Sual: Ən üstün sədəqə nədir?
CAVAB: Bu sədəqə verənin və ya verilənin vəziyyətinə görə dəyişər. Məsələn, ac bir kimsə varsa onu doydurmaq ən üstün sədəqə olar. Bir kimsənin maddi imkanı olmayan borclu bir yoldaşı varsa, onun üçün ən üstün sədəqə yoldaşını borcdan qurtarmaq olar. Hədisi-şəriflərdə buyuruldu ki:
“Ən üstün sədəqə su verməkdir” (Nəsai)
“Ən üstün sədəqə ac bir canlını doyurmaqdır” (Bəyhəqı)
“Ən üstün sədəqə iki kimsənin arasını düzəltməkdir” (Tabərani)
“Ən üstün sədəqə dilini tutmaqdır” (Deyləmi)
“Ən üstün sədəqə gizli veriləndir” (Tabərani)
“Ən üstün sədəqə elm yaymaqdır” (Tabərani)
“Ən üstün sədəqə elm öyrənib, başqasına da öyrətməkdir” (İbni Macə)
“Ən üstün sədəqə kin bəsləyən yaxınına veriləndir” (Tabərani)
“Ən üstün sədəqə sağlıqlı, mala tamahı çox olub, zənginliyi umub kasıblıqdan qorxarkən verilən sədəqədir.” (Müslim)
“Ən üstün sədəqə doğru sözü yerində söyləməkdir” (Hakim)
“Ən üstün sədəqə Ramazanda veriləndir” (Tirmizi)
Sədəqədə öncəlik
Sual: Sədəqə verərkən, öncəlik sırası necə olmalıdır?
CAVAB:
Bu, adamın vəziyyətinə görə dəyişər. Məsələn, borcu olanın əvvəl borcunu ödəməsi lazımdır, amma kreditli borcu olub, günü gələndə ödəyə biləcək olan, borcu bitmədən də sədəqə verə bilər. Zəkat borcu varkən verilən sədəqə də qəbul olmaz. İmamı Rəbbani həzrətləri buyurur ki:
“Zəkat niyyətiylə kasıba bir qızıl vermək, yüz min qızıl sədəqə verməkdən daha savabdır, çünki zəkat vermək fərzi yerinə yetirməkdir. Sədəqələrsə nafilə ibadətdir. Fərz ibadətlərin yanında nafilə ibadətlərin heç bir dəyəri yoxdur. Dəniz yanında damcı belə deyildir. Şeytan aldadaraq qəzaları qıldırmayıb nafilələri gözəl göstərir. (3/17)
Öz ailəsinin ehtiyacını təmin etmədən də başqasına sədəqə verilməz. Sədəqə verərkən öz ailəsindən sonra saleh olan kasıb qohumlara öncəlik verməlidir. Bir hədisi-şərif məali də belədir:
“Kasıba verilən sədəqə bir sədəqə ikən, qohuma verilən sədəqə həm sədəqə və həm də silayi-rəhm (qohum ziyarəti) olmaq üzrə iki sədəqədir.” (Nəsai)
“Yaxın qohuma və qonşuya verilən sədəqənin savabı iki qat çoxdur.” (Tabərani)
Bir qadın da Rəsulullaha, “Kasıb ərimə hədiyyə versəm, sədəqə yerinə keçərmi?” deyə sual etdiyi zaman Peyğəmbər əfəndimiz buyurdu ki:
“İki savab vardır. Biri sədəqə, digəri də silayi-rəhm savabı.” (Buxari)
В корзине: 0 шт.
на сумму: 0