Facebook Twitter WhatsApp

Qüslü gecikdirmək

Sual: İşanı qıldıqdan sonra cünub olan nə vaxta qədər cünub qalsa, günah olmaz?
CAVAB
İşa namazını qıldıqdan sonra cünub olanın sübh namazına qədər qüslünü gecikdirməsi caiz olsa da, dərhal yuyunması, əlbəttə, çox yaxşı olar. İmam Qəzali həzrətləri “Cünub olub qüsl almadan bir namaz vaxtını keçirənə atəşdən köynək geydiriləcək” buyurur. Namaz qılan və qılmayan hər kəs bir namaz vaxtını cünub keçirsə, çox əzab görər. Məsələn, zöhr azanından sonra cünub olanın zöhr namazını qılmamışsa, əsrin vaxtına zöhrü qılacaq qədər zaman qalınca qüsl alması fərz olar. Fərzi etmək çox savab, etməmək böyük bir günahdır. Hədisi-şəriflərdə buyurulur:

“Cünub olunca tez qüsl alınmalıdır! Çünki kiramən-katibin mələkləri cünub gəzəndən inciyir”. [“Ey oğul” elmihalı]

“Canlı rəsmi, it və cünub olan otağa rəhmət mələkləri girməz”.
[Nəsai]

“Cünuba, sərxoşa rəhmət mələyi yaxınlaşmaz”.
[Bəzzar]

“Qüsl almaq üçün qalxana üzərindəki tük sayı qədər savab verilər, o qədər günahı bağışlanar, Cənnətdəki dərəcəsi yüksələr. Qüslü üçün ona veriləcək savab dünyada olan hər şeydən daha xeyirli olar. Allahu təala mələklərinə "Baxın bu qulum gecə ərinmədən qalxıb əmrimə uymaq üçün qüsl alır. Şahid olun ki, bunun günahlarını əfv və məğfirət etdim" buyurar”.
[Qünyə]


Qüslü tərk edən
Sual:
Qüslü tərk edən dindən çıxarmı?

CAVAB
Qüslü tərk edən dindən çıxmasa da, böyük günah işləmiş olar. Cünub gəzən namaz qıla bilməz. Namaz qılmamaq insanı küfrə sürüyən böyük günahlardandır. Belə bir adamın da imanını itirməsi çox asandır. Buna görə qüslü gecikdirmək olmaz! Hədisi-şərifdə buyurulur:

“Allahu təala buyurur ki: Bu üç şeyə davam edən həqiqi dostumdur. Bunları tərk edən də həqiqi düşmənimdir. Bu üç şey namaz, oruc və cənabətdən qüsldür”. [Beyhəki]

Allahu təalanın “düşmənim” dediyi və rəhmət mələklərinin uzaq durduğu bir adamın evində hüzur, bərəkət deyə bir şey qalarmı?

Gənclər və qüsl
Sual:
Səhər ihtilam olaraq qalxdığımda qüsl almağım lazım gəlir. Lakin məktəbə gecikməmək üçün qüslü namaz vaxtları keçsə də, məktəbdən gəldikdən sonra almağım mümkündürmü?

CAVAB
İki dəqiqədə qüsl almaq mümkündür. Namaz vaxtlarını cünub keçirmək haramdır. Namaz qılmamaq da ayrıca haramdır. Çiftə haram işləmək daha böyük günahdır.


Cünub gəzmək
Sual:
Anamla atam mənim tez-tez duş qəbul etməyimə mane olurlar. Cünub gəzirəm. Cünub ölən kafir kimi ölər?

CAVAB
Cünub gəzmək böyük günah olsa da, cünub gəzərək günah işləyənə kafir deyilməz. Namaz qılmamaq çox böyük günahdır. Cünub gəzən namaz da qıla bilməz. Uyğun bir şəkildə yuyunmağınızın lazım olduğunu bildirməlisiniz.


Heyzi bitən qadın
Sual:
Səhər günəş çıxanda heyzi bitən qadın zöhr namazına qədər qüslü gecikdirə bilərmi?

CAVAB
Heyzi bitən qadın cünub olar. Zöhr namazını vaxtında qılacaq qədər qüslü gecikdirməsi caiz olar. Lakin ilk fürsətdə qüsl alması yaxşı olar. Çünki bir hədisi-şərif tərcüməsi belədir:
“Cünub olunca tez qüsl alın. Çünki kiramən-katibin mələkləri cünub gəzən adamdan inciyir”.
[“Ey oğul” elmihalı]


Cünub ikən ölmək
Sual:
“Cünub ikən ölən kafir kimi ölər” deyilir. Belə bir şey vardırmı?

CAVAB
Xeyr, elə bir şey yoxdur. Əshabi-kiramdan Hənzələ həzrətləri qüsl almağa vaxt tapa bilmədiyi üçün, Uhud döyüşündə cünub olaraq şəhid olmuş, mələklər yumuşdu. Buna görə “Qasilül-məlaikə” adı ilə şərəflənmişdi.Mələklərin yuduğu, qüsl aldırdığı şəxs deməkdir.