Facebook Twitter WhatsApp

Zəkat nə vaxt verilər

Sual: Zəkat nə vaxt verilər

CAVAB: Zəkat fərz olduqdan sonra verilər. Nisaba çatan zəngin olduğu tarixi qəməri aya görə bir yerə yazar. Məsələn, Rəcəb ayının 3-də zəngin olmuşsa bir il sonra Rəcəbin üçü gəlincə yenə nisab qədər pulu və ticarət malı varsa zəkatını verər. Ramazan ayını gözləməz.

 Vaxtı gəlmədən zəkat verməkdə də problem yoxdur, verilərsə çox yaxşı olar. Hətta gələcək bir neçə ilin zəkatını öncədən vermək də caizdir. Bir kimsə zəkatını yanlış hesablayıb bir qızıl zəkat verməli olduğu halda iki qızıl hesablasa, kasıba verdikdən sonra təkrar hesablayıb bir qızıl verməli olduğunu anlasa, ikinci il verəcəyi zəkatdan bu bir qızılı çıxar.

 “Zəkatı tələsmədən bir il içində vermək lazımdır” deyən alimlər olsa da tələsərək, dərhal vermək vacibdir. Üzrsüz gecikdirmək məkruh olur. Şafii və Maliki məzhəbində zəkat fərz olunca dərhal vermək fərzdir. Hədisi-şərifdə “Zəkat verməkdə tələsin!” buyruldu. (İbni Macə)

 Sual: Zəkat yalnız Ramazan ayında verilməlidir

CAVAB: Hər zənginin zəkat vermə ayı və günü fərqlidir. Ramazan ayını gözləməz. Əgər Şəvvalın 23-də zəngin olmuşsa, gələcək ilin Şəvvalın 23-də zəkat verər. Şəvval ayı gəlmədən Ramazan ayında versə də olar. Fəqət, Şəvval ayının 23-də təkrar malını hesablayar. Az vermişsə, üstünü düzəldər. Çox vermişsə, artıq verdiyi nafilə olar. Yəni zəkatı vaxtı gəlmədən öncə də vermək caizdir. Fəqət günü çatdıqda təkrar hesablaması lazımdır.

 Sual: Malımız nisaba çatdıqdan sonra bir il tamamlanan kimi dərhal zəkatını vermək fərzdirmi “Bu gün, sabah zəkat verəcəyəm” deyib ölərsə, miras buraxdığı maldan vermək lazımdır

CAVAB: Zəkat fərz olar-olmaz dərhal vermək lazım deyil. Vermədən ölərsə miras buraxdığı maldan verilməz. Bəzi alimlərə görə də zəkatı gecikdirmək məkruhdur, dərhal ilk fürsətdə vermək lazımdır.

 Sual: Zəngin olduğumuz tarix bəlli deyilsə, yəni xatırlamırıqsa, zəkatı nə vaxt verməliyik

CAVAB: Zənni-qalibə görə təxmini bir tarix qəbul edilir. Bundan sonra o tarix əsas götürülür.

 Sual: Nisab tarixim Ramazan ayının 1-ci günüdür. Mövcud mal varlığım nisab miqdarını keçir. Ramazanın 1-ci günü hansı saatdan etibarən zəkat mənə fərz olur

CAVAB: Şəri gün imsaq ilə başlar. İmsaq vaxtından etibarən zəkat sizə fərz olur.

Sual: Zəkat verəcəyim gün günorta vaxtı pulumu və ya qızılımı oğurlasalar, imsaq vaxtından sonra zəkat vermək mənə fərz olduğu üçün zəkat miqdarını daha sonra əlimə keçincə ödəməyim lazımdır

CAVAB: Xeyir. Özünüz tələf etmədiyiniz üçün vermək lazım deyil.

 Sual: Zəkat vermə günü çatdığı halda zəkatını verməyən, daha sonra kasıblaşıb, əlində heç bir pulu qalmayan kimsənin zəkat borcu əfv edilirmi

CAVAB: Malı özü tələf edərsə, zəkat borcu əfv edilməz. Pul öz-özünə tələf olarsa zəkat əfv edilər. Yəni malı özü xərcləyər və ya tələf edərsə zəkat əfv edilməz. Məsələn, birjada pulunu yox edərsə və ya avtomobil, soyuducu kimi şeylər alaraq pulunun hamısını xərclərsə zəkat əfv edilməz. Zəkatını ödəməsi lazımdır. Malı oğurlanarsa, itərsə, yanıb yox olarsa, yaxud borc və ya ariyet (malı əvəzsiz vermək) verib geri ala bilməzsə, o zaman zəkat vermək lazım olmaz.

 Sual: Hər il Şəvval ayının üçündə zəkat verirəm. Bu il zəkat günü dolmadan Ramazanda versəm olar Vaxtı gəlmədən verilərsə nafilə olar

CAVAB: Vaxtı gəlmədən vermək caizdir, nafilə olmaz. Zəkat vermə tarixi gəlincə nisabdan aşağı düşərsə, yəni dinən kasıb olsanız, ancaq o zaman nafilə olar.

 Şəvval ayının üçü gəlincə malınızı yenidən hesablayıb, əksik var isə verdiyiniz zəkatı tamamlarsınız. Artıq isə zərəri olmaz. Hətta daha vaxtı gəlmədən bir neçə ilin zəkatını öncədən vermək də caizdir. (Tahtavi)

 Bir kimsə zəkatını yanlış hesablayıb bir qızıl zəkat verməli olduğu halda iki qızıl hesablasa, kasıba verdikdən sonra təkrar hesablayıb bir qızıl verməli olduğunu anlasa, ikinci il verəcəyi zəkatdan bu bir qızılı çıxar. (Neməti-İslam)

  Sual: Keçən il 1 qızıl zəkatımı və gələcək iki ilə mahsubən də 2 qızıl verdim. Bu ilki zəkatım 2 qızıl tutdu. İkinci il üçün verilən qızılı bu ilə saysam caiz olar

CAVAB: Bəli.

 Sual: Miladi aylara görə zəkat vermək olar

CAVAB: Zəkat miladi aylara görə deyil, qəməri aylara görə verilər.

 Sual: Mənim zəkat vermə günüm Avqust ayının 10-dur. Bu il zəkat verəcək qədər mala borclarım səbəbiylə malik deyiləm. Ancaq Avqust ayının 15-dən sonra ərim maaşından mənə qızıl bijüteriya alacaq. Alacağı hədiyyə ilə birlikdə zəkata malik olsam zəkat verməyim lazımdırmı

CAVAB: Zəkat vermə günü 10 Avqust olmaz. Hicri, yəni qəməri aylara görə olar. Rəcəbin 10-u, Şabanın 7-si kimi. 10 Avqust hansı qəməri aya müvafiq gəlirsə o günü təsbit etməniz lazımdır. Keçən ilin Avqustun 10-u Rəbiüləvvəl ayının 28-nə müvafiq gəlir. Bu il isə Rəbiüləvvəl ayının 28-i İyulun 30-na müvafiq gəlir. 30 İyulda dinən zəngin sayılmasanız, yəni 96 qram qızılınız olmasa, kasıb sayılmış olacaqsınız. Bundan sonra zəngin olmağınızın önəmi yoxdur. Yəni, yeni bir tarix təsbit etməyiniz lazımdır. Tutaq ki, Avqustun 20-də zəngin oldunuz, bunu qəməri aya görə təsbit edin. Gələn il o ayın o günü gəlincə zəngin olsanız zəkat verin. Yenə də zəngin olmasanız, yeni bir zənginlik tarixini gözləyin.

 Sual: Bölünməmiş malın zəkatı necə verilər

CAVAB: Dərhal və ya gələcəkdə verilər.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину