Sual: Sünnət toyunda və ya başqa səbəblərlə uşaqlara verilən hədiyyələri ana-ataları alıb istifadə edə bilərmi?
CAVAB
Uşağın vəlisi uşağın malını kimsəyə hədiyyə edə bilməz. Ancaq, pulu uşağın olmaq şərtilə sata bilər. Vəli, öz pulu ilə uşağın istifadə etməsi üçün aldığı şeyləri istədiyinə hədiyyə edə bilər. Uşaq, malını ana-atasına hədiyyə edə bilməz. Hədiyyə edərsə, bu mal, ana-atanın mülkü olmaz. Uşaqdan satın alsalar mülkləri olar.
Ana atasından və ya vəlisindən icazəsiz ağıllı, yetkin olmayan bir uşağın verdiyi hədiyyəni almaq, istifadə etmək caiz olmaz. Çünki ağıllı, yetkin olmayan uşağın ana-atası daxil heç kimə hədiyyə verməyə səlahiyyəti yoxdur. (Rədd-ül Muxtar)
Uşağa çox miqdarda kağız pul hədiyyə edilsə, ana-atası və ya vəlisi bu pulları saxlayıb, böyüyəndə özünə verməsi lazımdır. Ancaq kağız pulların qiyməti getdikcə düşdüyü üçün bu kağız pullarla qızıl alıb saxlanar.
Uşağa gələnlər
Sual:Kiçik uşağa gətirilən yeməkləri kimlər yeyə bilər?
CAVAB
Uşağa gələn hədiyyəni uşağa zəruri lazım deyilsə, kasıb olan ana-atası yeyə bilər, amma başqa kasıba verə bilməzlər. Ana-ata zənginsə və özlərində olmayan bir şeysə, qiymətini uşağa ödəmək şərtiylə yeyə bilərlər. Ana-ataya hədiyyə etmək niyyətiylə gətirilən şey, qiymətsiz olduğunu bildirmək üçün, uşağa hədiyyə deyərək verilsə, anaya ataya gətirilmiş olar. Bunu, zəngin ana-ata da yeyə bilər və hər kəsə verə bilərlər. (Eşbah, Uyun-ül bəsair)
Uşağın malını satmaq
Sual:Ata uşağın malını sata bilər?
CAVAB
Ədalətli olan ata mükəlləf olmayan uşağın hər malını, bazar qiymətinə və ya daha bahalı olaraq özünə və ya başqasına sata bilər, pulunu uşağa və kasıbsa özünə də nəfəqə edər. (Dürər-ül-hükkam)
Sual:Zəngin bir atanın uşağa gələn hədiyyələri və uşağın öz malını istədiyi kimi istifadə etmək səlahiyyəti vardırmı? Məsələn, borc verə bilərmi, qızıllarını anası istifadə edə bilərmi?
CAVAB
Ata kasıb isə istədiyi kimi istifadə edə bilər. Zəngin isə, uşağın daşınan mallarını satıb qızıl olaraq mühafizə edə bilər. Onun pulu ilə qazancı uşağın olmaq şərtilə ticarət edə bilər. Başqasına borc verə bilər. Uşaq ağıl yetkin olduqdan sonra uşağın öz mallarını özünə verər. (Dürər)
Sual: Uşağa gələn hədiyyəni, zəngin olan atası necə istifadə edə bilər?
CAVAB
Uşaqdan satın alıb başqa bir uşağına verə bilər.
Sual: Kasıb ikən uşağımın qızıllarını satıb istifadə etdim. İndi zəngin oldum. Qızılları geri verməyim lazımdırmı?
CAVAB
Bəli.
Sual: Adət olduğu üçün yeni doğulan uşağa hədiyyə gəlir. Uşağa gələn hədiyyələrdən istifadə edə bilərikmi?
CAVAB
Kasıb isəniz istifadə edə bilərsiniz. Zəngin isəniz borc alaraq istifadə edə bilərsiniz. Yaxud bu pulu uşağın xeyrinə ola biləcək sərmayələrdə də istifadə edə bilərsiniz. Çünki siz onun vəlisisiniz.
Sual: Uşağımın doğumundan sonra ona verilən pul və qızılları xərclədik. Uşağımıza borclandıqmı? Bu borcumuzu nə vaxt ödəməyimiz lazımdır?
CAVAB
Pulları qızıla çevirib borcunuzu qızıl olaraq hesablayın. Məsələn, 70 qram 22 əyar qızıl deyə bir yerə yazın. Dərhal verməyiniz gərəkməz. Ağıllı, yetkin olanda istəyərsə sizə hədiyyə edə bilər. Yaxud o vaxt da verə bilərsiniz. Yəni, öz pulunuz kimi saxlamağınız və ya qiymətləndirməyiniz lazımdır. Məsələn, Avro olaraq saxlayaq və ya Dollar olaraq saxlayaq deyə bilərsiniz. Yəni, uşağın mənfəəti hansında isə ona görə hərəkət edərsiniz.
Sual: Qızılı körpəyə hədiyyə etmək caizdirmi?
CAVAB
Bəli. Amma bir daha geri alınmaz. Çünki uşağın hədiyyə etmək səlahiyyəti yoxdur. Verilən onun olar.
Sual: Uşağın gətirdiyi mübah suyu içmək niyə caiz deyildir? Evin bulağındakı suyu gətirsə yenə içilməzmi? Mübah su nə deməkdir?
CAVAB
Hər kəsin istifadə edə bildiyi göl, bulaq, çay kimi sulardır. Uşaq bu suyu alanda onun mülkü olar. Uşaq mülkünü başqasına hədiyyə edə bilməz. Amma evin içindəki su onun deyildir. Onu gətirərsə, ana-atası içə bilər. Marketdən aldığı şüşə suyu onun mülküdür. Onu kimsəyə hədiyyə edə bilməz.
Ana, ata və ya vəli uşağın malını kimsəyə hədiyyə edə bilməz. Birinə hədiyyə etmək istəyərsə, əvvəl bunun qiyməti qədər pulu ona hədiyyə edər. O da bu pul ilə uşağın malını vəlisindən satın alar. Bu pul uşağın olar. Vəli, öz pulu ilə uşağın istifadə etməsi üçün aldığı şeyləri istədiyinə hədiyyə edə bilər. Uşaq malını ana və ya atasına versə, bunların mülkü olmaz. (S.Əbədiyyə)
Sual: Zəngin dul qadınam. Uşağıma təyin olunmuş maaşı öz ehtiyacıma xərcləməyim caizdirmi?
CAVAB
Xeyr.
Sual: Uşağımın pulu ilə ona velosiped, ayaqqabı almağım caizdir?
CAVAB
Xeyr.
Sual:Biri 5, digəri 8 yaşında iki uşağım var. Bəzən bunlar gedib təndirdən çörək alırlar. Bunların alış-verişi səhihdir?
CAVAB
Ağıllı, yetkin olmayan uşağın alış-verişi vəlisinin icazə verməsi ilə ancaq səhih olar. Əgər uşaq ağıllı olmamış isə vəlisinin icazəsi olsa da, alış-veriş etməsi səhih olmaz. (S.Əbədiyyə)
Yeddi yaşından böyük uşağa ağıllı uşaq deyilir. Demək ki, 8 yaşındakı uşağınız sizin icazə verməyinizlə alış-veriş edə bilər. 5 yaşındakı edə bilməz. Ancaq, deyək ki, 5 yaşındakı uşağınız təndirdən çörək alıb gətirmişsə, siz də razı olmuşsanız o vaxt səhih olar. Bu, 5 yaşındakı kiçik uşağın ticarət etməsi, alış-veriş etməsi demək deyildir. Atasıyla dükana gedib şəkər, şokolad istəyib alanda, atasının razılıq göstərib pulunu ödəməsi kimidir.
Sual: Bir heyvanın bəsmələ ilə kəsilib kəsilmədiyini bir uşağa və ya spirtli içki içən birindən soruşsaq, o da bəsmələ ilə kəsildi desə, o heyvan yeyilər?
CAVAB
Bəli, yeyilər. Alverdə bir fasiqin hətta kafirin sözü də qəbul edilir. Ağıllı olan uşaq da böyük adam kimidir. Bunlardan biri bu əti kitablı kafir kəsdi desə yeyilməsi halal olar. (Dürr-ül muxtar)
Sual:İyirmi yaşdan yuxarı, ağıllı, yetkin olmayan, qadın-kişi münasibətlərini bilməyən, danışa bilməyən, zərərsiz dəli olan biri oğlan, digəri qız olmaqla iki uşağım var. Alış-verişləri, hədiyyə vermələri, birinə zərər vermələri kimi hüquqi vəziyyətləri nədir?
CAVAB
Məcəllənin 979-cu maddəsində dəlinin mümtaz olmayan kiçik uşaq hökmündə olduğu bildirilmişdir. Bir uşaq satın alınan malın mülk olacağını və satanda mülkdən çıxacağını anlayarsa, buna mümtaz, yəni ağıllı deyilir. Mümtaz uşaq alış-satışa ağlı çatan, alverdə aldanmayan uşaqdır. Mümtaz olmayan uşaqların bütün əqdləri batildir. Dəlinin vəziyyəti də belədir.
Mümtaz olan uşağın zərərli olan işlərdəki əqdləri vəlisi icazə versə də səhih deyildir. Borc, hədiyyə verməsi belədir. Faydalı olan işlər üçün əqdləri vəlisi icazə verməsə də səhih olar. Hədiyyə qəbul etməsi, ödəniş ilə etdiyi işin haqqını alması belədir.
Zərərli də, faydalı da ola bilən əqdlərinin səhih olması üçün vəlisinin icazə verməsi lazımdır.Öz malı ilə alver etməsi belədir. Ağılını itirmiş olan qoca da mümtaz uşaq kimidir. Alverini vəlisi istəyərsə qəbul, istəyərsə rədd edər. Bir malı və ya canı tələf edərsə ödəyər. Əqdlər baxımından dəlinin vəziyyəti də belədir.
Sual: İbtidai məktəbindəki bir müəllim tələbəsinə aid qələm, silgi kimi əşyalarını istəyib istifadə edə bilərmi?
CAVAB
İstifadə etməməsi lazımdır.
Uşağa verilən hədiyyə
Sual:On yaşındakı böyük uşağıma hədiyyə edilən paltar ona olmadı. Yeddi yaşındakı kiçik uşağıma olur. Kiçik uşağıma vermək istədim, böyük uşağım razı olmadı. Nə etməyim lazımdır?
CAVAB
Böyükdən paltarı satın alıb kiçiyə geydirmək lazımdır. Böyüyə də bir paltar satın alınarsa, ikisi də sevindirilmiş olar.
Uşağın malını ona xərcləmək
Sual:Uşağın malını onun üçün xərcləməyə kim vəli ola bilər?
CAVAB
Atası və ya babası olar. Anası vəli ola bilməz. Anası yalnız öz yanında qalan uşağın ehtiyacını onun puluyla satın ala bilər. (Eşbah)
В корзине: 0 шт.
на сумму: 0