Facebook Twitter WhatsApp

Qurban ətini necə paylaşdırmaq lazımdır

Sual:  Qurban əti haqqında edilməli olan işlər nələrdir?

CAVAB

Maddələr halında bildirək:

  • Əti tərəzidə çəkərək bərabər olaraq paylaşmaq lazımdır. Quyruq, içalat və yeyilən hər şey paylaşılır. Çəkmədən bölüşüb halallaşmaq caiz olmaz, faiz olar. Yeddi adamdan dördünə ətlə birlikdə bir ayaq, beşinciyə ətlə birlikdə dərisi, altıncıya ətlə birlikdə başı verilərsə, çəkmədən paylaşmaq caiz olar. Yeddinciyə bir şey qoymaq lazım deyildir. Yaxud 7 adam qurbanlıq inəyi birinə təslim edib, “ Kəsməyə, kəsdirməyə, ətini istədiyin kimi sərf etməyə, səni ümumi vəkil etdik” desələr, ümumi vəkil bölüşdürmədən ətin hamısını hər hansı birinə verə bilər və ya çəkmədən ortaqlar arasında göz qərarı ilə pay edilə bilər.
  • Qurbanın ətini bərabər olaraq çəkdikdən sonra paylaşmaq üçün püşk atmaq yaxşıdır. Bir malı ortaqlar arasında paylamaq üçün püşk atmaq caiz və sünnət
  • Qurban ətini tərəzidə çəkmədən paylaşılıb biri digərinə dəsmal, dəftər, qələm kimi bir şey versə, paylaşma səhih olar.
  • Pay etmədən ətin bir qismini bişirib ortaqların müştərək yemələri caizdir.
  • Mətbəxləri bir olan ata-oğulun, ər-arvadın ortaq olaraq kəsdikləri qurbanı tərəzidə çəkib paylaşmaları lazımdır. Yaxud 1-ci maddədəki kimi biri ümumi vəkil olarsa çəkməyə ehtiyac qalmaz.
  • Müsəlman bir kimsənin kəsib qeyri-müslimin soyduğu qurbanın ətini yemək caizdir.
  • Qurbanın və hər heyvanın bu yeddi yeri yeyilməz: Axan qanı, zəkəri (cinsiyyət orqanı), husyələri (qoç yumurtası deyilən yerləri), ifrazat, öd kisəsi, dişi heyvanın önü və sidik kisəsi (məsanəsi).
  • Ölü və ya diri olduğu bilinməyən heyvan kəsiləndə qanı çıxar və hərəkət edərsə əti yeyilə
  • Qurban ətini kəsən də yeyə bilər. Kasıb zəngin hər kəsə də verə bilər. Ətin üçdə birini evinə, üçdə birini qonşulara, qalanını da kasıblara vermək müstəhəbdir. Hamısını kasıblara da verə bilər.
  • Qurban ətini evində 3 gündən çox saxlaya bilər. Qurban sahibi zəngin deyilsə uşaqlarının ət ehtiyacını qarşılamaq üçün hamısını evində saxlaya bilər.
  • Heyvan kəsildikdən sonra əti tələf olsa (məsələn yansa, itlər yesə), təkrar kəsmək lazım deyildir.  Qan axıtmaqla vacib yerinə gəlmişdir. 
  • Qurbanın heç bir yeri satılmaz. Bir qismi satılarsa, satılan qədərinin əvəzini sədəqə olaraq vermək lazımdır, amma qurbanın əti ilə yeyiləcək bir şey alınsa, o miqdarı sədəqə vermək lazım deyil.
  • Qurban dərisi namaz qılan kasıba verilər. Nə etdiyi bilinməyən yerlərə verməməlidir. Evdə də istifadə edilə bilər. Pulla satılmaz. Dərisi, əti satılarsa pulu kasıblara sədəqə olaraq verilir. Yaxud davamlı istifadə ediləcək bir şey qarşılığı da satıla bilər.
  • Ortaqlardan biri qurban kəsmədən ölsə, hissəsi varislərinə
  • Qarnı yarılıb balası çıxarıldıqdan sonra, o yara səbəbiylə ölərkən kəsilən qoyun yeyilməz.
  • Canlı heyvanın hər parçası haramdır. Kəsildikdən sonra özünə zərər verməyən kimsənin bişirmədən yeməsi caizdir. (Məsələn çiy küftə, kolbasa və basdırma yeməkdə zərər olmaz.)
  • Vəzifəli şəxsə hörmət üçün kəsilən heyvan leş olar. Yalnız ona hörmət üçün heyvan kəsmək caiz deyildir. “Əgər filan şəxs gələrsə Allah üçün bir heyvan kəsəcəyəm” deyərsə, o şəxs gəlincə kəsilər. O heyvan nəzir olduğu üçün ətindən kəsən və zənginlər yeyə bilməz,  kasıblara verər. Yolçuya, qonağa və ya bir vəzifə sahibinə hörmət üçün deyil, yedirmək üçün heyvan kəsmək caizdir.  

Qurban ətini pay edərkən

Sual: Bir evdə bütün ailə fərdləri üçün ortaq qurban kəsilsə qurban əti evə gəldikdən sonra pay edilmədən hər kəs hissəsini hədiyyə etsə paylaşmağa lüzum qalar?

CAVAB

            Belə etmək faiz olar, haram olar. Hər parçanın yanına ayaq, baş və dəri qoyularsa çəkmədən pay edilməsi caiz olar. Məsələn 7 ortaq varsa, dörd adamın hissəsinə bir ayaq qoyulur, birinin yanına baş qoyulur, birininkinə dəri qoyulur, biri də o birilərdən fərqli olar yəni boş olar. Əgər ortaq dörd adam isə bir ayaq qoymaq kifayətdir, beş adam isə birinə də baş və ya dəri qoyular. Və yaxud ortaqların hər biri digərinə dəsmal, dəftər, qələm kimi bir şey verərsələr yenə paylaşma səhih olar.

            Əgər alarkən, “Allah rizası üçün bayram qurbanımı almağa, aldırmağa, kəsməyə, kəsdirməyə və ətini dilədiyin şəkildə sərf etməyə səni ümumi vəkil etdim” deyərək birinə ümumi vəkalət verilsəydi, heç paylamadan da o vəkil ətin hamısını evə buraxa bilərdi.

Dilənçiyə ət vermək

Sual: Ortaq qurbanın başını və ciyərini ortaqlar, dilənçiyə versə, qalanını bölüşmək caizdir?

CAVAB

            Bəli, caizdir.

Çəkmədən qurbanı paylaşmaq

Sual: Qurban əti çəkilmədən  paylaşılıb hər biri digərinə, dəsmal, dəftər, qələm  kimi bir şey versə, paylaşma səhih olar?

CAVAB

            Bəli, səhih olar. Yaxud yeddi adamdan dördünə ətlə birlikdə bir ayaq, beşinciyə ətlə birlikdə dərisi, altıncıya ətlə birlikdə başı verilərsə, çəkmədən paylaşmaq caiz olar. Yeddinciyə bir şey qoymaq lazım deyildir.

Sual: Eyni ailədən olan qızı və nəvələri 5 adam qurban üçün bir mal satın alırlar. Bu qurbana sonradan yeddi hissəyə tamamlamaq üçün nənə və babalarını da ortaq edir, fəqət onlardan pul almırlar. Yalnız kəsdikdən sonra pay edib pulu verən qız və nəvələri 5 hissə olaraq pay edirlər. Bu şəkildə baba və nənələrinin də qurban savabından faydalandıqlarını söyləyirlər. Bu şəkildə olan bir qurbanda 7 adama paylaşdırılmasımı lazımdır, yoxsa onların etdiyi kimi 5 pay olaraq  ayrıla bilərmi? Baba və nənələrinin “qanına qurban” olaraq girdiklərini söyləyirlər.

CAVAB

            Beşə bölünməz yeddiyə bölünər. Baba və nənələrinin “qanına qurban” olaraq  girdiklərini söyləmələri uyğun deyildir. Ətlərini almaya bilərlər, amma normal qurbana girərlər. Pulunu kim verərsə versin əhəmiyyəti yoxdur.

Sual: Qurbanlıq bir dana aldığımızsa, bu danadan 4 pay vacib qurbanı, 3 pay qurban nəziri olacaq şəkildə pay edə bilərik? Bu şəkildə nəzir və qurban borclarımızı ödəyə bilərik?

CAVAB

            Bəli, ödəmiş olarsınız.

Sual: Mən 3 pay nəzir, 1 pay vacib, anam 1 pay vacib, qardaşım 1 pay vacib və xanım 1 pay vacib qurbanımızı almağa qərar verdik. Bu qurbanı kəsib paylayarkən nəzir olan qismini necə, vacib olan qismini necə ayırmalıyıq?

CAVAB

            Hər kəs payını alar. Siz üç pay alacağınıza görə sizinkilər nəzir, o biriləri vacib qurbandır. Siz nəzirləri istədiyiniz kasıblara verərsiniz.

Sual: 300 manat mən, 900 manat da bir dostum əlavə edib bir inək aldıq. Əti pul nisbətində paylaşmaq lazımdır?

CAVAB

            Bəli.

Sual: Qurbanlıq ortaq inək alarkən dostum xanımını da qatdı. İnəyə 1200 manat verdik. 600 manatını o, digər yarısını da mən verdim. Ancaq əti necə paylaşılar?

CAVAB

            Ətin yarısı sizindir. Qalan yarısını da dostunuz xanımı ilə paylaşar.

Sual: Qurbanı hələ bölüşdürmədən bir qismini çəkib ortaqlara vermək caizdir?

CAVAB

            Bəli.

Sual: Bir neçə adam ortaq olaraq aldığımız inəyi qurban etdikdən sonra ətini çəkərək pay etmək şərtdir? Göz qərarı ilə paylaşıb halallaşmaq kafi gələr?

CAVAB

            Heyvan kəsiləndə qurban edilmiş olar. Ancaq əti dinimizin bildirdiyi şəkildə paylaşılmazsa, haram işlənmiş olar. Paylaşmadan hədiyyə etmək də caiz olmaz. Tərəzidə çəkmədən paylaşılırsa faiz olar. Göz qərarı ilə paylaşmaq kafi gəlməz. “Haqqımı halal etdim və ya sənə hədiyyə etdim”  desələr də caiz olmaz.

            Faiz olmaması üçün əti çəkməli eyni olaraq paylaşılmalıdır.

            Bölünməsi mümkün olan bir şeydə ortaq olanların hissələrini ayırmadan əvvəl heç kimə hədiyyə etmələri də caiz deyildir. Hər birinə ət ilə birlikdə dəri və ya ayaq yaxud baş verilərsə tərəzidə çəkmədən paylaşmaq caiz olar. Bunun üçün dəri ortağın birinə, ayaqlar dörd ortağa, baş da ortağın birinə verilir. Quyruq, ciyər, qarın, böyrək kimi orqanların hamısı bir kişiyə və ya hamısına pay edilə bilər. Yəni bunların ətdən ayrı xüsusiyyəti yoxdur. Yaxud hər biri digərlərinə bir dəftər, ikincisi bir dəsmal kimi şey də verərsə çəkmək lazım olmaz.  

Sual: Qurban ətini qovurma edərək saxlamaq günahdır? Qurban əti üç gündən çox evdə buraxılmaz?

CAVAB

            Qurban ətini üç gündən çox saxlamanın zərəri yoxdur. Ətin üçdə birini evə ayırıb, üçdə birini qonşulara, qalanını da kasıblara vermək müstəhəbdir.

            Qurban nisabına malik bir kimsə gəliri ilə çətin dolanırsa ətin hamısını qovurma edib, bir neçə ay ət pulundan yığaraq gələcək ilin qurban pulu olaraq saxlaması və beləcə qurban kəsmə savabından məhrum qalmaması çox yaxşı olar.

Sual: Qurban bayramında uşağını sünnət etdirən kimsənin qurban ətindən qonaqlara ikram etməsi caizdir?

CAVAB

            Qurban ətini sünnət mərasimində qonaqlara ikram etməkdə zərər yoxdur.

Sual: Keçən il qurbanlıq bir buğa kəsilərkən qaçıb küçədə bir çox şeyə zərər verdiyi üçün gülə ilə vurulmuşdu. Ayağı da qırılmışdı. Ancaq ölmədən əvvəl kəsilmişdi. Bunun əti yeyilər və qurban səhih olar?

CAVAB

            Ölmədən əvvəl kəsildiyi üçün yeyilər və qurban da səhih olar.

Sual: Əqiq, vacib və nəzir qurbanı üçün hissəyə girən bir kimsə əqiq və nəzir qurbanı hissələrinə aid payları ailə olaraq  yeyə bilər?

CAVAB

            Nəzirlər yeyilməz. Kasıblara paylamaq lazımdır. Əqiq yeyilir.

Sual: Kasıb, ölən atası üçün bayramda kəsdiyi qurbandan yeyə bilər?

CAVAB

            Yeyə bilər. Tək nəzir yeyilməz.

Sual: Qurban nəzir edən bayramdan əvvəl kəssə, sonra da bayramda kəsiləcəyini öyrənsə, bayramda da kəsəcəyi üçün bunu yeyə bilər?

CAVAB

            Bəli.

Sual: Qurban ətini yemək üçün gözləmək lazım?

CAVAB

            Kəsilər kəsilməz yeyilə bilər. Bir iki gün gözləyərsə ət dadlı olar.

Sual: Kəsdiyimiz qurbanın ətini və ya bir sədəqəni pis kəslərə vermək caizdir?

CAVAB

            Caiz isə də, yaxşı kəsləri seçmək lazımdır. Kəsilən qurban, verilən sədəqə, edilən hər yaxşılıq müxtəlif bəlaları önləyər. Sədəqənin fəziləti çoxdur. Hədisi-şəriflərdə buyuruldu ki:

            “Suyun atəşi söndürdüyü kimi sədəqə də günahları yox edər.” (Tirmizi)

            “Sədəqə qəbir əzabından qoruyar. Qiyamətdə də sahibini himayəsi altına alar.” (Beyhəqi)

            “Yaxşılıq ömrü artırar, sədəqə günahları aradan qaldırar və pis ölümdən qoruyar.” (Tabərani)

            Malı çox olub da zəkat, sədəqə verməyən kimsə, çətinlik içində yaşayar. Hədisi-şərifdə, “Gerçək kasıb malı olduğu halda sədəqə verməyəndir” buyurulur. Az da olsa verməyə alışmalıdır! İmamı Şafi həzrətləri, “Almanı sevən, verməkdən xoşlanmayan kəslərlə yoldaşlıq etmək uyğun deyildir” buyurur. Peyğəmbər əfəndimiz and içərək, “Sədəqə malı əskiltməz, sədəqə verməklə mal azalmaz” buyurur. Sədəqə verənin malının bərəkəti artar. Az mal çox iş görər. Hədisi-şərifdə, “Gizli-açıq çox sədəqə verin ki, ruziniz bollaşsın, köməyə məzhər olasınız və duanız qəbul edilsin” buyurulur. (İbni Macə)

Sual: Həccə gedənlər qurbanlarını kəsdirdikdən sonra, Suudiyyəlilər qurbanları torpağa basdırırlarmış. Yalnız qurban kəsilib əti kimsəyə verilməyib atılarsa, qurban ibadəti yerinə yetirilmiş olar?

CAVAB

            Qurban ətini başqalarına vermək məcburiyyəti yoxdur, məcburiyyət qanın axmasıdır. Suudiyyəlilər, yəni Vəhhabilər öz etiqadlarında olmayan müsəlmanlara müşrik yəni kafir deyir və müşrikin kəsdiyi yeyilməz deyirlər, onun üçün torpağa basdırırlar. İndi Afrikaya və ya başqa ölkələrə göndərdiklərini eşitdik.

Sual: Qurbanı kəsincə qarnından bala çıxanda nə edilər?

CAVAB

            Qurbanı kəsincə heyvandan çıxan bala diri isə yeyilməsi üçün ayrıca kəsmək lazımdır. Fəqət, qurban sahibi balanın ətindən yeməz, yeyərsə qiymətini kasıba sədəqə olaraq verməsi lazımdır. Balanı diri olaraq təsəddük etmək müstəhəbdir.  Qurbanın qarnından çıxan bala ölü isə yeməməlidir.

Sual: Qurbanlıq heyvana söyəndə o heyvanın əti yeyilir?

CAVAB

            İnsana, heyvana və hələ cansıza hirslənib söymək doğru deyildir. Hədisi- şərifdə, “Hirs imanı pozar” buyuruldu. Hirsini məğlub edən Cənnətlə müjdələnmişdir. Hər nə qədər bir heyvana söymək uyğun deyilsə də belə bir heyvanı kəsmək, qurban etmək və ətindən yemək  caizdir. (Hədiqə)

Ortaqların hissəsi

Sual:  Üç ortaq 350 manat verərək bir inək satın alırlar. Biri 50, ikincisi 100, digəri də 200 manat versə, qurbanın əti necə paylaşılar?

CAVAB

            Hər kəs verdiyi pul qədər hissə alar. Qurban yeddiyə bölünər. 50 manat verən bir hissə, 100 manat verən iki hissə, 200 manat verəndə dörd hissə alar. Bu qurbanın əti  3.5 hissə də edilə bilər. Birinci ortaq yarım, ikinci ortaq bir, üçüncü ortaqda iki hissə alar. Ən aşağı olanın hissəsi yeddidə birdən az olmadığı üçün, belə ortaqlıq səhih olar.


В корзине: 0 шт.

на сумму: 0

Cəmi: 0

Оформить заказ Очистить корзину