Gözəl İslam / Yaxşılığı başa qaxmaq

Yaxşılığı başa qaxmaq

Sual: Yaxşılıq etmək və edilən yaxşılığı xatırlatmaq günah olar?

CAVAB

Günah olan yaxşılıq etmək deyil, o yaxşılığı xatırlatmaq surətiylə başa qaxmaqdır.

Hədisi-şəriflərdə buyurulur ki:

“Allahu təala bu üç adamın üzünə baxmaz, onlar üçün acı bir əzab vardır:

  1. Ətəklərini yerdə sürüyərək yürüyən kibrli şəxs,
  2. Verdiyi bir şeyi başa qaxan,
  3. Yalan yerə and içərək malını satan.” [Müslim, Nəsai]

“Allahu təala qiyamətlə bu dörd adama rəhmətlə nəzər etməz:

  1. Ana-atasına asi olan,
  2. Etdiyi yaxşılığı başa qaxan,
  3. Davamlı spirtli içki içən,
  4. Qədəri inkar edən.” [İ.Adiy]

“Allahu təala bu üç kimsədən nifrət edər:

  1. Başa qaxandan,
  2. Kibrlənəndən,
  3. Çox and içən sənətkardan.” [Hakim]

“Hiyləgər, xəsis və etdiyi yaxşılıqları başa qaxan kimsə Cənnətə girə bilməz.” [Tirmizi]

“Cənnətin qoxusu beş yüz illik məsafədən hiss edilər. Etdiyini başa qaxan, ana-ataya asi olan və içkiyə davam edən Cənnətin qoxusunu hiss edə bilməz.”  [Tabərani]

“Allahu təalanın verdiyi malı gizli və aşkar Haqq yolunda xərcləyən və etdiyi yaxşılıqları başa qaxmayan, möminlərin ən qiymətlisi olar.” [İ.Əxlaqı]

İki ayəti-kərimə məali də belədir:

“Etdiyin yaxşılığı çox görərək, başa qaxma!” [Müddəssir 6] (Mədarik təfsiri)

“Mallarını Allah yolunda xərcləyib, daha sonra verdiklərini başa qaxmayanların, qəlb qırmayanların Rəbləri yanında  mükafatları vardır. Onlar üçün heç bir qorxu və kədər yoxdur.” [Bəqərə 262]

14-03-2018, 14:07
Geri