Facebook Twitter WhatsApp

Kim kimə təzyiq edir?

Sual Qadınların örtünməsi açıq gəzən qadınlar üçün təzyiqə səbəb olmazmı? Örtünən qadınların yaxşı müsəlman kimi tanınmasına, açıq-saçıq gəzən qadınlara pis gözlə baxılmasına səbəb olmazmı?

CAVAB

Bunlara olar deyilərsə, onda bunun əksini də düşünmək olar. Açıq gəzənlər qapalı gəzənlərə təzyiq etmiş olmazmı? Açıq gəzən qadınların müasir, mədəni, bilikli olmasına, qapalı qadınlara köhnə düşüncəli, cahil gözü ilə baxılmasına səbəb olmazmı, demək də ola bilər. Müsəlman qadınlar belə bir şey düşünmədiyinə görə açıq-saçıq gəzənlər niyə təzyiqə məruz qaldıqlarını düşünsün ki? Açılma azadlığına razı olmaq, qapanma hüriyyətinə yox demək, hansı demoktariya ilə uyğundur? Bir cəmiyyətdə hər cür insan tapılar, sağçı və ya solçu tərəfi də olur. “Solçu yaşasın, sağcı ölsün” demək faşist zülmü olmazmı?

Müsəlman içki içən və ya başqa bir günah işləyən birini görəndə öz günahını xatırlayar. Öz günahları bağışlanmasa, başına nələr gələcəyini, hansı əzabları çəkəcək deyə düşünər. Başqalarını qınamağın, pisləməyin, qeybət etməyin haram olduğunu bilir. Onların günahlarından daha böyük günah işləməkdən çəkinər. Ona görə də müsəlmanlardan qorxmamaq lazımdır. Heç kimə təzyiq etməz, öz qüsurları ilə məşğul olar.

Müsəlman, Allahu təalanın yaxşılıq edənləri, insanlara xidmət edənləri, şirin dilli, gülər üzlü olanları, yaxşı işlər görənlərə kömək edənləri sevdiyini bilir və bu cür olmağa çalışır. Günah işləyənlərə pis gözlə baxmaz. Müsəlman heç kimi dili ilə, əli ilə incitməz. Başqasını incitmək günahdır və fitnə çıxmasına səbəb olar.

Müsəlman ideal insandır

Müsəlman günah işləməkdən çəkindiyi kimi, qanunlara qarşı çıxmaqdan, cinayət etməkdən də çəkinər. Hər kəsin sevgisini, hörmətini qazanan şərəfli bir insan olmaq üçün çalışar. Heç kimə zərəri toxunmadığı üçün müsəlman hər rejim, hər ölkə üçün ideal insandır. “İslamçıyam” deyərək, cəmiyyətdə fitnə çıxarmağa çalışan bəzi insanlara baxıb müsəlmanlığın zərərli olduğunu düşünmək çox yanlışdır. Bəzi həkimlərin xətasını tibbə aid etmək yanlış olduğu kimi, bəzi müsəlmanların da xətalarını müsəlmanlığa bağlamaq əsla düzgün deyil.

Müsəlman heç kimə zərər verməz. Bir neçə hədisi-şərif məalı belədir:

“İnsanların ən yaxşısı insanlara yaxşılıq edəndir. İnsanların ən pisi insanlara zərər verən, onları incidəndir.” [R. Nasihin]

“Ən pis insan, zərərindən qurtulmaq üçün yanına yaxınlaşılmayan insandır.” [Buxari]

“Daim yaxşılıq edən, pislik etməkdən uzaq olan şəxsə müjdələr olsun!” [Buxari]

“Xasiyyəti gözəl olan, hamıya qarşı mülayim davranan və heç kimə pislik etməyən yaxşı bir insandır.” [Bəriqa]

“Xalqın hörmətlisi onlara xidmət edəndir.” [Əbu Nuaym]

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину