Sual:  Silsiləyyi aliyyə böyüklərinin hamısı mürşidi kamil ola bilərmi? Mürşidi kamillərin  hamısı müctəhid ola bilərmi?

CAVAB

Bəli, Silsiləyyi aliyyə böyüklərinin hamısı mürşidi kamildir.  Mürşidi kamillərin hamısı da eyni zamanda müctəhiddir.

Abdülkadir Geylani və İmam Rəbbani  həzrətləri də,  İmam əzəm və İmam  Şafii həzrətləri kimi birər müctəhiddir.  Dörd məzhəbin imamı və digər müctəhid olan şəxslərin hamısı  da  mürşidi kamildir.  Aralarında iş bölümü etdikləri üçün kimi fiqhdə, kimi təsəvvüfdə məşhur olmuşlardır.


Kitablarımız Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən yoxlanışdan keçərək, nəzarət markası ilə markalanmışdır.

В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину