Facebook Twitter WhatsApp

Alış-verişlə əlaqədar müxtəlif suallar

Sual: Bir nəfərə, “Bu malı neçəyə satarsan sat, mənə 3 manata ver” desəm, o da 4-ə satsa, caiz olar?

CAVAB

Bəli.

Sual: Zəkat olaraq kasıba qızıl pul və ya bilərzik veririk. Sonra da, “Satmaq istəsən qızılı bazar qiymətilə ala bilərəm” deyirik. Satarsa alırıq. Bunun zərəri vardırmı?

CAVAB

Zəkat olaraq verilən qızılı bazar qiymətilə geri almaqda zərər yoxdur. Bazar qiymətindən ucuz almaq isə məkruhdur. Zəkat olaraq verilən ticarət əşyasının qiyməti hər yerdə eyni deyildir. Geri alınarsa kasıb zərər edə bilər. Bu baxımdan ticarət əşyasını kasıbdan geri satın almaq məkruh olar. Qızılı almaq isə məkruh olmaz.

Sual: Bir yoldaşa, “Evini əlli minə satım?” dedim. O da razı oldu. Mən də altmış minə satdım. Yoldaşa əlli min verdim. Etdiyim iş günah oldumu?

CAVAB

Yoldaşınıza, istədiyi qiyməti verdiyiniz üçün sizə günah olmaz.

Sual: Başqasının malını səhvən qıran yaxud zərər verən ödəməlidirmi? Məsələn; qonşu çöl qapısının önünə şüşə butulka qoymuşdu, görmədiyim üçün dəyib qırdım. Ödəməliyəmmi?

CAVAB

Bəli.

Sual: Zibilliyə atılan istifadə edilmiş əşyaları götürüb istifadə etmək caizdirmi, qul haqqı olar?

CAVAB

Zibilliyəə atılan şey qiymətli belə olsa, zənginlərin də onu götürüb istifadə etməsi caizdir, qul haqqı keçməz.

Sual: Nə alırsan al, beş manata, deyilərək satış edilir. Caizdir?

CAVAB

Bəli.

Sual: Vitrinə qoyulmuş əşyaları pulunu qoyub alırlar. Caizdir?

CAVAB

Razılığı olduğu bilinirsə, adət olmuşsa, caiz olar.

Sual: Sahibkar olaraq qısaca nəyə diqqət etməyimi tövsiyə edirsiniz?

CAVAB

Sahibkar, hiylə etməz, dürüst çalışarsa, qazandığı halal olar. Hədisi-şərifdə buyuruldu ki:

“Bir satıcı yalan danışmaz, əmanətə riayət edər, verdiyi sözdən dönməz, borcunu gecikdirməz, alacaqlısını sıxışdırmaz, satarkən malını çox tərifləməz və alarkən də pisləməz isə qazancı ona mübarək olar.” [Deyləmi]

Hiyləli malı sağlam deyə satmaq, müsəlmana xəyanət etmək, təhqir etmək haramdır. Hədisi-şəriflərdə buyuruldu ki:

“Bir müsəlman satdığı şeyin qüsurunu bilib söyləməzsə, bu halal olmaz.” [Müslim]

“Müsəlman müsəlmanın qardaşıdır. Ona xəyanət etməz və yalan danışmaz. Ona laqeyd da qalmaz. Müsəlmanın müsəlmana namusu, malı və qanı haramdır. Bir kimsəyə müsəlman qardaşını təhqir etməsi şər olaraq yetər.” [Tirmizi]

Dürüst olaraq ticarət etmək çox yaxşıdır. Hədisi-şərifdə buyuruldu ki:

“Ruzinin onda doqquzu ticarətdədir.” [Said b. Mənsur]

Ticarətdən qorxmamaq lazımdır. Çünki atalarımız, “Qorxaq tacir nə mənfəət edər, nə zərər” demişdir. Hədisi-şərifdə də buyuruldu ki:

“Qorxaq tacir məhrum qalar, cəsur tacir ruziyə çatar.” [Qudai]

Sual: Ayaqqabı təmir edirəm. Bəzi müştərilər verdikləri ayaqqabılarını ya çox gec alır və ya almağa heç gəlmirlər. Mən də, “15 gün müddətində alınmayan ayaqqabılardan cavabdeh deyiləm” deyə lövhə yazdım. Ayrıca hər müştəriyə də 15 gün keçərsə, ayaqqabılarını təmir qiymətinə satacağımı deyirəm. İki ay gözlədikdən sonra satıram. Belə etməyim günah olur?

CAVAB

Müştərilərin sizinlə edilən razılaşmalara əməl etmələri lazımdır. Əməl etməzlərsə siz məsul olmazsınız. (Məcəllə)

Sual: İnternetdən alış-veriş saytlarından standart mal alına bilərmi?

CAVAB

Bir zərəri yoxdur.

Sual: Özü üçün pul topladığım xəstə öldü. Bu pulu nə edim?

CAVAB

Kasıblara vermək yaxşı olar.

Sual: Qiyməti fərqli iki eyni ərazi, qiymətinə görə paylaşılarmı?

CAVAB

Bəli. Yaxud satılıb pulu paylaşılar.

Sual: Bank təminat məktubu caizdir?

CAVAB

Caizdir.

Sual: Qəssaba 2 kq ət verib 1 kq da qıyma istədim. Gətirdiyim ətə, öz ətini qarışdırıb qıyma etdi. 3 kq qıyma verdi. 1 kq qıyma pulu aldı. Caiz oldumu?

CAVAB

Bəli.

Sual: 100 kq buğda verib 70 kq un, 30 kq kəpək almaq caizdirmi?

CAVAB

Bəli.

Sual:Bir malı üç minə satdım. Daha təslim etmədən başqa biri, “Mən beş min verərəm” dedi. İlk satışdan imtina etməm caizdirmi?

CAVAB

İlk alan, imtina etmədikcə caiz olmaz.

Sual: Müştəri, “Üç gün ərzində gəlməzsəm bu saat sənin olsun” dedi. On gün sonra gəldi. Saatını verməzsəm günah olar?

CAVAB

Günah olmaz, ancaq ehsan edib vermək çox savabdır.

Sual: On qram qızıl dəyərində, borc pul versəm, alarkən də yenə o günkü bazar qiymətinə görə on qram qızıl dəyərində pul alsam  caizdir?

CAVAB

Caiz olar.

Sual: Bazarlıqsız satış edirik demək caizdir?

CAVAB

Bəli. Bazarlıq şərt deyildir. Bazarlıq edilməsi yaxşı olar.

Sual: Radio və maqnitofon satmaq caizdirmi?

CAVAB

Bəli. Çünki haram işlərdə istifadə ediləcəyi qəti deyildir. Bıçaq satmaq kimidir.

Sual:Fotoşəkil yanarsa geri verərəm deyə nağd pul almaq caizdirmi?

CAVAB

Bəli.

Sual: 10 ton kağızı 2 minə satdım. Borclu ödəmədi. Kağızın üzərinə artıq məbləğ gəldi, 10 ton kağız 3 min oldu. 3 min istəsəm caizdirmi?

CAVAB

Xeyr. Qızıla görə qiymətini istəmək caizdir.

Sual:Bir nəfər, bu pulu filankəsə ver, öz puluna da qarışdıra bilərsən, dedi. Pulu xərclədim. Ay başında pulunu ödədim. Zərəri oldumu?

CAVAB

Təcili ver, demədiyi üçün, vaxt bildirmədiyi üçün günah olmaz.

Sual: Bərabər miqdarda pul qoyub yemək alır, birlikdə yeyirik. Caizdirmi?

CAVAB

Bəli.

Sual: Mehri-muaccəl borcu olanın hədiyyə verməsi caizdirmi?

CAVAB

Əvvəl önəmli olan borcunu ödəməsi lazımdır.

Sual: Diş həkimiyəm. Bir texnik, adıma müayinəxana açacaq. Qazanc ortaq olacaq. Caizdirmi?

CAVAB

Bəli.

Sual: Vədəli borcu olan başqasına borc verə bilərmi?

CAVAB

Bəli.

Sual:Alacaqları icra yolu ilə alarkən xərcləri də almaq caizdir?

CAVAB

Məcburi olan xərcləri almaq caizdir.

Sual:Baqqal, “Malı apar, pulunu sonra verərsən” dedi. Mən də adət olduğu üçün ay başında verməyi düşündüm. Caizdir?

CAVAB

Bəli.

Sual: Saatsaz, gəlib vaxtında alınmayan saatları nə etməlidir?

CAVAB

Qohumuna verə bilər. O da yoxdursa, luqata hökmünə girər.

Sual: Bir fabrikçi, ana-atasını ödənişlə işlədə bilərmi?

CAVAB

Atasını işlətməsi caizdir. Anasını işlədə bilməz.

Sual: Spirtli içki satmayan, amma fasiq olanla alver məkruhdurmu?

CAVAB

Məkruh deyildir.

Sual: Oğurlanan xalçamın yerinə, verilən oğurlanmış xalçanı almaq caizdirmi?

CAVAB

Bəli. Sahibi çıxarsa vermək lazımdır.

Sual: Böyük marketlərdə ayrı kassası olan spirtli içkisiz reyondan alver caizdirmi?

CAVAB

Bəli.

Sual: Bu malları apar, sata bilmədiyini gətir demək caizdirmi?

CAVAB

Bəli.

Sual: Üç ay sonra təslim almaq şərtilə kreditlə mal almaq caizdirmi?

Bəli.

Sual: Satın alanda, satıcı “Qarpızı kəsim” dedi. “Kəs” dedim.Qarpız xam çıxdı. Başqa birini çəkib verdi. Caiz oldumu?

CAVAB

Razılıq ilə olduğu üçün caizdir.

Sual: Vəkil, müvəkkil adına etdiyi günahlardan məsuldurmu?

CAVAB

Bəli.

Sual: Bəzən ayın üçündə, dördündə maaş alırıq. Bu baxımdan ay başında vermək şərtilə alver etmək caizdirmi?

CAVAB

Bəli.

Sual: İki ortaq, qiymətləri çox fərqli olan bir ərazini, püşk çəkərək paylaşmaları caiz olar?

CAVAB

İki tərəfin razılığı ilə caiz olar.

Sual: Yaxın baqqalda eyni mal daha bahalıdır. Uzağa getməmək üçün, yaxın baqqaldan bahalı almaq caizdir?

CAVAB

Bəli, caizdir.

Sual: “Bu malı bu qiymətə sat. Daha çoxuna satarsan, çoxu sənin olsun” demək caizdirmi?

CAVAB

Bəli.

Sual: “Malı sata bilməzsəm, 3-4 ay sonra gətirərəm” demək caizdirmi?

CAVAB

Bəli.

Sual: Həkim, fahişəxana qadınını müayinə edib  ödəniş alsa caizdirmi?

CAVAB

Bəli.

Sual: Kreditli borclarım var. Bir yoldaş evinə ət alıb yemən sənə haramdır dedi. Düzdür?

CAVAB

Ət yemək haram deyə bir şey yoxdur. Elə söyləmək günah olar. İbrahim ibn Ədhəm həzrətləri “ Borcu olan kimsənin, ödəmədikcə yağlı və sirkəli təam yeməməsi lazımdır” buyurur. Bu demək yağlı və sirkəli yemək haram demək deyildir. Bu da kreditli borclar üçün deyil, borc alınan və günü gəldiyi halda ödənə bilməyən borcu olanlar üçündür.

Borclu adam ləzzət verən şeylər yeməməli ki, borcunu xatırlamalı və bir an əvvəl ödəməyə çalışmalı deməkdir. Borclu adam paxlava da yeyər, kabab da yeyər. Din haqqında elə təsadüfi danışılmaz, halala haram, harama halal deyilməz.

Sual: Bir iqtisadçı, “ Taksi tuta biləcək kimsənin mikroavtobusla evə getməsi oğurluqdur. Bu iqtisadiyyat qanununun ana maddəsidir. Bunun üçün, hər kəsin məndə alacağı olduğu düşüncəsiylə yaşayır, oğru olmamağa çalışıram” deyir. Evimə taksi ilə gedəcək pulum varkən, mikroavtobusla və ya  piyada getsəm, taksiyə verəcəyim pulu möhtac birinə verməsəm oğurluqmu etmiş olaram?

CAVAB

Dinimizdə, taksi ilə evinə gedə biləcək kimsənin, tələsməyirsə, piyada getməsi, günah və oğurluq deyildir. Əksinə yaxşı olar. O pulu başqasına da verməsi lazım deyildir.

Sual: Biri avtomobilimə vurdu. %100 səhvli olduğu təsbit edildi. Özü də səhvini qəbul etdi. Avtomobilinizin təmir ödənişini dərhal verim dedi. Avtotəmirə getdik 300 manata edərəm dedi. Adam da çıxarıb 300 manat verdi. İndi mən avtomobilimi təmir etdirməsəm, əyri, əzik vəziyyətdə istifadə etsəm, aldığım pul haram olar?

CAVAB

Haram olmaz.

Sual: Ucuz deyə keyfiyyətsiz şeylər alırıq, bir neçə səfər yuyununca  və ya istifadə edəndə korlanır. Bahalı olandanmı almaq lazımdır?

CAVAB

Bahalı olması ölçü deyildir. Ucuz olub keyfiyyətli olan da ola bilər. Yaxşı araşdırmaq lazımdır, hər şeyin yaxşısını, keyfiyyətlisini almağa çalışmaq lazımdır. Hədisi-şərifdə buyuruldu ki:

“Ayaqqabı və ya paltar satın aldığında yaxşısını al.”  [Tabərani]

Sual: Dinə daha çox xidmət etmək niyyəti ilə, maaşı yüksək, ancaq günah işlənən bir yerdə işləmək uyğundurmu?

CAVAB

Uyğun deyildir. Günah işlənən yerdə zərurətsiz işləmək uyğun olmaz. Allah rizası üçün işləyən, dünya nemətlərinə də qovuşar. Amma dünya üçün çalışan, axirət nemətlərindən məhrum qala bilər. Hədisi-şərifdə buyurulur ki:

“Allahu təala, axirət üçün çalışana dünyanı verər, lakin dünya üçün çalışana, axirəti verməz.” [Deyləmi]

Sual: Şübhəli puldan xilas olmaq üçün pul dəyişdirsək  olarmı?

CAVAB

Olar. Pul dəyişdirmək də satışdır. Səhih olması üçün malın fərqli olması lazımdır. Məsələn, iki beşliyin, bir onluqla dəyişməsi lazımdır. Hədiyyə surətiylə də dəyişdirilsə eyni cins mal da olar.

Sual: Namaz qılan yoxdursa, evi qılmayana kirayəyə vermək caizdirmi?

CAVAB

Bəli.

Uyğun olmayan paltarlar satmaq

Sual: Çöldə geyilən açıq-saçıq paltarlar satırıq. Mağazamıza Müsəlman olmayanlar da gəlir. Uyğundurmu?

CAVAB

Yalnız qeyri müslim olanlar gəlsəydi zərəri olmazdı. Müsəlmanlar da gəldiyi üçün, yəni onlara da satılacağı üçün uyğun deyildir.

Alacaqla borc ödənməz

Sual: Bir söz var, “ Alacaqla borc ödənməz” deyə. Borclu olduğumuz kəslərə, əlimizdəki vədəsi gəlməmiş çeklərdən verir və ya digər alacaqlarımızı onlara təhvil edərək borclarımızı bağlamamızda bir zərər vardırmı? Yəni alacaq ilə borc ödənərmi?

CAVAB

Heç zərəri yoxdur. Alacaqlı razı olursa, nağd yerinə əlimizdəki çeklərdən verilə bilər və ya digər alacaqlarımız onlara həvalə edilə bilər. Alacaqla borc ödənməz demək, birində alacağımız var deyə, buna güvənib, başqasına borclanmamaq lazım deməkdir. Yoxsa birində alacağımız varsa, ondan aldığımız malı pulumuza məhsub edə bilərik.

Sual: Bəzi məhsullar, paket  içində 1 manat deyə satılır. Bir manat verib almaqda zərər vardırmı? Yoxsa qablı olduğu üçün bu alver fasid olur?

CAVAB

Xeyr, fasid olmur. Paketiylə, qabıyla bir manata alınır. Bunun zərəri olmaz.

Sual: Bir yoldaş, mənə bu saatı sat dedi. Mən bunu özümə ala bilərəm?

CAVAB

Satmaq üçün vəkil olan, özü üçün satın ala bilməz. Çünki, bir kimsə həm alıcı, həm satıcı ola bilməz.

Sual: Müştəri aldığı malı geri gətirəndə bunu almaq lazımdırmı?

CAVAB

Almaq lazım deyildir. Ehsan edərək geri almaq yaxşı olar, çox savab olar. Bir hədisi-şərif məali:

“Müştəri peşman olanda, satıcı da qəbul edib müqaviləni pozarsa, Allahu təala onun günahlarını əfv edər.” [K.Səadət]

Sual:Meyxanaya və ya spirtli içki içilən restoran kimi yerlərə çörək satmaq caizdirmi?

CAVAB

Bəli, caizdir.

Sual: Həkimə müayinə olan kəslərin qazancları, tamamilə haramdırsa, müayinə ödənişini bu haram puldan verdikləri də bilinirsə, həkimin bu pulu alması haram olurmu?

CAVAB

Peşə gərəyi alınan ödəniş, haram olmaz.

Sual: Kilsənin və ya spirtli içki fabrikinin elektrik təmir işlərini və ya başqa təmirlərini etmək günahdırmı?

CAVAB

Xeyr. Bu işlərin özü günah olmadığı üçün təmir işlərində işləmək caizdir. (Bəzzaziyyə)

Xırda pul

Sual:Bir müştəriyə satdığım məhsulların qiymətini toplayanda, məbləği qalıqla çıxır. Xırda pullarla məşğul olmamaq üçün, bir az çox və ya az söyləməyin, məsələn, məbləğ 5.95 və ya 6.05 manat edərsə, 6 manat deməyin zərəri olarmı?

CAVAB

Zərəri olmaz. Hər kəs, malını istədiyi qiymətdən sata bilər.

Kredit kartı xalları

Sual: Bir tanışın kredit kartıyla, alver edilsə, qazanılan xallar, kimin haqqıdır?

CAVAB

Xüsusi bir razılaşma edilməmişsə, xallar kart sahibinin olar.

Spirtli içki satan yerdən alver

Sual:Spirtli içki satan yerdən alver  etmək caizdirmi?

CAVAB

Ehtiyac olanda və içki pulu qalıq kimi alınmazsa caiz olar. Böyük marketlərdə, çox kassa olduğu üçün, içki pulunun qalığının alınma ehtimalı daha azdır. Tam pul verilərsə, yaxud kredit kartından istifadə edilərsə, bu ehtimal heç qalmaz. “Spirtli içki satan fasiqdir, fasiqlə alver etməmək lazımdır” deyə də xatirə gələ bilər. Bu ayrı bir xüsusdur. Namaz qılmayan, spirtli içki içən fasiq birinin dükanında, spirtli içki satılmırsa, ondan da alver etmək caiz olar. Salehləri seçmək, əlbəttə daha yaxşıdır.

Spirtli içki və donuz satmaq

Sual:Spirtli içki və donuz əti satan kimsəylə alver etmək, fasiq olduqları üçün uyğun deyildir?

CAVAB

Fasiqlik baxımından deyildir. Açıqdan günah işləyənlərin hamısı fasiqdir. Məsələn, açıqca qumar oynayan, namaz qılmayan kimsə fasiqdir. Başı açıq qadın satıcı fasiqdir. Fasiqlə, hətta kafirlə alver səhihdir. Salehlərlə alver etmək daha yaxşıdır, amma o ayrı bir mövzudur.

İçki və donuz, dinən mal olmadığı üçün, bunların alınıb satılması səhih olmaz. Bunlar kimi qan və leş satmaq da batildir. Əgər o marketdən başqa bir şey alınacaqsa, pulun qalığı da yoxdursa, içki və donuz pulu qarışmamış olacağı üçün caizdir. Kredit kartıyla alanda onsuz da qarışmır. Dinimizə, millətimizə düşmənlik edən şirkətlər içki və donuz satmasa da, onlarla da alver caiz isə də, məcbur qalmadıqca qaçınmağa çalışmaq lazımdır.

Sual: Gəzintiyə gedərkən, bərabər məbləğdə pul toplayıb, yemək, içki alırıq. Birlikdə yeyib içirik. Amma kimimiz az, kimimiz çox yeyib içmiş oluruq. Caiz olur?

CAVAB

Bəli.

Sual:İpəkqurdu baramasını satırıq. Satdığımız kəslər, baramaları sobaya qoyaraq öldürürlər. Bu baramaları bu kəslərə satmaqda zərər vardırmı?

CAVAB

İpəkqurdunu öldürmək üçün günəşə qoymaq caiz olduğu üçün, satılmasında zərər yoxdur. Günah sobaya qoyanda olar.

Qumar aləti satmaq

Sual: Qumar alətlərini satmaq, caizdir?

CAVAB

Xeyr, caiz deyildir.

Bal və arılar

Sual: Bağımıza arılar qoyulub və bal hazırlayıblar. Bir yoldaş, qovan gətirmiş. Balı qoyub, arıları apararkən gördük. Arılar və bal kimindir?

CAVAB

Arılar tapanındır. Bal isə bağ sahibinin olar.

Sual: Bir kömək sandığımız var. Üzvlərə kömək oluna bilərmi?

CAVAB  

Üzv xaricindəki kasıblara kömək edilə bilər. Üzvlərə ancaq faizsiz borc verilir.

Məktubla alver

Sual: Bir kimsə məktubda, malını bu qədər manata satdığını birinə bildirsə, o da məktubu oxuyanda qəbul etdim desə, alver səhihdir?

CAVAB

Bəli, səhih olar. İndi, internet yolu ilə edilən alverlər də, bunun kimi səhihdir.

Kişilərə qızıl üzük satmaq

Sual: Zərgərin, kişilərə haram olan zinət əşyası, məsələn, qızıl üzük satması caizdirmi?

CAVAB

Bəli, caizdir. Qızıl üzüyü kişilərin taxması haramdır, satmaq haram deyildir, çünki qızıl üzüyü investisiya üçün almış ola bilər. Yanımda olsun, pul ehtiyacı olarsa pula çevirərəm deyə bilər. Qızıl üzüyün özü haram deyil, istifadə edilməsi haramdır. Bir kişi, bir onluq qızıl alsa, boynuna qadınlar kimi taxmasa, amma cibində olsa  günah olmaz. Taxması haramdır, saxlaması günah deyildir.

Vəkil əsl kimidir

Sual: Şirkətin alacaqlarını təhvil alan və ya xeyr üçün, qəbz qarşılığı pul toplayan kimsə, topladığı pulları, daha sonra yerinə qoymaq şərti ilə xərcləyə bilərmi?

CAVAB

O işin vəkili sayıldığı üçün, yerinə qoymaq şərti ilə xərcləyə bilər.

Marketdə yeyib-içmək

Sual:Marketdə uşaq su istəyir, yaxud oradakı bir şeyi götürüb yeyir. Biz də, şüşəni və ya qutusunu aparıb kassada ödəyirik. Bunun bir zərəri olurmu?

CAVAB

Qiymətləri bəlli olduğu üçün caiz olur. Restoranlarda, kafelərdə, çayxanalarda  da, pulunu ödəmədən yeyib içməkdə zərər yoxdur. Çünki yeyilib içilənlərin qiymətləri bəllidir.

Dərzidə artıq qalan parça

Sual: Bir dərzidə, müştəridən böyük kiçik parça artıqları qalır. Dərzinin bunlardan istifadə etməsi caiz olarmı?

CAVAB

Bəli, caizdir. Belə şeylər adətə bağlıdır. Parça kimi işə yaramırsa istifadə edilə bilər. İşə yarayırsa müştəriyə verilər.

Reklam kağızlarını nəşr etmək

Sual: Mətbəəmizdə, spirtli içki və qumar alətləri kimi, haram olan şeylərin reklam kağızlarını nəşr etmək haramdırmı?

CAVAB

Haram deyilsə də, haramın reklamını etməməyə, bilavasitə də olsa, haram işlərə səbəb olmamağa çalışmaq lazımdır.

Sual: Karate və teykvando kimi idmanlardan pul qazanmaq caizdirmi?

CAVAB

Namaza mane olmazsa, övrət yeri də açıq olmazsa, caizdir.

Sələm satışı

Sual: Buğdanın kiloqramı 1 manat olsa, 3-5 ay sonra bəlkə 2 manat olar. İndi bizə pul lazımdır. Vəziyyətimizi bilən bəzi şəxslər, 1 manatdan üç ay sonra verəcəyiniz buğdanı satın alırıq deyirlər. Satmamız caiz olar?

CAVAB

Buğdanın xüsusiyyətini, miqdarını, vaxtını və yerini söyləyərək, sələm vermək və alıcının da qəbul etməsiylə, sələm üsulu satış caiz olar. Məsələn “ 1000 kq makaronluq buğdanı 1 oktyabrda, Bakıdakı evimdə mənə təslim etməklə, 1000 manata sənə sələm verdim” deyilir. Satıcı da “Qəbul etdim” deməklə, sələm vaqe olar. Yəni nağd pulla, kreditlə buğda satılmış olar. (S.Əbədiyyə)

Sual: Biri nağd olmaq şərtilə, bir neçə malı kreditlə satırıq. Müştəri istifadə etmədən malı geri qaytarmaq istəyir. Biz də, “Nağd verdiyini almazsan, digər aldıqlarınız malları geri alırıq” deyirik. Bu pul bizə halaldır?

CAVAB

Xeyr, halal olmaz. Malı az da olsa istifadə etmiş vəziyyətdə geri qaytarsaydı, halal olardı. Müştəri müqaviləni tək tərəfli olaraq poza bilməz. Yəni satılan malı geri almaya bilərsiniz, ancaq geri almaq ehsan olar, yaxşı olar.

Televizor satmaq

Sual: Televizor satmaq caizdirmi?

CAVAB

Günah olan işlərdə istifadə etmək qəti olmadığı üçün, mübah şeylər seyr etmək ehtimalı da olacağı üçün caizdir.

Aşağı qiymət

Sual:Bir malı, hər hansı bir səbəblə, alış qiymətindən daha aşağı bir qiymətlə zərərinə satmaqda zərər vardırmı?

CAVAB

Bir ehtiyac varsa, çox ucuza da satmaqda zərər olmaz. Məsələn, müştəri çəkmək üçün, kasıba kömək üçün və ya bu mal zamanla korlanacaqsa ucuza satıla bilər.

Sual: 5 kq qızılı, 4 kq qızıl və 50 manata kreditlə satmaq caizdir?

CAVAB

Bir qismi kağız pul olsa da, qızılı qızılla kreditlə satmaq caiz deyildir. Hamısını kağız pulla kreditlə satmaq caizdir.

İnşaat şirkəti

Sual: İnşaat şirkəti olaraq çimərlik kompleksi, spirtli içki fabriki, turistik otel kimi yerlər inşa etmək uyğundurmu?

CAVAB

Günaha səbəb olmayacaq, fabrik, iş yeri, məktəb, ev kimi yerlərin inşaatlarının seçilməsi lazımdır.

Minimum alver

Sual: Necə qəpikdən aşağı alver caiz olmur?

CAVAB

Bir fəls dəyərindən aşağı alverlər caiz olmaz. Bir fəlsin qiyməti bir qızıl pulun qiymətinin on beşdə biri qədər qəpikdir. (S.Əbədiyyə)

Bu ölçü bilinərsə, hər zaman özümüz hesablaya bilərik. Məsələn, beşlik adlanan bir qızıl pulun ən ucuzunun qiyməti 250 manat olsa, bunun on beşdə biri qədər qəpik 16,6 qəpik olur. Buna görə təxminən 17 qəpikdən aşağı olan bir malın satılması caiz olmaz. Məsələn, bir saqqız 15 qəpikdirsə, 2 saqqıza 30 qəpik verilərsə, məsələ qalmaz. Yaxud 10 qəpiklik başqa mal da alınsa, zərəri olmaz.

Faydalı sənətlər

Sual: Hansı sənət daha qiymətlidir?

CAVAB

Dinimizdə hər sənət dəyərlidirsə də, insanlara faydası çox olan –mühəndislik və çəkməçilik kimi sənətlər daha çox təriflənmişdir. Ovçuluq da mübah bir sənət olsa da, kef üçün məşğul olmaq qadağan edilmişdir. Ehtiyac və ya dolanışıq üçün etmək caizdirsə də, başqa bir sənəti seçmək lazımdır, çünki can yandırmaq məqbul deyildir.

Malın xüsusiyyətinin dəyişməsi

Sual: Fasid alverlə satın alınan ət, küftə ediləndə bunun yeyilməsi caiz olarmı?

CAVAB

Satın alınmasında günah işlənmişsə də, malın xüsusiyyəti dəyişdiyi üçün, küftəni yemək günah olmaz. Bunun kimi, bir kimsə, bir toyuq oğurlayıb, ətiylə yemək hazırlasa, oğurlaması haramdırsa da, malın sifəti dəyişəndə mülkü olar.  Belə bir yeməyi bişirdikdən sonra, ödəmək [əvəzini sahibinə vermək] şərtiylə, yeyilməsi, satması və ya hədiyyə etməsi, alanın da yeməsi, caiz olar.

Nəzarət kitabçası

Sual: Mühasib olaraq haram iş görən tacir üçün nəzarət kitabçası tutmağım caizdirmi?

CAVAB

Zərurətsiz caiz olmaz.

Kreditlə valyuta satmaq

Sual: Avro, dollar və Azərbaycan valyutası bir-birləriylə, kreditlə satılmaları caizdirmi?

CAVAB

Xeyr.

Haqqından imtina etmək

Sual:Bəzi yerlərə imtahanla tələbə və ya məmur qəbul edilərkən, girənlərdən bəziləri, “Sən əgər  girməsən sənə pul verək” desələr, girmək haqqını satmaq caiz olarmı? Bunun kimi tenderdə iştirak etmək haqqı da satıla bilərmi?

CAVAB

Buna haqq satmaq deyilməz, fərağə yəni haqqından imtina etmək deyilir. Haqq satılmaz, amma pullu və ya pulsuz, haqqdan imtina etmək caizdir.

Tapılan heyvan

Sual:Sahibsiz bir heyvanı kəsib, ətini yemək və ya satmaq caizdirmi?

CAVAB

Sahibsiz heyvanı, elan etdikdən sonra, sahibi çıxmazsa kəsmək və ya satmaq günah deyildir. Sahibi çıxıb isbat edərsə, sahibinə əvəzini ödəmək lazımdır.

Vəkalətlə ev satmaq

Sual: Bir yoldaş, “Evimi 80 min manata sat” dedi. Mən də 90 min manata satdım. Yoldaşa 80 min manat verdim. 10 min manat daha vermək lazımdırmı?

CAVAB

Lazım deyildir, amma 80 min manata satdım deyilərsə, yalan deyilmiş olar, günah olar.

Hiyləylə mal satmaq

Sual: İtaliyada emal edilən malın eynisini Azərbaycanda emal edirəm. İtaliya malı deyə yazmaq caizdirmi?

CAVAB

Xeyr, hiyləylə satmaq caiz deyildir.

Suvenir heykəlciklər düzəltmək

Sual: Suvenir müxtəlif insan və heyvan heykəlcikləri düzəldənin bunlardan qazandığı pul haramdırmı?

CAVAB

Bəli, haramdır. Heykəlciklər düzəltmək də, satmaq da və evdə saxlamaq da haramdır.

Heyvanları mumiyalamaq

Sual: Qartal, leylək kimi heyvanların içini təmizləyib mumiyalayaraq, dovşan, quzu kimi heyvanların da dərilərinin içinə ot doldurub, bəzək olaraq istifadə etmək caizdirmi? O otaqda namaz qılmaq məkruh olarmı?

CAVAB

Bəzək üçün satılması caizdir. Belə içi ot doldurulmuş heyvan  şəkillərinin olduğu otaqda namaz qılmaq məkruh olar. Namaz qılarkən bunları arxa tərəfə qoymaq lazımdır və ya üstlərini örtmək lazımdır.

Haqsız rəqabət olar?

Sual: Bir Yəhudi bir Müsəlmanın qeyri-qanuni dükanının qarşısında bir qeyri-qanuni dükan açır. Mallarını Müsəlmandan daha ucuz satır. Müsəlmanlar Yəhudidən almağa başlayanda, Müsəlman da daha aşağı endirir, lakin Yəhudi alış qiymətindən də aşağı, yəni zərərinə satmağa başlayır. Müsəlman, Yəhudiylə başa çıxa bilmədikdə dükanı bağlamaq məcburiyyətində qalır. Meydan Yəhudiyə qalır, yenidən qiymətləri yüksəldib  zərərini bağlayır. Bizim də bu taktikanı tətbiq edərək rəqiblərimizi məğlub etməmiz haqsız rəqabətə girərmi?

CAVAB

Bəli, bu haqsız rəqabətə girər. Aşağıdakı mənkibədəki vəziyyət, buna bənzəyirsə də, haqsız rəqabət deyildir, çünki bunda maddi mənfəət düşünülmür:

Mədinədə bir Yəhudinin ağzı bağlı bir su quyusu var idi. Suyu çox şirin idi. Suyunu satardı. Rəsulullah, “Rumə Quyusunu kim satın alıb, Müsəlmanlara səbil olaraq verərsə Cənnəti qazanmış olar” buyurdu. Həzrəti Osman, quyunun yarısını aldı. Quyu növbə ilə bir gün Həzrəti Osmanın olacaq, bir gün Yəhudinin olacaqdı. Həzrəti Osman öz növbəsindəsuyu səbil olaraq paylayırdı. Yəhudi isə ödənişlə satardı. Müsəlmanlar da Həzrəti Osmanın növbəsi gələndə, iki günlük su alardılar. Yəhudinin növbəsindəgəlməzdilər. Yəhudinin bazarı kasada uğrayanda, digər yarısını da satmaq istədi. Əvvəlki yarısını Yəhudidən 12 min dirhəmə almışdı. Bunu da 8 min dirhəmə aldı. Hamısını səbil etdi. (Mənaqibi Çihar Yar-i Güzin)

Torpaq qarşılığında qat

Sual:Torpaq qarşılığında bina tikdirmək caizdirmi?

CAVAB

Öz torpağı üzərində, istisna [ismarlama, yəni sifarişlə] yoluyla ev tikdirmək caizdir. S.Əbədiyyədə deyilir ki:

 Torpağın bəlli bir qismi, məsələn üçdə ikisi, hissə-i şayiə [ortaq mülkiyyət] olaraq mütəahhidə kreditlə satılar. Mütəahhiddən alacağı olan pulun qarşılığı olaraq, istənilən mərtəbə, mütəahhidə ismarlama yoluyla etdirilir, çünki öz ərazisinə, istisna [ismarlama] yoluyla bina  inşa edilməsi caizdir. İsmarlama yoluyla tikiləcək binanın, planın, istifadə ediləcək hər vəsaitin növünün və fabrikinin əvvəldən söz kəsilərkən bilinməsi, qərar qəbulu lazımdır.

Ortaq avtomobil

Sual: Bir yoldaşla ortaq avtomobil alacağıq. Avtomobilə birimiz az, birimiz çox minə bilər. Bu şərtlə ortaq avtomobil almaq caizdirmi?

CAVAB

İmzaladığınız müqavilədə bu vəziyyət bildirilmişsə caiz olar.

Haram işləyərək qazanılan

Sual: Qadın bərbərliyi etmiş olan bir kişi, sonradan tövbə edərsə, haram işləyərək qazanmış olduğu pulları və o pullarla aldığı əşyaları nə etməsi lazımdır?

CAVAB

Qazanılan pulun haram olması ayrı, pulu haram işləyərək qazanmaq ayrıdır. Yəni haram işləyərək qazanıldı deyə, bu pullar haram olmaz. İşlənən haramlara tövbə edib, bir daha işləməyəndə, günahları əfv olar.

Qəzetə abunəlik

Sual: S.Əbədiyyədə “ Baqqala borc pul verib, o pul bitənə qədər ondan mal almaq haramdır, çünki  istifadə etmək şərtiylə borc vermək faiz olar” deyilir. Buna görə, qəzetə abonə olan kimsə, ayın əvvəlində bir aylıq qəzet pulu verib, hər gün bir qəzet alması da faiz olmazmı?

CAVAB

Faiz olmaz, çünki pulu borc vermir, qəzetin ödənişini nağd verir. Bir malın qiymətini nağd verməyin zərəri olmaz.

Səbətlə olunan alver

Sual: S.Əbədiyyədə “ Kiçik uşağın etdiyi alver batildir” deyilir. Biz binanın son mərtəbəsində qalırıq. Binanın girişində bir baqqal var. İçərisinə siyahı qoyaraq səbəti aşağı atırıq. Siyahıya bu qədər düyü, bu qədər zeytun, bu qədər çörək ver deyə yazırıq. Bəlli bir pul da qoyuruq. Baqqal bəlkə əskik və ya çox çəkərək səbətin içinə qoyanda, biz səbəti çəkirik. Uşağın alveri səhih olmazsa, səbətləolunan alver səhih olurmu?

CAVAB

Səbəti çəkib, verilənlərə razılıq göstərəndə, alver səhih olar. Siyahını uşaqla da göndərib, uşaq gələndə, etdiyi alveri qəbul etsək,  o da səhih olar.

Pulun qalığını götürməmək

Sual:Taksi sürücüsü işləyirəm. Ödənişi 19 manat tutan səfər üçün, müştəri 20 manat verir, “Qalığı qalsın” deyir. Bu bizə halal olurmu? Halallaşmaq lazımdırmı?

CAVAB

O sizə hədiyyədir. Halallaşmaq lazım deyildir.

Əksinə də ola bilər. Ödəniş 10.5 manat tutdu, müştəri 20 manat uzatmışsa, siz 10 manat yetər desəniz, haqqınız ona keçmiş olmaz. 50 qəpiyi hədiyyə etmiş olarsınız.

Veriləni dadmaq

Sual:Marketlərdə dadmaq üçün verilən şirniyyat, kolbasa,pendir kimi şeyləri götürüb yeməkdə zərər vardırmı? Bazarda da satmaq üçün verilir. Bunları yeyəndə halallaşmaq lazımdırmı?

CAVAB

Verilən hədiyyədir, bir zərəri olmaz. Halallaşmaq lazım deyildir.

Haram pul almaq

Sual:Müştəri haram pulla baqqaldan bir şey alsa, o pul baqqala günah olarmı?

CAVAB

Xeyr, baqqala günah olmaz.

Kreditlə almaq

Sual: Pulu olub, nağd almaq imkanı varkən, bir malı kreditlə almaq caizdirmi?

CAVAB

Bəli, caizdir.

İcra malını almaq

Sual: Müsadirə edilmiş (Hüquq pozuntusu üçün sanksiya olaraq dövlət tərəfindən əmlakın məcburi, dəyəri ödənilmədən alınmasına müsadirə deyilir)  malları satın almaqda zərər vardırmı?

CAVAB

Qanuni müsadirə caizdir. Yəni, bir kimsə borcunu qəsdən ödəməsə və bu səbəblə malları müsadirə edilsə, o vaxt bu malları satın almağın zərəri olmaz.

Bir də, bir kimsə borcunu ödədiyi halda, sənədini almamışdır və ya başqa şəkildə böhtana uğramışdır. Aşkarlanarsa, bu cür müsadirə malının da alınmaması lazımdır. Gömrükdəkilər arasında da buna bənzər mallar ola bilər. “Ağlayanın malı gülənə yar olmaz” atalar sözü belə qeyri-qanuni işlər üçün deyilmişdir. Lakin qeyri-qanuni olduğu qəti bilinmədikcə, müsadirə mallarını almaq caizdir.

Məhkəməyə vermək

Sual: Pulu varkən, qəsdən borcunu ödəməyəni məhkəməyə verib, mallarını müsadirə etmək caizdirmi? Bir də müsadirə edərkən vəkillik ödənişi daxil başqa zəruri xərclər olur.Bunları da borcludan məhkəmə yoluyla almaq caizdirmi? Alacaq gecikəndə, qanuni faizini də verirlər. Bunları da almaq caizdirmi?

CAVAB 

Qəsdən borcunu verməyəni məhkəməyə vermək, malını müsadirə etmək, vəkillik ödənişi və digər məcburi xərcləri almaq caizdir. Gecikmə faizini almaq caiz olmaz. Ancaq borc verildiyi vaxt, o pulla hansı nizamdan nə qədər qızıl alınırsa, o qədər qızıl və ya o qızılın dəyəri qədər pul istəmək caizdir.

Pul qüvvədən düşərsə

Sual:S.Əbədiyyədə “ Kağız pullar qüvvədən düşərsə, İmam Əbu Yusifə görə bazarlıq edildiyi vaxtdakı qiyməti , İmam Muhammədə görə tədavüldən qalxdığı vaxtdakı qiyməti verilir” deyilir. Bu bir örnəklə izah edilə bilərmi?

CAVAB

Bir mal kreditlə satıldığı vaxt, məsələn, qiyməti 3 qram qızıldırsa, pul qüvvədən düşdüyü vaxt, İmam Əbu Yusifə görə, müştəri satıcıya 3 qram qızıl vermək məcburiyyətindədir. Yaxud, 3 qram qızılın dəyəri qədər pul da verə bilər. Satıcı bundan çoxunu istəyə bilməz. Əgər indi o mal çox bahalansa, məsələn 5 qram qızıl olsa, ancaq o vaxtkı dəyərini istəyə bilər, satıcı o dəyərdən ödənişini almaq məcburiyyətindədir. “Malım bahalandı 5 qram ver” deyə bilməz.

Əksinə də ola bilər. Malın dəyəri düşüb, 2 qram qızıl ola bilər. Müştəri “Malın dəyəri düşdü, mən buna 2 qram verərəm” deyə bilməz. Malın satışındakı dəyər etibarlıdır. İmam Muhammədə görə isə, pulun qüvvədən düşdüyü vaxtkı dəyərindən verilir. Bir müddət sonra pul qüvvədən düşəndə, o vaxt malın dəyəri 3 qram qızıl ikən, ya artaraq 4 qram olmuşdur və ya azalaraq 2 qrama enmişdir. Yaxud yenə 3 qram olaraq qalmışdır. O vaxtkı dəyəri nə qədərdisə, satıcı onu istəyə bilər. Satıcı, “Baxın, malım, pulun tədavüldən qalxdığı vaxtda 4 qram qızıl oldu” deyərək 4 qram qızıl istəyə bilməz. Müştəri də, “Baxın, bu mal 2 qram qızıl ala bilir, 2 qram qızıl verim” deyə bilməz. O malın, pulun tədavüldən qalxdığı vaxtkı qiyməti nə qədər idisə, onu verər. Amma fətva İmam Əbu Yusifə görədir.

Əgər alıcı və satıcı razılaşsalar, İmam Muhammədin qövlünə görə də hərəkət edə bilərlər.

İnfeksiya səbəbiylə pulun dəyəri düşəndə də və ya hər hansı bir səbəblə artanda da hökm belədir.

Şübhəli pulu olan

Sual: Pulunda haram şübhəsi olan, bunu necə təmizə çıxara bilər?

CAVAB

Pulunun halal olduğunda şübhə edən, birindən borc alıb şübhəli puluyla ödəməsi lazımdır. Müttəkilər, [pulları şübhəli olmasa da] hər ehtiyaclarını təmin edərkən belə etmişlər. (S.Əbədiyyə)

İlbiz ixracı

Sual:İlbiz, qurbağa kimi heyvanları qeyri-müslimlərə ixrac etmək caizdirmi?

CAVAB

Bəli, caizdir. Donuz istisna olmaqla, əti yeyilməyən müxtəlif heyvaları pul qarşılığı qeyri-müslimlərə ixrac etmək caizdir. (Şərh-i Nikayə)

Öldürülən bir neçə çöl donuzunu qeyri-müslimlərə satmaq da caizdir, amma donuz cütlüyü edib, bu işi məslək halına gətirmək caiz olmaz.

Bərbərlik günahdırmı?

Sual: “Kişilərin saqqalını kəsən bərbər haram qazanır” deyilir. Kişi bərbərlərinin qazandıqları pul haramdırmı?

CAVAB

Haram deyildir.

Avtomobil nömrə-nişanını satmaq

Sual: Avtomobil nömrə nişanını satmaq və ya kirayəyə vermək caizdirmi?

CAVAB

Bəlli bir pul qarşılığında, imtina edərək istifadə etmək haqqını verə bilər. Buna satmaq deyil, təhvil etmək deyilir. Rəisi qəbul edərsə, bir məmur hava pulu olaraq vəzifəsini başqasına verə bilər. (S.Əbədiyyə)

Çürük meyvə

Sual: Meyvə-tərəvəz satıcısına, “Çürüklərdən qoymazsan alaram” deməkdə zərər varmı?

CAVAB                                                            

Xeyr, zərəri olmaz. Hətta sərbəst satın almaq, “Çürük çıxsa geri gətirərəm” demək də caizdir.

Çox pul vermək

Sual: Fəls dəyərindən (Bir fəlsin dəyəri bir qızıl pulun qiymətinin on beşdə biri qədər qəpikdir) daha aşağı olan bir malı satın alıb, fəls miqdarı və ya daha çox pul verilərsə, edilən alver caiz olarmı?

CAVAB

Bəli, caiz olar.

Qızıl hesabı açdırmaq

Sual:Bankda qızıl hesabı açdıranda, həqiqi qızıl alınmır, qızıla yönümlü olaraq pulumuz dəyər qazandığı kimi itirdiyi də olur. Bu şərtlərlə, qızıl hesabı açdırmaq caizdirmi?

CAVAB

Bəli, caizdir.

Qiyməti bilinən mal

Sual: Marketdən müxtəlif şeylər aldım. Kassir, almanın etiketini oxutmağı unutmuş. Evə gələndə gördük. İndi biz bu almanı yesək, sonra etiketini aparıb oxudaraq borcumuzu versək, almanı yediyimiz üçün günah işləmiş olarıq?

CAVAB

Almanın qiyməti bəlli olduğu üçün, pulunu vermədən əvvəl yemək günah olmaz. Restoran, kafe kimi yerlərdə də eyni şeyi edirik. Yəni əvvəl yeyib sonra ödəyirik. Qiymətləri bəlli olan yeməkləri yeyir, içkiləri içirik, çıxarkən ödəyirik. Marketdə uşağımız susasa, içki içsə və ya özümüz içsək, çıxarkən qiymətini verəcəyimiz üçün günah olmaz. Qiyməti bəlli olmayıb, bazarlıqla daha asana alına bilən malları, qiymətini vermədən götürüb yemək və ya istifadə etmək caiz olmaz.

Kreditli alver

Sual:Kreditli alverdə, ödəmə tarixinin müəyyən olması lazımdır. İl sonuna qədər borcun hamısını ödəyib hesabı bağlamaq şərti ilə, kreditlər bildirilmədən edilən alver caizdirmi?

CAVAB

Son ödəmə vaxtı müəyyən olduğu üçün, aralarda veriləcək kreditlərin önəmi yoxdur. Heç verməsə də, hamısını il sonunda versə də, yenə səhih olar. Bir ay sonra hamısını verib vədə sonunu gözləməsə də, yenə alver səhih olar.

Həşərat satmaq

Sual:Yeyilməsi haram olan ilan, ilbiz və qurbağa kimi həşərat, alınıb satıla bilərmi?

CAVAB

Quru və dəniz həşəratlarını, yemək üçün satmaq caiz deyilsə də, tibbdə və sənayədə istifadə etmək üçün satmaq caizdir. (S.Əbədiyyə)

Heyvan satmaq

Sual:Hansı heyvanları satmaq caizdir?

CAVAB

Faydası olan heyvanları, məsələn, şandakı arını, ipəkqurdunu, zəlini,ov və ya çoban itini, ovçu pişiyi, quşu, fili və bunlar kimi faydası olan hər heyvanı satmaq caizdir.(S.Əbədiyyə)

Topdan satışla alver

Sual:Bir marketə gedirəm. Səbəti müxtəlif mallarla doldururam, çoxunun qiymətini də bilmirəm. Kassir, hər birinin qiymətini oxudur. Məsələn, hamısı 70 manat etdi deyir. Biz də 70 manat veririk. Belə alver səhihdir?

CAVAB

Topdan satış üsulu ilə olduğu üçün səhihdir. Hər birinin ayrı-ayrı qiymətini bilməmiz lazım deyildir. Hətta cinsləri və qiymətləri fərqli olan malların hərəsindən bir-iki ədəd bir paketə qoysa