Facebook Twitter WhatsApp

Adaq və and kəffarəsi

Sual: Adaq yerinə and içmə kəfarəti verilə bilər? Türbələrə adaq adanmaz, deyilir. Bu doğrudurmu? Beyhəqınin rəvayət etdiyi “Təyin etmədiyi nəzir deyənin, günah olan və ya gücü catmayacaq şeyi nəzir edənin kəfarəti and içmək kəfarətidir məalındakı hədisi izah ed bilərsiniz?
CAVAB
Hədisi şərifdə bu 3 məsələ bildirilmişdir:

  1. Nəzirim olsun deyər amma nəyi adadığını deməz və niyyət etməzsə, and içmək kəfarəti verir.
    2. Sağalsam bir şüşə şərab içəcəm deyən, şərab içməz və and içmək kəfarəti verər.
  2. Hər dəfə siqaret çəkəndə min dollar sədəqə verəcəm deyen bir dəfə and içmək kəfarəti verər.

Bu mövzularla bağlı məsələlər belədir:

Bir nəfər vallahi Allah rizası üçün oruc tutum, deyərək həm adaq həm də and olmasını niyyət edərsə, həm adaq həm də and içmək olur. Bu orucu pozarsa həm qəza həm də and içmək kəfarəti lazım olar.

Həyata keçməsini istəmədiyi şeyi şərt qoşarsa, istəmədiyi şey həyata keçincə oruc, sədəqə, nafilə, namaz kimi adaqlarını istərsə edər. İstəməzsə etməyib and içmək kəfarəti verər. Məsələn, Əli ilə danışsam Allah üçün yüz manat sədəqə nəzrim olsun deyib Əli ilə danışarsa, istərsə sədəqə verər, istərsə verməyib and içmək kəfarəti verər. Və ya filan adamın cantasını oğurlayarsam bir ay oruc nəzirim olsun desə, oğurlamadan oruc tutar və ya and içmək kəfarəti verər. (Tahtavi)

Xəstəm sağalarsa, Allah üçün bu qədər sədəqə vermək və savabını Seyyid Əhməd Bədəvi həzrətlərinə bağışlamaq nəzirim olsun desə, xəstə sağalmadan əvvəl nəzirini yerine yetirməsi caiz olmaz. Xəstə sağaldıqdan sonra eləmesi lazımdır. (Tahtavi)

Ya Rabbi, xəstəmi sağaldarsan bu türbənin yanındakı kasıblara bu pulu sənin üçün adaq adadım. Sədəqə savabını da bu Vəlinin ruhuna bağışladım demək, caizdir.

“Ey pir, xəstəmi sağaldarsansa, sənin üçün adaq kəsəcəm”, demək uyğun deyil.

Şərtlərə bağlı olaraq övliya zatlara adaq adamaq da, özünü günahı çox, dua etməyə üzü yox bilərək mübarək birini vəsilə edib Allahu təalaya yalvarmaq deməkdir. Məsələn, “Xəstəm sağalarsa və yaxud bu işim alınarsa, savabı Seyyidət Nəfisə həzrətlərinə olmaq şərti ilə, Allah üçün üç Yasin oxumaq və ya bir qoyun kəsmək nəzirim olsun” deyincə bu istəyin qəbul olduğu çox görülmüşdür. Burada Allahu təala üçün Qurani-Kərim oxuyub və ya qoyun kəsib savabı Seyyidət Nəfisə həzrətlərinə bağışlanmaqda, onun şəfaəti ilə Allahu təala xəstəyə şəfa verməkdə, qəzanı, bəlanı götürməkdədir. Qoyunu qəbrin yanında kəsmək haramdır. Heç bir qəbrin yanında kəsmək olmaz. Bütə sitayiş edənlərin bütün yanında kəsmələrinə bənzətmək olmaz. İbni Abidinin nafilə namazları adaq edərək qılmağı izah edərkən bildirdiyi hədisi-şərifə görə, bir məqsəd üçün adaq edilən bir ibadət o məqsədi həyata keçirməz. Bu ibadət o məqsədin həyata keçməsi üçün edilməz. Allahu təala o ibadətdən ötrü və ya sevdiyi bir quluna edilən yaxşılıqdan ötrü mərhəmət edərək o arzunu qəbul və ehsan etməkdədir.                                ( S. Əbədiyyə)
Sual: Xəstəliyim sağalarsa ömrüm boyu Rəcəb ayında oruc tutacağıma dair adaq adadım. Oruc yerinə and içmək kəfarəti versəm caiz olar?

CAVAB
Bəli, and içmək kəfarəti verməyiniz, caizdir. (Rədd-ül muxtar)

Sual: “Hər siqaret çəkərkən 10 manat verəcəm” deyə adaq adadım. Caizdir?

CAVAB
İmkansız şeyi nəzir etmək and içmək olar. Kəfarət verilər.

Sual: “Bu işim olarsa her ay bir xoruz kəsib sədəqə verəcəm” deyə adaq adadım. Ömür boyu kəsməyim lazımdır?

CAVAB

“Hər ay” deyiləndə neçə ay olduğu bilinmədiyi üçün nəzir olmaz and içmək kəfarəti verilər.
Sual: Nəzirim olsun yəni adağım olsun desə, nəyi adadığını deməsə, niyyət də eləməsə, nə etməsi lazımdır?

CAVAB
And içmək kəfarəti verməsi lazımdır.

Sual: Uşağıma əsəbləşdim. Sənin gözünü çıxartmaq Allah üçün adağım olsun dedim. İndi ne etməliyəm?

CAVAB
Haram bir şeyi adamaq and içmək olur. And içmək kəfarəti versəniz məsələ qalmaz.

Adaq yerinə and içmək kəfarəti

Sual: Sevmədiyi bir kimsə ilə danışmaq istəməyən adam, onunla danışsam bir il oruc tutacam deyə adaq adasa, oruc tutmayıb bunun yerinə and içmək kəfarəti verə bilər?
CAVAB
Bəli, verə bilər. Çünki olmasını istəmədiyi bir şey üçün nəsə adayan adam istərsə adağını yerinə yetirər, istərsə də and içmək kəfarəti verər.

Adaq yerinə and içmək kəfarəti

Sual: S. Əbədiyyə kitabında şərtə bağlı olan adağı yerinə yetirməyib and içmək kəfarəti verməyin də caiz olduğu bildirilir. Eyni yerdə, həyata keçməsini istəmədiyi bir şeyi şərt qoşarsa, şərt həyata keçərsə, adağın yerinə and içmək kəfarəti verməyin caiz olduğu bildirilmişdir. İkincidə “istəmədiyi şey həyata keçərsə” deyə ayrıca bildirilmişdir. Birincidə isə “istəmədiyi” deyə bir ifadə yoxdur. İstədiyimiz bir şey həyata keçəndə də adağı yerinə yetirməyib and içmək kəfarəti vermək kifayət edərmi?

CAVAB
Bəli, kifayətdir.