Facebook Twitter WhatsApp

Alış-verişdə and içmək

Sual: Bir malı bəyəndirmək məqsədi ilə and içməkdə zərər vardırmı?

CAVAB

Doğru da olsa satışda and içməmək lazımdır! Hədisi-şəriflərdə buyuruldu ki:

“Malını and içərək bəyəndirənə qiyamətdə mərhəmət edilməz.” [Müslim]

“Alış-verişdə “Vallah belədir, billah elə deyildir” deyə and içənlərə və sənətkardan, “Sabah gəl, o biri gün gəl” deyə sözündə durmayanlara təəssüflər olsun!” [Deyləmi]

“Yalan and içməklə çox mal satılsa da, belə qazancın bərəkəti olmaz.” [Buxari]

“Alıcı ilə satıcı bir-birinə doğru söyləyib, nəsihət edəndə, qazancları bərəkətli olar, malın qüsurunu gizlədib, yalan söylədikləri vaxt bu bərəkət qalxar.” [Buxari]

“Alış-verişdə çox and içmək malın bərəkətini aradan aparar.”  [Müslim]

“Bir vaxt gələcək ki, insanlar yalnız malın, pulun gəlməsini düşünüb, halalını, haramını düşünməyəcəklər.”  [R.Nasıhin]

Malını müştəriyə göstərərkən tacirin Allah deməsi, Kəlimeyi-tövhid oxuması günahdır. Bunları pul qazanmağa alət etmək sayılır. [Əl-İxtiyar]

“Əl-İxtiyar” kitabındakı bu ifadədən, müştəri cəlb etmək məqsədiylə dükanına dini lövhələr asmaq da, dinini ticarətə alət etmək olacağı aydın olur. Hələ dindən, imandan xəbərsiz şəxslərin bu hərəkəti din  istismarı olur.

Ağıllı insan axirətin sonsuz qazancını dünyanın müvəqqəti qazancı ilə dəyişdirməz. Bütün yaxşılıqların dinin əmrlərinə uyğun olmasında və yerinə yetirməsində olduğunu bilər.

Sual: Bazarlıqda and içəndə bir güvən meydana gəlir, satış daha çox olur. Doğru olaraq and içməyin zərəri vardırmı?

CAVAB

Doğru da olsa çox and içmək, Allahu təalanın adına və anda qiymət verməmək olur. Bunlara qiymət verməyərək and içmək çox pisdir. Mal satmaq üçün Allahın adını alət etməmək lazımdır. İki hədisi-şərif:

“Satışlarda çox and içməkdən çəkinin! Çox qazansanız da pərişan olarsınız.” [Müslim]

“And, malı satdırarsa da, malın bərəkətini qaldırar.” [Buxari, Müslim]

Deməli, çox qazanmaq deyil, malın bərəkətli olması mühümdür. Bərəkət, az malın çox faydalı olması, çox işə yaraması deməkdir. Hələ yalan yerə and edilərsə və hiylə edilərsə daha çox təhlükəlidir. İki hədisi-şərif:

“Malını yalan andla satan kimsəyə, axirətdə şiddətli əzab vardır.” [Mülsim]

“Ticarətə xəyanət qarışanda bərəkət gedər.” [Əhya]

Tərəzidə hiylə etmək də böyük günahdır . Bir ayəti-kərimə məali:

“Verərkən nöqsan, alarkən çox ölçənlərə acı əzablar edəcəm.” [Mutaffifin 1]