Gözəl İslam / Silsiləyi-Aliyyə nə  deməkdir?

Silsiləyi-Aliyyə nə  deməkdir?

Silsiləyi-Aliyyə nə  deməkdir?

Sual: “Silsiləyi-Aliyyə” nə deməkdir?

CAVAB

Silsilə  sözü, “Bir-birinə bağlı, bir-biriylə əlaqədar şeylərin meydana gətirdiyi cərgə, sıra, xalqa” mənasını verər.  Mürşidi kamil, yəni alim və ya övliya olan şəxslər yetişdirdikləri və artıq başqalarını yetişdirə biləcək vəziyətə gələn tələbələrinə xəlifəlik və icazət (diplom) verərlər. Sonra onlar da tələbə yetişdirib, bu tələbələrə bu şəkildə icazət verərlər. Beləcə, alimlər silsiləsi meydana gələr.  Bu xalqa Peyğəmbər əfəndimizə qədər çatar.

Bahədini-Buxari, İmam Rəbbani, Mövlana Xalidi Bağdadi kimi şəxslərin də içində olduğu silsiləyə, “Silsiləyi-aliyyə”, yəni ali silsilə deyilmişdir.  Bu silsiləyə “Silsilət-üz-Zəhəb”, yəni qızıl silsilə də  deyilir.

İslam alimi yerdən ot kimi, göbələk kimi bitməz. Xocasız, icazətsiz alim olmaz. Mütləq Rəsulullaha qədər gedib çatan bir silsiləsi olmaldır. Məsələn, İmam RəbbaniƏbdülqadiri Geylani həzrətləri kimi hər Əhli sünnə alimin, Peyğəmbər əfəndimizə qədər bütün xocaları bəllidir. Ancaq və ancaq belə bir şəxsə bağlanmaq və onun  kitablarını oxumaq lazımdır. Yazdıqları doğru belə olsa, təsadüfi şəxslərin kitabları oxunmaz. Belə bir şəxs tapa bilməyən,  yenə belə səlahiyyətli olan,  yəni silsiləsi müəyyən və icazət sahibi olan bir alimin yazdığı  kitabları oxuyaraq onu özünə rəhbər qəbul etməlidir.

Günümüzdəki silsilələrin fərqli olması isə, xocaları xəlifəlik,  icazət vermədiyi halda, ayrı bir yol tutmalarındandır. İmam Rəbbani  həzrətləri daha dörd əsr əvvəl buyurur ki:

“Bu yüksək yolun yolçuları qərib oldular,  azaldılar. İndiki təriqətçilərin yoluna bidətlər qarışdığı və bu yolu pozduqları üçün Rəsulullahın sünnəsinə sarılmış olan böyükləri bilən və tanıyan olmadı. Bu cahillikdən dolayı çoxu da qısa fikirli olduqları üçün bu ali yola bidətlər qarışdırdılar. Millətin qəlblərini bu bidətlərlə qazanmağa çalışdılar. Belə etməklə İslam dinini tamamladıqlarını zənn etdilər. Onlar bu ali yolu yıxmağa çalışırlar.  (2/62)

 

Yolun sonunu əvvələ qoymaq

Sual: “Silsiləyi-aliyyədə yolun sonu əvvələ qoyulmuşdur” ifadəsi nə deməkdir?

CAVAB

İmam Rəbbani həzrətləri buyurur ki:

Bu yol tam Əshabi-kiram yoludur, çünki o böyüklər  Rəsulullah əfəndimizin söhbətində,  daha birinci gündə elə şeylərə qovuşdu ki, sonra gələn ən böyük övliya ən sonda ancaq bundan bir parçaya qovuşa bilmişdir. Ona görə də Həzrəti Vəhşi Həzrəti Həmzəni şəhid etməsinə baxmayaraq müsəlman olub bir dəfə Rəsulullahın söhbəti ilə şərəfləndiyi üçün,  Tabeyinin ən üstünü olan Veysəl Qaranidən daha üstün oldu. Rəsulullahın söhbətinin başlanğıcında Həzrəti Vəhşiyə nəsib olanlara, Veysəl Qarani o qədər yüksək olduğu halda ən sonda belə qovuşa bilmədi. Demək ki, dövrlərin, əsrlərin ən yaxşısı Əshabi-kiramın əsridir.  Ona görə də böyüklərimizin yolu da qızıl silsiləsidir. Bu yolun başqa yollardan üstünlüyü, Əshabi-kiram dövrünün sonraki dövrlərdən üstünlüyü kimidir. Bu yolun böyükləri elə şəxslərdir ki,  Allahu təala bunlara fəzilət və mərhəmətiylə, daha başlanğıcda ən sonunun zövqünü daddırdı. Bunların dərəcələrini başqaları anlaya bilməz.  Bunların  çatdığı məqamlar başqalarının çatdıqları məqamların çox üstündədir.  (1/66)

 

Silsiləyi-Aliyyə oxumaq

Sual: Silsiləyi-aliyyə adlı böyük alimlərin adlarını oxumaq faydalıdırmı?

CAVAB

Çox faydalıdır. Xüsusilə bu üç faydası vardır:

1- Feyz gəlməsinə səbəb olar.

2- Çətinlik və kədəri aradan qaldırar,  fərahlandırar.

3- Ehtiyacların və istəklərin hasil olmasına səbəb olar.

Mürşidi kamillər

Sual:  Silsiləyyi-aliyyə böyüklərinin hamısı mürşidi kamil ola bilərmi? Mürşidi kamillərin  hamısı müctəhid ola bilərmi?

CAVAB

Bəli, Silsiləyyi-aliyyə böyüklərinin hamısı mürşidi kamildir. Mürşidi kamillərin hamısı da eyni zamanda müctəhiddir.

Əbdülqadir Geylani və İmam Rəbbani həzrətləri də, İmam əzəm və İmam Şafii həzrətləri kimi bir müctəhiddir.  Dörd məzhəbin imamları və digər müctəhid olan şəxslərin hamısı da  mürşidi kamildir. Aralarında iş bölümü etdikləri üçün kimi fiqhdə, kimi təsəvvüfdə məşhur olmuşlardır.


25-08-2020, 17:25
Geri