Facebook Twitter WhatsApp

Maliki məzhəbində Heyz və Zahılıq

1- Heyzin ən azı yoxdur. Bir damcı gəlsə də heyz qəbul edilir. Ən çoxu isə 15 gündür. 15 gündən artıq gələrsə istihazə [üzr] olur. [Hənəfi məzhəbində heyzin ən azı 3, ən çoxu 10 gündür. Bundan azı və ya çoxu istihazədir. Maliki məzhəbini təqlid edən qadın Hənəfiyə görə istihazə olub, Malikiyə görə heyz olan günlərdə namaz qılmaz, istihazə olan bu günləri daha sonra qəza edər. Məsələn, Hənəfidə bir qadının adəti gün olsa, 8-ci, 12-ci və 14-cü günləri qan görsə, Hənəfiyə görə adəti yenə 5-dir, qan görülən 8-ci, 12-ci və 14-cü günləri istihazədir. Malikidə isə adətinin ən çoxunun üç gün artığı keçərli olur. Yəni, adəti 5 gün olduğu üçün adəti 8 günə qalxmış olur, digər günlər istihazə olur.] 

2- İkinci heyzin ola bilməsi üçün aradan ən az 15 gün keçməsi lazımdır. 15 gün keçmədən qan gələrsə, bu heyz deyildir, istihazədir. Qüsul almadan namaz qılınır. [Hənəfidə də belədir.]
3- Ayisədən [70 yaşından sonra] gələn qan heyz deyil, istihazədir. [Hənəfidə ayisə yaşı 55-dir, Malikini təqlid edən qadın bu günlərdə qan gələrsə, namaz qılmaz; amma kəsildikdə qəza edər.] 
4- Hamilədən və doğuşdan əvvəl gələn qan heyzdir. [Hənəfidə istihazədir. Malikini təqlid edən qadın bu qanlı günlərdə orucunu tutar, ancaq namaz qılmaz. Namazını daha sonra qəza edər.] 
5- Qeysəriyyə ilə, yəni qarın yarılaraq uşaq çıxarıldıqda gələn qan zahılıq olmaz. [Hənəfidə zahılıq olur. Malikini təqlid edən Hənəfi bu vəziyyətdə məzhəbi olan Hənəfiyə tabe olmalıdır]. 

6- Zahılıqda qan gələn günlərin cəminin ən çox müddəti 60 gündür. [Hənəfidə zahılığın başlanğıcından 40 günə qədər keçən təmiz və qanlı günlərin cəmidir. Malikini təqlid edən zahılıq adətindən sonrasını və ya zahılıq adəti yoxdursa, 40 gündən sonrasını qəza edər.] 
7- Zahılıq görərkən 15 gün heç qan gəlməsə, artıq təmizlənmiş sayılır. Bu 15 günlük təmizlikdən sonra yenidən qan gələrsə, bu qan zahılıq deyil, heyz qanıdır. [Hənəfidə isə 40 günə qədər zahılıqdır.]

8- Zahılıqda 15 gün keçmədən yenə qan gələrsə zahılıq qanı olur. 15 gün keçdikdən sonra gələrsə heyz olur. Zahılıq qanları arasında 15 və ya daha artıq təmizlik olarsa, artıq zahılıq bitmiş deməkdir, 60 günü gözləmək lazım deyildir. 15 gün və ya daha sonra qan gələrsə bu zahılıq deyil, heyz qanı olur.

9- Heyz və ya zahı qadının göbəklə diz arasına çılpaq vəziyyətdə toxunmaq caiz deyildir. 
10- Malikidə adətindən ən çoxunun üç gün artığı heyz olur. Daha çoxu və 15 gündən çoxu istihazə olur. (S. Əbədiyyə)

Yəni, bir qadının adəti azalıb artarsa və ən çoxu 9 gün olsa, son ay 14 gün qan görsə, Malikiyə görə bunun ancaq, 9 + 3 = 12 günü heyz, digər iki qanlı gün istihazə olur. Hənəfiyə görə isə, heyzi yenə 9 gün olur, digər qanlı günlər istihazə olur. Əgər kəsilmədən 15 gün davam etsə, Malikiyə görə yenə 12 günü heyz, geri qalanı istihazə olur. Malikini təqlid edən qadın adəti olan 9 gündən sonra qıla bilmədiyi namazları qəza edər.

Malikiyə görə heyz

Sual: Maliki məzhəbini təqlid edən bir Hənəfînin heyzinın ən çoxu 6 gün olan indi bu cür olmuşdur:
1-ci ay: 18 təmiz 5 qan,

2-ci ay: 15 təmiz 12 qan,

3-cü ay: 19 təmiz 14 qan,

4-cü ay: 25 təmiz 15 qan,

5-ci ay: 40 təmiz 8 qan,

6-cı ay: 25 təmiz 11 qan.

Hansı günləri heyzdir?

CAVAB
1-
 Birinci aydakı adət normaldır.

2- İkinci aydakı qanın vəziyyəti 10 günü keçdiyi üçün istihazə var deməkdir. Hənəfiyə görə qanlı günlər əvvəlki adətə gün təsadüf etdiyinə görə yalnız təsadüf edən bu günlər heyz olur. 12 qanlı günün ilk 3 günü istihazə, 5 günü heyz, sonrakı qanlı gün yenə istihazə olur. Təmizlik günlərinin sayı dəyişməz. Heyzinın ən çoxu 6 gün olduğuna görə ikinci ayda Malikiyə görə heyzi 6 + 3 = 9 gün olur. Heyzinın ən çoxu da 9 günə qalxmış olur. 11-ci gün qan gəldikdə istihazə olduğu aydın olur, təsadüf edən yəni yeni adəti olan 5 gündən əvvəlki gün ilə sonrakı günü qəza edər.

3- Üçüncü aydakı qanlı günlər yenə 10 günü ötdüyünə görə istihazə var deməkdir. İstihazə olduqda, istihazə olmayan son aydakı vəziyyət əsas götürülür. Hənəfiyə görə 14 qanlı günün əvvəlki adətə təsadüf edən ilk 4 günü heyz olur. Geri qalan 10 gün istihazə olur. Malikiyə görə isə ikinci aydakı heyzi, heyzinın ən çoxu gün olduğuna görə ən çox 9 + 3 = 12 gün olur. Son 2 günü istihazə olur. 12-ci günün sonunda qüsul almaq lazımdır. Hənəfiyə görə ilk 4 heyzdən sonra qılınmayan 8 günlük namaz qəza edilir.

4- Dördüncü aydakı qanlı günlər 10 günü ötdüyü üçün istihazə var deməkdir. İstihazə olduğu üçün yenə birinci aydakı adət əsas götürülüb ona uyğun hesablanır. Hənəfiyə görə əvvəlki adətə təsadüf edən qanlı gün olmadığından əvvəlki adət günü əsas götürülür. Heyzi 5 gün olur. Malikiyə görə isə ən çox görülən heyz 12 gün olduğundan, 12 + 3 = 15 günə qədər gələnlər heyz olur. 15-ci günün sonunda qüsul alınır. Hənəfiyə görə qılınmayan 10 günlük namaz qəza edilir.
5- Beşinci ayda istihazə olmadığı üçün keçərli olan ilk heyz nəzərə alınmaz. Hənəfiyə görə heyzi 8 günə, təmizlik də 40 günə qalxmış olur. Malikidə də heyzi gün olur.
6- Altıncı aydakı qanlı günlər 10 günü ötdüyü üçün yenə istihazə var deməkdir. Beşinci aydakı keçərli heyz əsas götürülür. Heyzi 8 gün, son 3 günü də istihazə olur. Malikiyə görə isə 11 günə qədər heyz sayılacağı üçün, 11-ci günün sonunda qüsul alıb 8 gündən sonra qılmadığı 3 günü qəza edər.

Maliki məzhəbində heyzin dəyişməsi

Sual: Malikini təqlid edən bir Hənəfînin heyzinin ən çoxu 8 olan indi bu cür olmuşdur:
1-ci ay: 45 təmiz 3 qan,

2-ci ay: 38 təmiz 13 qan,

3-cü ay: 43 təmiz 14 qan,

4-cü ay: 70 təmiz 4 qan,

5-ci ay: 49 təmiz 15 qan,

6-cı ay: 15 təmiz 11 qan.

Hansı günləri heyzdir?

CAVAB
1- 
Birinci aydakı adət normaldır.

2- İkinci aydakı heyzin vəziyyəti  10 günü keçdiyi üçün istihazə var deməkdir. Hənəfiyə görə qanlı günlər əvvəlki adətə 3 gün təsadüf etdiyinə görə, yalnız təsadüf edən bu günlər heyz olur. 13 qanlı günün ilk 7 günü istihazə, əvvəlki adətə təsadüf edən 3 gün heyz, son 3 gün də yenə istihazədir. Malikiyə görə isə ən çox görülən heyz gün olduğundan, 8 + 3 = 11 günə qədər gələnlər heyz olur. 11-ci günün sonunda qüsul alıb qılınmayan ilk 7 günlük və 3 gün heyzdən sonrakı 1 günlük namaz qəza edilir. Son iki günü hər iki məzhəbdə də istihazə olduğu üçün hər halda namaz qılınır.

3- Üçüncü aydakı qanlı günlər yenə 10 günü ötdüyünə görə istihazə vardır.
İstihazə olduqda istihazə olmayan ən son aydakı vəziyyət əsas götürülür. Nümunədə birinci ay əsas götürülür. Hənəfiyə görə 14 qanlı günün ilk 2 günü istihazə, 3 gün əvvəlki adətə təsadüf edən heyz sonrakı 9 gün də yenə istihazədir. Malikiyə görə isə ən çox görülən heyz bir öncəki ayda 8 + 3 = 11 idi. Bu ay isə 11 + 3 = 14 olduğuna görə 14-cü günün sonunda qüsul almalıdır. Hənəfiyə görə qılınmayan ilk günlük və 3 heyzdən sonrakı 9 günlük namaz qəza edilir.
4- Dördüncü ayda istihazə olmadığı üçün keçərli olan ilk heyz nəzərə alınmaz. Hənəfiyə görə heyzi 4 günə, təmizlik də 70 günə qalxmış olur.

5- Beşinci ayda qanlı günlər 10 günü ötdüyü üçün yenə istihazə vardır. İstihazə olduğu üçün bir öncəki aydakı adət əsas götürülüb ona uyğun hesablanır. Bir öncəki aydakı keçərli adəti 4 gündür. Hənəfiyə görə əvvəlki adətə təsadüf edən qanlı gün olmadığına görə öncəki adət günü əsas götürülür. 49 təmiz 4 heyz, geri qalan 11 gün istihazə olur. Malikiyə görə isə ən çox görülən heyz bir öncəki ayda 11 + 3 = 14 idi. Bu ayda isə 14 + 3 = 17 olan bu say 15-i keçdiyi üçün artıq heyz 15 qəbul edilir. 15-ci günün sonunda qüsul alıb qılınmayan 11 günlük namaz qəza edilir.

6- Altıncı aydakı qanlı günlər 10 günü ötdüyü üçün yenə istihazə vardır. Dördüncü aydakı keçərli heyz əsas götürülür. Hənəfiyə görə 11 qanlı günün ilk günü heyz, qalan 7 günü də istihazə olur. Malikiyə görə isə 11-ci gün dolduqda qüsul alıb, qılınmayan günlük namaz qəza edilir.