Facebook Twitter WhatsApp

Nikahda vəkalət

Sual: Bir qız nikahını kəsəcək kimsəyə necə vəkalət verər və vəkildə lazım olan xüsusiyyətlər nələrdir?

CAVAB

“Məni filankəslə evləndirmək üçün səni vəkil etdim” deyər. Lazım olduğunda vəkilin də başqasına vəkalət verə bilməsi üçün, “Məni filankəslə evləndirmək və dilədiyin şəkildə hərəkət etmək üçün səni umumi vəkil etdim” deyər. 

Vəkalət verməkdə və vəkildəki şərtlər bunlardır:

  1. Vəkilin Müsəlman, ağıllı və ayırd edici [yaxşını pisdən ayıra biləcək xüsusiyyətə sahib] olması şə Yetkinliyə çatması və kişi olması şərt deyildir. Məsələn, on yaşındakı bir qız uşağı vəkil ola bilər.
  2. Şahidlərin və vəkillərin evlənəcək qızı və ya qadını tanımaları, yəni kimin hansı qızı olduğunu bilmələri lazımdı
  3. Vəkalət telefonla və ya yazılı şəkildə verilə bilə Vəkil edərkən şahidə lüzum yoxdur. Şahid olarsa yaxşı olar.
  4. Bir kimsə iki tərəfin, yəni həm qızın, həm də kişinin vəlisi və ya vəkili ola bilə
  5. Bir kimsə birinin vəlisi ikən, o birinə vəkil ola bilə Məsələn, qızın vəkili oğlanın vəlisi ola bildiyi kimi, qızın vəlisi oğlanın da vəkili ola bilər.
  6. Bir kimsə iki tərəfin də vəlisi və ya vəkili, yaxud birinə vəli, o birinə vəkil, yaxud bir tərəfdən əsl, o biri tərəfdən vəli, yaxud bir tərəfdən əsl, o biri tərəfdən vəkil ola bilə Evlənəcək kişi,qızın vəkalətini alaraq qızı tanıyan şahidlərin yanında nikah edə bilər.
  7. Yetkin olmayan uşağı vəlilərdən yaxın olanı Vəli, Hənəfi xaric, üç məzhəbdə atadır. Ata yoxdursa, atanın atası və onun atasıdır. Bundan sonra qardaşdır. Bundan sonra qardaş oğlu, sonra onun oğludur. Sonra əmi, sonra əmi oğlu və onun oğludur. Bunlar yoxdursa ana vəli olar.
  8. Vəkil olmayan birinin [məsələn, yetkin kişi və ya qızın vəlilərindən birinin və ya yadın] etdiyi nikahı əsl olan eşidəndə rədd etməzsə, səhih
  9. Uşaq yetkin olanda ata və babadan başqa vəlilərin etdikləri nikahı rədd edilə bilə
  • Vəli əsəbələ Əsəbə, ata tərəfindən olan qohumlara deyilir. Əsəbə yoxdursa, ana vəli olar.

Nikah üçün vəkalət

Sual: Bir qız birinə, “ Məni evləndirmək üçün səni vəkil etdim” desə, ancaq  filan kişi ilə deməsə, bu vəkalət səhih olar? Bir də, vəkaləti alan adam, qızın istədiyi kişi ilə deyil, başqa bir kişi ilə nikahını etsə, nikah səhih olar?

CAVAB

Birincisi, verilən vəkalət səhihdir. Filankəslə evləndirmək üçün deməsi lazım deyildir. O adamla evləndirəndə nikah səhih olar. Əgər vəkil başqasıyla evləndirərsə, qız bu vəziyyəti qəbul edərsə nikah yenə səhih olar, qəbul etməzsə səhih olmaz.