Facebook Twitter WhatsApp

Birja

Sual: Birjaya girmək, alqı-satqı etmək, investisiya qoymaq caizdirmi?

CAVAB

Caizdir. Səhm almaq, bir şirkətə ortaq olmaq deməkdir, ancaq qumar oynayar kimi, davamlı bununla məşğul olmamaq lazımdır. Birja üzündən evini əşyasını satan, hətta intihar edənlər belə olmuşdur.

Birja və at yarışları

Birjalar, səhmlərin alış satışlarının edildiyi yerlərdir. Bu yolla, şirkətlər hissələrinin bir qismini sataraq qarşılıqsız yeni maliyyə ehtiyacı təmin edir, səhm satın alanlar da atıl fondlarını bir şirkətə ortaq olaraq qiymətləndirmə imkanı tapırlar.

Nəzəri olaraq birjanın, ölkə iqtisadiyyatı üçün faydası mövcuddur. Bir şirkətin səhmini satın almaq, o şirkətə ortaq olmaq deməkdir. Şirkətin mənfəət, məhsuldarlıq kimi maliyyə quruluşundakı müsbət və mənfi dəyişikliklər, səhmlərin etibarı/ cari (alqı-satqı)  dəyərlərində də artım və ya azalma şəklində dəyişikliklərə səbəb olduğu kimi, gələcəkdəki gözləmələr də səhmlərin etibarı dəyərinin artmasına və ya azalmasına səbəb olur.

Təcrübəyə əsaslanaraq birjaya baxsaq, tamamilə fərqli bir vəziyyət ortaya çıxır. Mövcud birja ilə səhm sahiblərinin  əlaqəsi,  şirkət ilə şirkət ortağı arasındakı əlaqəyə deyil, qumara, daha çox at  yarışı oynamağbənzəyir. Hətta, istifadə olunan terminlər də oxşardır. Oynamaq, udmaq üçün gizli məlumat toplamaq kimi təbirlər ortaqdır.  Mövcud halıyla birjadakı məqsəd, şərik olmaq deyil, kağıalmaqdır. Alınan kağızın bir an əvvəl dəyərinin artması gözlənməkdə, müşahidə edilməkdə və izlənilməkdədir.

Birjada sıx şəkildə spekulyasiya mövcuddur. Səhmlərin dəyərini iqtisadi meyarlardan çox, spekulyativ davranışlar müəyyən edir. At yarışlarında da vəziyyət eyni şəkildədir. Hər nə qədər müxtəlif maliyyə meyarları ilə dəyərləndirmələr aparılsa da, nəticədəsəhmlərin nə vaxta qədər yüksələcəyini və ya düşəcəyini təxmin etmək mümkün olmur. At yarışında da birinci olaraq at, müxtəlif meyarlarla (jokeyi, atın keçmişi, hansı yarışlarda nə dərəcələr aldığı, hansı pistdə yaxşı qaçdığı kimi) dəyərləndirilərək  təxmin edilməyə çalışılsa da, nəticədə birincini təxmin etmək mümkün olmur. Birjada oynayanlar üçün də, at yarışı oynayanlar üçün də nəticəni böyük ölçüdə şans müəyyən edir. Heç təxmin edilə bilməyən bir at, yarışı qazana bildiyi kimi, heç təxmin edilə bilməyən bir kağıqısa vaxtda külli miqdarda qazandıra bilər. Hər ikisində də nəticəni bilən və müəyyən edən spekulyatorlar mövcuddur.

Birjada oynayanların səhmlərin yüksəlişə və ya enişə keçdiyindəki rəftarı eynilə qumardakı davranışdır. Yüksəlməyə başlayanda daha da yüksəlməsi, düşməyə başlayanda da hər an yüksələcəyi gözlənir. Kağızların dəyərləri hər an dəyişə biləcəyi üçün yaxın təqib lazım olmaqda, bu səbəblə əsas işlərdən imtina edilməkdə və birjaya çox vaxt ayrılmaqdadır. Televiziya kanallarının telemətnləri, indeksə tənzim edilməkdə, seans otaqlarında narahat gözlərlə ekranlar təqib edilməkdə, qəzetlərin birja  səhifələri dərin araşdırmalara tabe tutulmaqdadır. Uduş üçün gizli məlumatlar toplamağa, hansı kağıza oynamağın doğru olacağı , hansı kağızın qazandıracağı təxmin edilməyə çalışılır. Kağızların hər an və böyük artış və ya azalışı mümkün olduğu üçün hər iki halda (həddindən artıq sevinc və ya həddindən artıq kədər) birjada oyanayanların ruh sağlamlıqlarına zərər verir, müxtəlif qeyri-stabilliyə səbəb olur. Keçən günlərdə, qəzetlərdə bir birja iştirakçısının, ürək krizi keçirərək öldüyü yayınlanmışdır. Bəlkə də birja xəyalı qurarkən böhrana girmiş və ya yazıq yuxuda birja oynayıb itirəndə qəlbi dözə bilməmişdir...

Birjada oynamaq, eynilə qumarda olduğu kimi böyük bir asılılıq meydana gətirmişdir. Əlində kağızı olmayan oyunçular da kağızları yaxından təqib edir və yüksələn kağızlardan ala bilmədiyinə kədərlənirlər. Bu asılılıq bəşəri münasibətlərə da əks edir, birjada oynayanlar ilə edilən söhbətlərdə mövzu bir şəkildə, mütləq birjaya gəlir, uzun-uzun birja təhlilləri edilir.

Birjada oynayanlarda da, yenə eyni qumar oynayanlarda olduğu kimi, qazanmaq ehtirası ağlı dövrədən çıxarır, kredit alanlar və ya kredit kartı ilə pul çəkərək kağız alanlar çıxa bilir. (Adnan İlhan)

Səhm

Sual:Haram iş görən şirkətlərin səhmini almaq caiz olarmı?

CAVAB

Yalnız haram işlə məşğul olursa caiz olmaz. Məsələn, bir şirkət, yalnız spirtli içki satırsa, onun hissəsi alınmaz. Etdiyi işlər, halal və haram qarışıqsa, bunların hissələrini almaq caizdir. Məsələn, bank və sığorta şirkətlərinin, spirtli içki yanında başqa halal məhsullar da satan alver mağazalarının səhmlərini almaq  caizdir. Əbulleysi-Səmərqəndi həzrətləri buyurur ki:

Malın çoxunun halal olduğu zənn edilən kimsənin verdiyi hədiyyəni almaq və onunla hər növ alış-veriş etmək caiz olar. (Hədiqə)

 

Dünyada rahat etmək üçün dua

Sual: Axirətimizi qazanmaq məqsədiylə dünyamızın rahat olması üçün dua etməkdə zərəri vardırmı?

CAVAB

Xeyr, çox yaxşı olar. Seyid Abdullah Dəhləvi həzrətləri, Mövlana Xalidi Bağdadi həzrətlərinə, “Məndən bir şey istə, amma tək şey olsun” dediyi vaxt o da, “Dinim üçün dünyalıq istəyirəm” demişdir, çünki dünyalıq olmazsa, istənildiyi kimi dinə xidmət edilə bilməz.

Mal, Allahu təalanın verdiyi bir nemətdir. Axirəti qazanmaq malla olar. Dünya və axirət malla intizam tapar, rahat olar. Həcc, cihad savabı malla qazanılır. Bədənin səhhətli, qüvvətli olması malla olur. Başqasına möhtac olmaqdan insanı qoruyan, maldır. Sədəqə vermək, qohuma əl tutmaq, kasıbların imdadına çatmaq malla olur. Məscidlər, məktəblər, xəstəxanalar, yollar, bulaqlar, körpülər inşa etmək, insanlara xidmət də malla mümkündür.

Mal sevgisi başqa, mal sahibi olmaq başqadır. Dünya və axirət səadətinə qovuşmaq və insanlara xidmət edə bilmək üçün mal və vəzifə sahibi olmaq çox yaxşıdır. Bütün dünya bir şəxsin olsa, mala meyli olmadan dinə uyğun istifadə etsə çox böyük savab qazanar. Süleyman aleyhissəlam böyük bir zənginlik və səltənət içində ikən Qurani-kərimdə “O nə gözəl quldur” deyə təriflənmişdir.

Dünya malının çox olması pis deyil. Çünki Həzrəti İbrahim, Həzrəti Süleyman, Cənnətlə müdələnən Abdurrəhman ibn Avf həzrətləri və övliyanın böyüklərindən Ubeydullah Ahrar həzrətləri kimi bir çox böyük şəxslər çox zəngin idi.

Peyğəmbər Əfəndimiz “İnsanların ən yaxşısı onlara faydalı olandır” buyurur. (Qudai)

İnsanlara kömək etmək üçün çalışıb pul qazanmaq nafilə ibadət etməkdən daha çox savabdır. Cənnətin yüksək dərəcələrinə malla qovuşulur. Üç hədisi-şərif:

“Axır zamandakı ümmətim üçün mal sahibi olmaq səadətdir” [İ. Rafii]

“Bir zaman gələr ki, pulu olmayan rahat ola bilməz” [Tabərani]

“Şərəfinizi mallarınızla qoruyun” [İbni Asaqir]


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину