Sual: Yaxşılıq etmək və edilən yaxşılığı xatırlatmaq günah olar?
CAVAB
Günah olan yaxşılıq etmək deyil, o yaxşılığı xatırlatmaq surətiylə başa qaxmaqdır.
Hədisi-şəriflərdə buyurulur ki:
“Allahu təala bu üç adamın üzünə baxmaz, onlar üçün acı bir əzab vardır:
“Allahu təala qiyamətlə bu dörd adama rəhmətlə nəzər etməz:
“Allahu təala bu üç kimsədən nifrət edər:
“Hiyləgər, xəsis və etdiyi yaxşılıqları başa qaxan kimsə Cənnətə girə bilməz.” [Tirmizi]
“Cənnətin qoxusu beş yüz illik məsafədən hiss edilər. Etdiyini başa qaxan, ana-ataya asi olan və içkiyə davam edən Cənnətin qoxusunu hiss edə bilməz.” [Tabərani]
“Allahu təalanın verdiyi malı gizli və aşkar Haqq yolunda xərcləyən və etdiyi yaxşılıqları başa qaxmayan, möminlərin ən qiymətlisi olar.” [İ.Əxlaqı]
İki ayəti-kərimə məali də belədir:
“Etdiyin yaxşılığı çox görərək, başa qaxma!” [Müddəssir 6] (Mədarik təfsiri)
“Mallarını Allah yolunda xərcləyib, daha sonra verdiklərini başa qaxmayanların, qəlb qırmayanların Rəbləri yanında mükafatları vardır. Onlar üçün heç bir qorxu və kədər yoxdur.” [Bəqərə 262]
В корзине: 0 шт.
на сумму: 0