Facebook Twitter WhatsApp

Adaq düşmənçiliyi

Sual: Digər məzhəbsizlər kimi dinin əmrlərini tənqid etməyi vərdiş edən bir yazıçı, dünya mənafeyinə bağlı bir şey üçün “Bu işim alınsa, xəstəm sağalsa, üç gün oruc tutaram deyə adaq adamaq məqbul deyildir. Belə bir adaq taleyi dəyişməz” deyir. Sanki taleyi dəyişdirən bir ibadət olduğu bildirilmək istənilir?

CAVAB

“Belə bir adaq taleyi dəyişməz” demək, sanki başqa növ adağın və ya başqa işlərin taleyi dəyişdirdiyini iddia etməkdir ki, bu çox yanlışdır. Qəzayi-müallaq olanlardan başqa, tale dəyişməz, heç kim də dəyişdirə bilməz. İki ayəti kərimə məalı belədir:

“Mənim sözümdə dəyişiklik olmaz. Qullara qarşı zalım deyiləm.”

[Qaf 29]
“Hər ümmətin bir əcəli vardır, gələndə nə bir an gecikmir, nə də bir an tələsmir.” [Araf 34] (Bu iki ayətdə bildirilən höküm qəzayi-mübrəmdir, heç vaxt dəyişmir. Qəzayi-mübrəm, dəqiq olan, heç dəyişməyən hökmdür).

Əgər başımıza gələn iş, qəzayi-müallaqdırsa, qəbul edilən dua və ya xeyirli bir işlə qarşısını almaq olar. Bir işin qəzayi-müallaq, yoxsa qəzayi-mübrəm olduğunu bilmədiyimiz üçün tədbirli olmağa biganə qalmamalıyıq. İmam Rəbbani həzrətləri buyurur ki:

Qəza, yəni Allahu təalanın yaradacağı şeylər iki qisimdən ibarətdir: qəzayi-müallaq qəzayi-mübrəm. Birincisi, şərtə bağlı olaraq yaradılacaq şeylər deməkdir ki, onların yaradılış tərzi dəyişə bilər və ya heç yaradılmaz. İkincisi o deməkdir ki, şərtsiz, mütləq yaradılacaq, heç bir sürətlə dəyişmir, mütləq yaradılır. Qaf surəsinin “Sözümüz dəyişdirilə bilməz” məalındakı 29-cu ayəti-kəriməsi qəzayi-mübrəmi bildirir. (1/217)


Tədbir təqdiri dəyişdirmir

Adaq, qəzayi-mübrəmi, yəni taleyi dəyişdirmək üçün deyil. Namaz qılmaq, oruc tutmaq və zəkat vermək kimi bütün ibadətlər də belədir. Heç biri taleyi dəyişdirmək üçün edilmir. Dinin əmrinə tabe olmaq üçün edilir.
Alınan tədbirlər təqdiri dəyişdirə bilməz. Amma biz qəza və taleyimizi, başımıza nə gələcəyini bilmədiyimiz üçün, bizim vəzifəmiz sadəcə tədbir almaqdır. Tədbir almaq, səbəblərə sarılmaq isə dinimizin əmridir. (Rədd-ül-muxtar, Dürər, Qüduri, Məbsud)

“Bu işim alınsa, xəstəm sağalsa...” deyə adaq etməyin dinən heç bir zərəri yoxdur.

Şərtdən asılı olaraq övliyalara adaq etmək, günahının çox olduğunu, dua etməyə üzünün olmadığını bilərək, mübarək bir insanı vəsilə edib Allahu təalaya yalvarmaq deməkdir. Məsələn, “Xəstəm sağalsa və ya bu işim hasil olsa, savabı Seyidət Nəfisə həzrətlərinə olmaq üzrə, Allah rizası üçün üç Yasin oxumaq və ya bir qoyun kəsmək nəzirim olsun” dedikdə, bu istəyin qəbul olduğu çox təcrübə edilmişdir. Burada Allahu təalanın rizası üçün Qurani-kərim oxunur və ya qoyun kəsilir, savabı Seyidət Nəfisə həzrətlərinə bağışlanır, onun şəfaətiylə Allahu təala xəstəyə şəfa verir, qəzanı, bəlanı aparır. (S. Əbədiyyə)
Seyid Əhməd Tahtavi həzrətləri buyurur ki: Adaq etməyin caiz olduğu ayə və hədislərlə sabitdir. Şərtə bağlı olan nəzir, şərt baş vermədən edilmir. Məsələn, “Xəstəm sağalsa, Allah rizası üçün bu qədər sədəqə vermək və savabını Seyid Əhməd Bədəvi həzrətlərinə bağışlamaq nəzirim olsun” deyib, xəstə sağalmamış nəzirini verməsi caiz deyil. Xəstə sağaldıqdan sonra verməsi lazımdır. Şərtə müallaq olan nəzir şərt edilən şeyin qarşılığında edilməməli, şükür səcdəsi kimi Allahu təalaya şükür olaraq edilməlidir.

(İmdad haşiyəsi)
“Ya Rəbbim, əgər xəstəmə şəfa versən, Seyidət Nəfisə həzrətlərinin və ya İmam Şafi həzrətlərinin türbələri qarşısında olan yoxsulları yedizdirmək nəzirim olsun” deyilərsə, səhihdir. (Neməti İslam)
“Allahım, xəstəmə şəfa versən, filan yerdəki yoxsullara xidmət edəcəyəm” deyilsə, yəni nəzir Allah rizası üçün, nəzirin faydası da yoxsullar üçün olarsa, nəzir edilən şey haqq sahibi olan yoxsullara verilsə, bu tərzdə edilən adaq caizdir. (Hindiyyə)
“Xəstəlikdən sağalsam, Allahu təalanın rizası üçün bir qoyun kəsmək nəzirim olsun” deyilən nəzir səhihdir və kəsmək lazımdır. (Dürər və Gürər)
Demək ki, dünya mənafeyi üçün edilən adaqların səhih olduğu bütün kitablarda yazılıdır. Əksini bildirən heç bir etibarlı kitab yoxdur.

 


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину