Facebook Twitter WhatsApp

Evi olmayan da zəkat verər

Sual: Bir təqvim vərəqində eynilə belə deyilir:

“Zəkat verilən malın həm borcdan, həm də sahibinin əsas ehtiyaclarından artıq olması şərtdir. Orta səviyyəli bir yaşayış əsas ehtiyacların başıdır. Eyni zamanda ailə üzvlərinin himayəsində olanların bir illik nəfəqəsi olmalıdır. Əlindəki qızılı və ya hazır pulu nisab miqdarına çatsa belə, başını soxacaq orta səviyyəli bir evi və bir illik nəfəqəsi olmayan bir şəxsə zəkat fərz deyildir. Bu nəyə oxşayar? Suyu olan bir yolçu yolda susuz qala biləcəyini nəzərə alaraq suyunu işlətməyib təyəmmüm edər. Belə bir vəziyyətdə su yox hökmündə olduğu üçün təyəmmüm caizdir. Bunun kimi, bir şəxsin əsas ehtiyaclarına sərf ediləsi nisab miqdarından çox pulu olsa belə yox halındadır. Məsələn, bir şəxsin qırx qoyunu olarkən birini zəkat verməsi lazımdır. 39 qoyunu olarkən arada bir fərq olmasına baxmayaraq zəkat düşmür. Çünki, Allahu təala ayəti-kəriməsində “Allah sizin üçün asanlıq istəyər, çətinlik istəməz” buyurur. (Bəqərə 185) Allahu təala heç kimi gücündən artıq yüklə yükləməz.

Elə zənginlər vardır ki, pulu evə yatırım etmir, evə verəcəyi pulla ticarət edir və ya istiqraz alıb ev kirayəsindən daha çox gəlir əldə edir. Evi yoxdur deyə belə zənginlərə də zəkat fərz deyilmi?

CAVAB

Dinimizdə dörd dəlil vardır. Ağıl dəlil deyildir. Dörd dəlilin heç birində evin olmamasının şərti açıqlanmır. Mövzunu açıqlayan fiqh kitabları varkən bunu ağılla izah etməyə çalışmaq, əlbəttə ki, həqiqəti məhv etmək deməkdir.
Heç bir fiqh kitabında “Evi olmayan zənginə zəkat verilmir” deyə bir şərt qoyulmadığı kimi “bir illik nəfəqə” şərti də yoxdur. Bu tamamilə şəxsi fikirdir.

Zəkatı təyəmmümə bənzətmək də şəxsi müqayisədir. “Allah asanlıq istəyər, çətinlik istəməz” ifadəsini evi olmasına dəlil gətirmək necə də yanlışdır.
Rahatlıq olsun deyə incə corabın üstünə məsh çəkmək, 5 vaxt namazı bir vaxtda qılmaq dini dəyişdirməkdir. Sübh namazına qalxmaq çətindir, Allah asanlıq istəyir deyə sübh namazını qılmamaq asan olsa da, dinə ziddir. Bir ay Ramazan orucu çoxdur deyə, üç gün oruc tutmaq asandır, amma Allahın əmri yerinə yetirilmiş olmaz. Bir gün oruç tutmaq daha asandır. Ən asanı isə heç oruc tutmamaq və heç zəkat verməməkdir. Bu o deməkdir ki, ölçü rahatlıq deyil, dinin əmrinə tabe olmaqdır. Dinimiz qırx qoyundan biri zəkat olaraq verilir, buyurur. Ondan aşağısına zəkat düşmür, deyir. Din nə əmr edirsə, odur.
Hədisi-şəriflərdə buyurulur ki:

“20 dinar olana qədər qızılın zəkatını vermək lazım deyil. 20 dinar olsa, üstündən də bir il keçərsə, yarım dinar zəkat vermək lazımdır. Daha çox olarsa, hesabı ona görədir”. [Əbu Davud]

“Gümüş 200 dirhəmə çatanda 5 dirhəmi zəkat verilir”.  [Əbu Davud]

“Nisaba çatıb zəkatı verilən mal, kənz (yığılmış) deyildir.] [Əbu Davud, Hakim, Hətib]

Aşağıdakı yazılar Rədd-ül-muxtar, Dürər Gurər, Hindiyyə, Səadəti-Əbədiyyə, Cəvhərə, Dürr-ül-müntəqa, Camiur-rümuz, Uyun-ül-bəsair, Tahtavi kimi qiymətli əsərlərdən götürülmüşdür:

İslamiyyətə uyğun və rahat yaşaya bilmək üçün istifadə edilməsi lazım olan şeylərə ehtiyac əşyası deyilir. Bunlar qida, geyim, ev kimi şeylərdir. Bu ehtyac əşyaların mövcud olması şərt deyil. Əgər mövcuddursa, zəkat nisabına qatılmaz. Ehtiyac əşyasını almaq üçün yığılan pul nisab hesabına qatılar. Zəkat üçün ehtiyac əşyasına malik olmaq şərt deyildir. Bu əşya mövcuddursa nisaba qatılmaz.
Qızıl və ya gümüş pul və ya qadınların zinət əşyası kimi istifadə olunsa, ev, ərzaq məhsulları, kəfən almaq üçün saxlanılsa, qılınc kimi ehtiyac əşyası kimi olsalar da, zəkat nisabının hesabına qatılar.

Ticarət əşyası olmayan ev, mənzil, usta dəzgahı, yük maşını, gəmi və avadanlıqların zəkatı verilmir. Bir illik ev ehtiyacı üçün ayrılmış qidaların da zəkatı verilmir. Qida, içki, geyim və sığınacaq kimi zəruri nəfəqədən olan ehtiyac əşyası almaq üçün saxladığı qızıl, gümüş və kağız pulun hamısı nisab hesabına qatılır, yəni zəkatları verilir.


Evi olmayan zənginlər

Sual: Bir yazıçı deyir ki:

“Zənginin evi yoxdursa, kirayədə qalırsa, zəkat verməz. Ev onun ehtiyacıdır. Nağd pulun zəkat ölçüsü 2.5 %-dir. Ev almaq üçün yığılan pula görə hesablanan zəkat böyük məbləğ edir. Məncə ev alana qədər bu pul zəkatdan azad edilməlidir. Quranda nisabla bağlı bir ayət yoxdur. Ancaq nisabı haqqında hədislər ilə Peyğəmbərin tətbiqi və fiqhçilərin görüşləri var. Həzrəti Peyğəmbərin tətbiqi öz dövrünün orta səviyyəli zənginlik ölçüsünü göstərən ictihadına əsaslanır. Peyğəmbərin ictihadı məcburi deyil, tövsiyə edicidir. Yəni, dəyişməz bir ölçü deyildir. Nisab, günün şərtlərinə uyğun olaraq yenidən müəyyən olunmalıdır”.

Quranda nisab miqdarı yoxdur deyir. Quranda beş vaxt namazın vaxtları da yoxdur. Amma, Rəsullulah bunu bildirmədimi? Niyə onun bəyanatı məcburi deyil? O zaman namaz vaxtları da, namazın fərzləri də məcbur olunmayıb islahat edilmək istənilirmi? Bu yazıçının fikirləri doğrudurmu?

CAVAB

Dəvəyə boynun əyridir deyilib, haram düzdür ki, deyib. Yuxarıdakı şərhlər tamamilə yanlışdır. Yazıçı əsrlərdən bəri gələn fiqh kitablarının heç birinə etimad etməyir, fiqhçilərin rəyidir deyə, bəsit qəbul edir. Hətta, Rəsulullah əfəndimizin verdiyi fərmanlarına belə ictihad deyir, əsas ola bilməz, bunlar dəyişməlidir, deyir. Yazıçıya hədisi-şərifləri bildirsək əsas deyil, deyəcək. Məzhəbimizin fiqh kitablarını dəlil gətirsək, onlar bir fikirdir, mənim də fikrim var, deyəcəkdir. Bu insan heç bir məzhəbi qəbul etmir. Biz isə məzhəbə inan, Rəsulullahın qoyduğu hökmləri əsas və fiqh kitablarını sənəd qəbul edən oxuyucularımız üçün bütün mötəbər fiqh kitablarında yazılı olan məzhəbimizin hökmlərini bildiririk: 

1- Qızıl, gümüş və ticarət əşyasında zekat nisabı qırxda birdir.

2- Qoyunda qırxda bir, qaramalda otuzda bir, beş dəvədə də bir qoyun.

3- Mədənlərdə beşdə bir, torpaq məhsullarında onda birdir. Pulla sulanarsa, iyirmidə birdir.

Burada bəyan edilən zəkata tabe olan mallar çox ucuzlaşsa və ya çox bahalaşsa da yenə ölçüləri qiyamətə qədər dəyişməz. Məzhəbsizlər bəyənməyib dəyişdirsələr də, dəyişmiş sayılmaz.

Elə  zənginlər var ki, pulu evə yatırım etmir, evə verəcəyi pul ilə ticarət edir və ya istiqraz sənədi alıb ev kirayəsindən çox qazanc əldə edir. Bu yazıçıya görə, bu cür zənginlər də evi olmadığı üçün zəkat vermir.

Etibarlı fiqh kitablarında pul nə üçün yığılırsa yığılsın, nisaba çatırsa, zəkat vermək lazım olduğu yuxarıdakı yazıda bildirildi.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину